Rabitə və informasiya

Rabitə və informasiya

6 dekabr-Rabitə və informasiya texnologiyaları işçiləri Günü

XX əsr dünyada rabitə və informasiya texnologiyalarının dinamik inkişaf dövrü kimi səciyyələndirilir. Azərbaycanda da bu dövr ərzində rabitə müəyyən inkişaf səviyyəsinə çatmışdır. Ölkəmizdə rabitənin və onun inkişafının tarixi qədimdir. Belə ki, qədim zamanlardan məlumatların çatdırılması yüksəkliklərdə tonqal yandırmaqla, poçt göyərçinləri və qasidlər vasitəsilə həyata keçirilmişdir. 1501-ci ildə Şah I İsmayıl tərə_findən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. Bu rabitə dövrünə görə müntəzəm fəaliyyət göstərmiş, ölkənin müdafiəsinin möhkəm-lən_diriliəsində, beynəlxalq aləmdə baş verən hadisələrdən xəbər tutulmasında və dövlət idarəçiliynin möhkəmləndirilməsində mühüm rol oynamışdır. O, ölkəni yadelli təcavüzündən qorumaq, möhkəm dövlət idarəetmə sistemi yaratmaq məqsədilə, ucqar əyalətlərdən və xarici ölkələrdən məlumatlar toplamaq üçün öz dövrünə görə müntəzəm fəaliyyət göstərən poçt rabitəsi yaratmışdı.Mühüm dövlət xəbərləri və hərbi məlumatların ünvanlarına çatdırılması üçün kuryerə və qasidlərdən itsifadə edilirdi. Fərman və digər sənədlərin çatdırılması üçün estafet üsulu da tətbiq olunurdu..
Azərbaycanda poçt rabitəsinin tarixi qədim və zəngin olsa da, teleqraf rabitəsinin yaranması XIX əsrin 60-cı illərinə təsadüf edir. Bu illərdə Stavropol-Bakı-Tiflis, Gəncə-Tiflis teleqraf xətləri istismara verilmişdir. Dünyada ilk sualtı rabitə kabellərindən biri 1879-cu ildə Xəzər dənizinin dibi ilə Bakı ilə Krasnovodsk arasında çəkilmişdir.
Az sonra telefon rabitəsi sahəsində ilk addımlar atılır. «Qafqaz və Merkuri» şirkəti tərəfindən 1880-ci ildə Bakıda telefon xətti çəkilsə də, Azərbaycanda rəsmi olaraq ilk telefon xətti «Nobel qardaşları» cəmiyyəti tərəfindən 1881-ci il noyabrın 23-də (yeni tarixlə dekabrın 6-da) istismara verilən telefon xətti hesab edilir. Həmin gün Azərbaycanda Azərbaycanda telefon rabitəsinin başlanğıc tarixi hesab olunur.
Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha sürətli inkişafı isə müstəqillyimizin yenidən bərpası ilə əlaqədardır. Bu gün regionun ən dinamik inkişaf edəçn ölkəsi kimi Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir. Ümummilli lider Heydər əliyevin 2003-cü il fevralın 17-də imzaladığı «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» Azərbaycan Respublikası üçün bu istiqamətdə yaxın 10 il müddətində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir. Azərbaycan Cənubi Qafqazda bu sahə üzrə Milli Strategiya qəbul edən ilk ölkə olmuşdur.
Hazırda Azərbaycanda informatika və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilmişdir. Bunun nəticəsidir ki, dünyada sürətlə inkişaf edən və perspektivli sahə hesab olunan informasiya-kommunikasiya texnologiyaları sektoru potensial imkanlarına görə Azərbaycanda energetika sektornudan sonra ikinci prioritet sahədir.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində müasir informasiya texnologiyalarının cəmiyyətə inteqrasiya səviyyəsi ölkənin iqtisadi inkişaf dərəcəsini əks etdirən əsas amilə çevrilmişdir. Azərbaycan Respublikası da biliyə əsaslanan iqtisadiyyat formalaşdırmaq barədə qərarını 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində «Qara qızılı insan qızılına çevirək» tezisi ilə bəyan etmiş, Tunis Sammitində isə İKT sektorunda əldə etdiyi nailiyyətlərini və strateji məqsədlərini nümayiş etdirərək ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu əyani olaraq təsdiq etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq hər il dekabrın 6-sı Rabitə və informasiya texnologiyaları sahəsi işçsilərinin peşə bayramı günü kimi qeyd olunur.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.