Bu bizik ?..

Bu bizik ?..
Əziz dost, biz dünyanın ən böyük gölü-Xəzərin qərb sahillərində yerləşən, zəngin təbii sərvətləri, əhəmiyyətli coğrafi mövqeyi olan, Azərbaycan adlı bir ölkədə yaşayırıq. Qədim tariximiz var. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşmişik. Ərazimizdən Şimalla Cənubu, Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət yolları keçir. Dünya mədəniyyətinin ən mühüm nailiyyətləri ilə hələ qədim zamanlardan tanışıq. Özgələrə münasibətdə həssas və dözümlüyük. Sağlam qidalı zəngin mətbəximiz və insanın ruhunu oxşayan gözəl musiqimiz var. Hələ qədimlərdən bir sıra sənət sahələrində ad çıxarmışıq. Dünya mədəniyyətini zənginləşdirən dahi şəxsiyyətlər yetişdirmiş, ixtira və kəşflər etmişik. Doqquz iqlim tipinə malik bərəkətli torpaqlarımız, çoxlu yeraltı və yerüstü sərvətlərimiz var. Bulaqlarımızın suyu saf və müalicəvidir. Ərazimizdə dəmir ağacından tutmuş, sabun ağacınadək demək olar ki, hər şey bitir. Azərbaycan həm də uzun ömürlü insanların yaşadığı olkədir. Lakin ağbirçək ana yurdumuzun sinəsi çalın-çarpaz yaralarla doludur. Vətənimiz saysiz hesabsız hücumlara məruz qalmışdır. Minbir əziyyətlə qurub yaratdıqlarımız viran edilmiş, abad şəhər və kəndlərimiz xarabaya çevrilmişdir. Torpaqlarımızın hər qarışı oğul və qızlarımızın qanı ilə suvarılmışdır. Dəyərli insanlarımız qul, sərvətlərimiz talan edilib yad ölkələrə aparılmışdır. Azadlığı sevirik. Bu nemət uğrunda dəfələrlə, iri və güclü dövlətlərlə müharibələr etmiş, sayı bilinməyən qurbanlar vermişik. Həm silahın, həm də siyasətin gücü ilə zaman-zaman qalib gəlib, öz dövlətimizi-evimizi qurmuşuq. Çoxlu qəhrəmanlar, sərkərdələr yetişdirmişik. Lakin hər dəfə təkəbbür və mənəm mənəmlik daxili birliyimizi pozmuş, bu üzdən qazandıqlarımızı itirib hər şeyi yenidən başlamaq məcburuyyətində qalmışıq. Mütiliyə, qorxaqlığa və yaltaqlığa nifrət edirik. Kinli deyilik. Pislikləri tez unuduruq. Yadlar unutqanlığımızı qanmazlıq kimi qəbul edirlər. Dəbdəbəni çox sevirik. Bu səbəbdən nifrət etsək də, özümüzə münasibətdə yaltaqlığa rəvac veririk. Həqiqəti deyil, görmək istədiyimiz şeyi görür, eştmək istədiyimizi eşidirik. Nəticədə, tez-tez xəyanətlərin qurbanı oluruq. "Şirin” yalanı "acı” həqiqətdən üstün tutub riyakarları dost sayanda, müdriklərin - " Olmasaydı bu dünyada axmaqlar, ac qalardı, yəqin ki, yaltaqlar”- xəbərdarlığını, təəssüf ki, yada salmırıq. Elmi, savadı güc sayırıq. Balaca Cırtdanımızın ağlının gücü ilə nəhəng divə necə qalib gəldiyini hələ uşaqlıqdan bilirik. Lakin övladlarımıza Qırmızıpapağın nağılını daha çox danışırıq. Qorxaqlığı sevmirik. Ancaq zora daha cox hörmət edirik. Biz "...sərt, lakin ədalətli qərarlara boyun əyir, ali insanpərvərlik duyğularından qaynaqlanan mülayimliyi zəiflik kimi qəbul edir”ik. Buna baxmayaraq, həm də mərhəmətliyik. Ehtiyacı olan hər kəsə yardım etmək istəyirik. Lakin qarət və çapqınlar bizi var yoxdan çıxardığından, bunu etməkdən xoşlanmırıq. Təlabatlarımız çox, arzularımız imkanlarımızdan böyük olduğu üçün pulu-paranı da çox sevirik. Bunu müşahidə edən düşmənlərimiz zaman-zaman nəfsimizin sərvətə olan meylini iti qılınca şevirib, məharətlə özümüzə qarşı istifadə etməyi bacarıblar. Biz azadlığı məsuliyyətlə birləşdirə bilmirik. Əksəriyyətimiz elmli, müdrik adamları sevirik. Lakin özümüz düşünməyə, təhlil aparmağa tənbəllik edirik. Ehkamçıyıq. Proqnoz vermək, düzgün qiymətləndirmək bacarıqlarımız zəifdir. Çılğınlığımız və mənəm-mənəmliyimiz başqaları ilə əməkdaşlığımıza mane olur. Təkəbbürlü olduğumuz üçün qüsurlarımızı görmək istəmirik. Etiraf mədəniyyətimiz zəifdir. Bu səbədən insanlarla səmimi ünsiyyət yarada bilmirik. Səmimi olmadığımız üçün də bir birimizə etibar etmirik. Nəticədə, birləşə bilmirik. "Qohum qohumun ətini yeyər, sümüyünü bayıra atmaz!”- düşüncəsi ilə tayfa və bölgə maraqlarını, milli və dövlət maraqlarından üstün tuturuq. Beləliklə, daha çox xırdalanır, xırdalandıqca daha cılız və zəif oluruq. Bu zaman narahat ruhumuzu hər şeyin böyüyünə sahib olmaqla sakitləşdiririk. Şeiri çox sevir, bəlağətli nitqi, təmtəraqlı cümlələri xoşlayırıq. Müəllimlərimiz hələ kiçik yaşlarımızdan bizə çoxlu şeir əzbərlədirlər. Görünür bu səbəbdən, əzbərçiliyiə meyilliyik. Tez-tez sözün qüdrətindən danışsaq da, öz sözlərimizin məna çalarlarına həssas yanaşmırıq. Biz təkəbbürlə qüruru, səxavətlə israfçılığı, qənaətlə xəsisliyi ayırmaqda çətinlik çəkirik. Az mütaliə edirik. Nitq mədəniyyətimiz xeyli zəifləyib. Bu gün yaşadığımız Dünya çox sürətlə dəyişır. Sürət Zamanı həyatımızın qiymətli amilinə çevirir. "Vaxt-qızıldır!”- deyirik. Qızılın qədir-qiymətini bilsək də, nə özümüzün, nə də başqalarının vaxtını yetərincə dəyərləndirmirik. Həmişə harasa tələsir, çox zaman tələsdiyimiz yerə gecikirik. Müdrik babalarımızın, "Vaxtını öldürən-bəxtini öldürər!”- kəlamını bilsək də, hələlik, lüzumsuz işlərə vaxt sərf etməyi tərgidə bilmirik. Biz tez-tez, "Roma papasından çox katolik olmaq” iddiasına düşürük. Axıradək oxumadığımız kitab, sonadək baxmadığımız film, mahiyyətini dərindən bilmədiyimiz məsələlər barədə peşəkarlarla ciddi mübahisələrə girişirik. Bizi bu zaman həqiqəti tapmaqdan daha çox, rəqib üzərində qələbə maraqlandırır. Ümumiyyətlə, biz rəqibə yarışdığımız tərəfmüqabili, bizi özümüzə göstərən "güzgü” kimi yox, düşmən kimi baxır, "əyriliklərimizi” düzəltməkdənsə, rəqibi məhv etməyə çalışırıq. Nəticədə, "əyri bitirik.” Məişətimizdə, adət və ənənələrimizdə əsarət illərindən qalan çoxlu qadağalar var. Onlar bizə özümüzü ifadə etmək imkanı vermir, bizi mütiləşdirir. Özünəinam hissimiz zəifdir. Problemlərimizi həll etməkdənsə, onları ört-basdır etməyə çalışırıq. Natamamlıq kompleksi bizə başladığımız işi axıra çatdırmağa mane olur. İllərdir oturub bizi xilas edəcək mifik "ağ atlı oğlan”ı gözləyirik. Artıq anlamalıyıq ki, "xoş gələcək özü gəlməyəcək!” Təmizliyi sevirik. Lakin, bunu yalnız yaşadığımız mənzilin ərazisi hüdudlarında təmin edirik. Qədimdə bizi əhatə edən ekosistemə harmonik uyğun həyat tərzi qura bilmişdik. Bu gün isə bioloji varlıq olaraq həyatımızın, içərisində yaşadığımız təbiətdən birbaşa asılı olduğunu yetərincə dərk etmirik. Ekoloji tərbiyəyə ciddi ehtiyacımız var. Yaşlı adamlara sayğı, uşaqlara qayğı ilə yanaşır, "yol böyüyün, su kiçiyindir!”- deyirik. Lakin bu gözəl ənənəni də tədricən, itirməkdəyik. Çünki, belə nümunələri ətrafımızda getdikcə daha az görürük. Ailəcanlıyıq. Övladlarımızı sevir, onları hər cür qayğı və problemlərin fövqündə böyütməyə çalışırıq. Onların əvəzindən düşünür, taleləri ilə bağlı istədiyimiz qərarları qəbul edirik. Bu onları asılı və passiv edir. Biz övladlarımızın mənəvi təlabatlarına az əhəmiyyət verir, onların maddi təminatını başlıca vəzifəmiz sayırıq. Bu vəzifənin hansı üsulla yerinə yetirilməsinin fərqinə varmadığımızdan, halal-haram məsələsində bəzən onlar üçün pis nümunə oluruq. Biz övladlarımızla aramızda "pərdə” saxlamağa çalışırıq. Bəzən bu "pərdə” o qədər qalın olur ki, bir birimizi "görmürük”. Ailə daxilindəki despotizm və ünsiyyət çatışmazlığı övladlarımızı bizdən uzaqlaşdırır, onlar bu təlabatlarını virtual aləmdə, yaxud, küçədə ödəməyə başlayırlar. Bu minvalla valideyin-övlad münasibətlərində gələcək konfliktlərin başlanğıcı qoyulur. Əsası törəmədən ayıra bilmədiyimiz üçün itirdiklərimiz qazandıqlarımızdan çox olur. "Nəqd olsun, soğan olsun!”- düşüncəsi ilə yaşadığımızdan, çox vaxt "acı soğan” yemək məcburiyyətində qalırıq. Biz qanunları yadların sırıdığı məhdudiyyət sayır, onları sevmir və öyrənmirik. Bildiyimiz qanunlara isə, Sultan Süleymansayağı -"Qanun pozulanda, pozulur hər şey!”- düşüncəsi ilə deyil, Sezarsayağı -"Bil ki, əməl etməlisən sən həmişə qanuna, əgər onu pozursansa, poz hakimiyyət naminə!”- prinsipi ilə yanaşırıq. Belə cəmiyyətdə yaşamağın nə dərəcədə qorxulu olduğunu isə, təəssüf ki, əksəriyyətimiz hələ yetərincə dərk etmirik. Ağac köklərindən məhrum olduqda, xalq tanrılarını unudub, adətlərinə nifrət etdikdə məhv olur. Biz qəribə müsəlmanıq, əlimizdə qədəh Allahdan dualarımızın müstəcab olmasını diləyirik. Lakin bu zaman Yaradana rişxənd etdiyimizin fərqinə belə varmırıq. Övladlarımızın tərbiyəsində əsas rol oynayan xanımlarımız, şan-şöhrəti, zər-zibanı çox sevirlər. Onlar, bir əcnəbi xanımın müşahidə etdiyi kimi, "bahalı xəz kürkü açıq yay ayaqqabıları ilə də geyinə bilirlər.” Biz dəbdəbəli adları, təmtəraqlı titulları da xoşlayırıq. Çünki sözə qiyməti onun mənasına görə yox, deyənin ad-sanına görə veririk. Əziz dostum, bu sətirləri oxuyarkən məni qınamağa tələsmə! Düşün!... Axı, mən təkcə öz müşahidələrimi və düşüncələrimi deyil, həm də klassiklərimizin dəfələrlə söylədiklərini yazmışam. Deyirlər, "qəlbi məşəl olanın sözü atəş olar!” Ürək yanmasa, ağızdan "od” çıxmaz, axı!.. Eyni zamanda, "Eh!... Biz düzələn millət deyilik!”- deyə düşünüb ruhdan da düşmə. Kökü çürüməmiş bir ağacın yeni pöhrələr verməsi mümkündür. Gövdəmiz yaralı olsa da, köklərimiz hələ safdır. Bir vaxtlar cəhalət və çirkab girdabında boğulan Avropada "dörd məhşər atlısı” insanları dırnaqları altında əzərək çapırdı. Bunlar Albrex Dürerin məşhur tablosunda əks olunan Yoxsulluq, Xəstəlik, Müharibə və Ədalətsiz Məhkəmə "atlıları” idi. Təqribən bu dövrdə yaşamış məşhur riyaziyyatçı Q.V. Leybniz, bir siyasətçi ilə söhbətində: " Siz təlim-tərbiyə işini bütünlüklə bizə həvalə edin, biz yüz ildən az müddətdə bütün Avropanı dəyişək!”- demişdi. Bu gün bizə də dəyişmək lazımdır. Azad, cəsarətli, təşəbbüskar, mübariz və yaradıcı təfəkkürə malik olan, dəyər verməyi, strateji düşünməyi bacaran, çalışqan, həssas, millətini sevən, ənənələrini bilən və onlara hörmətlə yanaşan, vətənpərvər və s. kimi keyfiyyətlərə malik yeni bir nəslin yetişdirilməsinə ehtiyacımız var. Bunun üçün bizə pedaqogika-psixologiya üzrə güclü mütəxəssislər, mütərəqqi ideyalar təbliğ edən maarifçilik saytları və TV proqramlar, müasir təlim texnologiyalarını tətbiq etməyi bacaran, yaxşı təmin olunmuş müəllimlər, strateji maraqlara xidmət edən dərsliklər, təkcə təchizatına görə deyil, həm də məzmununa görə yeni məktəblər lazımdır. Əziz dost, hələ miladdan beş əsr əvvəl yaşamış Çin sərkərdəsi və hərbi nəzəriyyəçisi Sun-szı (Sunnu) müharibə ilə siyasətin əlaqəsindən bəhs edən traktatında çinlilərə düşmən dövləti məhv etmək üçün aşağıdakı tövsiyyələri vermişdi; Düşmən hesab etdiyiniz ölkədə nə yaxşı şey varsa çürütməyə, gözdən salmağa çalışın; Həmin ölkənin sayılan-seçilən, hörmətli şəxslərini hər vəchlə cinayətə sövq edin; Mümkün qədər çox alçaq və ləkəli adamların rəhbər vəzifələrə təyin olunmasına nail olun; Dövlətin vəzifəli şəxslərini nüfuzdan salın və lazım gələndə ifşa edin; Bu məqsədlərinizə çatmaq üçün həmin dövlətin ən rəzil və əclaf adamları ilə əməkdaşlıq etməkdən çəkinməyin; Düşmən olkənin vətəndaşları arasında mübahisələri qızışdırın və bacardıqca tez-tez toqquşmalar yaradın; Cavanları qocaların üzərinə qaldırın; Bütün mümkün üsullarla hökumətin normal fəaliyyətinə mane olun; Bacardığınız qədər düşmən ordusunun təchizatına maneələr yaradın və ordu daxilində nizam-intizamın pozulmasına nail olun; Düşmən əsgərlərinin (gənclərinin) iradəsini musiqi və mahnılarla (əyləncələrlə) ram edin; Əlinizdən gələni edin ki, düşmənləriniz öz tanrılarını unudub, adətlərinə nifrət etsinlər; İçinizdən əxlaqsız qadınları seçib onların içinə göndərin ki, çürümə prosesini başa çatdırsınlar; Tərəfdaş tapmaq və məlumat əldə etmək üçün səxavətlə vəd, pul və hədiyyələr paylayın. Əla nəticələr verdiyi üçün, bu işdə qənaət etməyin. Əziz qardaşım, müşahidələr göstərir ki, uzun sürən əsarət illərində müstəmləkəçilər bu üsulları maddə-maddə Azərbaycana tətbiq etmişlər. Bəlkə, elə Səməd Vurğun da bunları nəzərdə tutub, məşhur şeirində, ürək yanğısı ilə: " Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” -demişdi. Zənnimcə, bu gün Vətənini və Millətini sevən hər kəsin, xüsusən də, ziyalıların üzərinə zamanın qoyduğu bir missiya da qafamıza yeridilmiş bu virusların təmizlənməsi üçün mücadilə aparmaqdır. Düşünürəm, Sən və dostların ürəyi Vətən və Millət sevgisi ilə yananlardansınız. Bu səbəbdən, xahiş edirəm, oxuduqlqarınla onları da tanış edəsən. Qoy, Allah Millətimizi imansız molladan, riyakar müəllimdən, rüşvətxor hakimdən, ziyankar alimdən və savadsız həkimdən qorusun! Amin!.. Hörmətlə: İçimizi çeynəyən şübhələrə "Yox!” demək arzusu ilə Sənə və Millətinə sonsuz sevgi və sayğılar bəsləyən dostun Aydın Allahverdiyev


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 noyabr 2012 12:12
    Allahin salami olsun Sizi,Nizami muellim ve Size Aydin muellim!Oxudum ve iki hiss kecirddim.sevinc ve keder.Sevindim ki tek meni narahat etmir bu agrilar!Kederlendim ki bu agrilar var!Azerbaycan esirler boyu tehluke altinda yashayib ve yashayir!Dushman her zaman bizi zeyfletmek isteyir!Elimizden elmimizi,medeniyetimizi,dilimizi,dinimizi,torpagimizi,servetimizi,aylimlerimizi,
    gehremanlarimizi,dovletimizi almaq isteyirler!Bizim pulumuzu bize garshi hercleyirler ki biz ozumuzu unadaq!Dilimizden azerbaycan dilinde layiqli sozler,dualar yox,meynasiz maxnilar,nelayiq nitqler seslensin!Musalman olmaga gadagalar yeridirler!Azana qadaga!Hicaba qadaga!Mescidlari sokuller!Azad din istiyenlere,vahabicilik sektosunu alternative olaraq teklif ederler!Bilirler ki pulnan alinan inam,pulnanda satilir!Ne qeder ki bashimiz cur be cur dushman bize teklif etdiyi dunyevi oyunlarla meshguldur,torpagimiz, servetimiz talanir!Esqerimiz her atdigi dushman terefe gullenin cavabini vermelidir ve icazesiz atibsa dushmana gulle pulunu odemelidir!Dushman ise shidirga vurur evimizde!Seid Mubariz bunlari qorub tek hucuma getdi,sanki bize gosterdi ki,baxin!Tek adamin hucumu ve dushman gacir,cashir,mehf olur!gelin bir erde hucum edek,temizleyek Vetenimizi!Bu bagali dersi xalqa ozunu gurban vermekle etdi!Allah onu imam Huseynimizin shehidlerinnen qerar versin!Amin!Dushman bizim icimizde yaman er tutub!Bizi mehf etmek isteyini heyata kecirdmek ucun her bir cirkin usuldan istifade edir!Tariximizi,dilimizi,dinimizi,elmimizi saxtalashdirib bize orgedmek isteyirler!Shukur Allaha ki aylimlerimiz bunlarin garshisini alir!Allah Ziya Bunyatova ve onun kimi satilmayan ve ozunu millete gore gurban verenlere rehmet elesin!Amin.
    Bilirsiz ne geder cavanlar tanidim ki urekleri bunlarin hamisina gore yanir.Ve komek etmek istekleri var!Onlarla gerar verdik ki, bu gun namusumuza,geyretimize gore dustag olanlarin aylelerine el tutmag ve komek etmek!Ve her ay kimin imkani neye catir,yardim edir,yigilan mebleg ise o aylelere tam eminnikle catir ve paylanir!Bunu niye misal cekdim,acixlayim.Hemen cavanlar oz dinini,dilini,medeniyetini,mentalitetini,milli deyerlerini,muselmanciliglarini,namus ve qeyretlerini,torpaglarini,hicablarini,aylimlerini,elimlerini,shexidlerini,gehrem
    anlarini,milletlerini,dovletlerini itirmek istemiyen cavanlardir!!!
    Ne qeder ki biz bir fikirde ve bir yolda olsag,dushman bizim garsimizda zeyif oldugunu anlayib icimizden ve torpaglarimizdan qacacag!
    Allah Azerbaycan milletini hidayet etsin!Amin!
    Hormetile,Anar Cafarxanli.

  2. 14 noyabr 2012 16:34
    Cox gozel.Dusunmemisdim ki en cox xosuma gelmis derslik olan 7 sinif orta esrler tarixinin mueliflerinden biri ile bu saytda rast geleceyem.Amma cox teessuf ki hamimiz Aydin muellim kimi dusune ve hereket ede bilmirik.Bele ziyali ve mohkem eqideli insanlar ne edek ki azdir Azerbaycanda

  3. 14 noyabr 2012 17:16
    Eziz Erhan,inan ki Azerbaycanda ve bashqa olkelerde bu cur casur ve iradeli azerbaycanlilar coxdur!Ve onlar bir nefes kimi bir dushunuller!Bax Qarabagda ne geder ogullar vurushub ve bu gunde vurushmaga hazirdilar.Bax hicaba gore ne geder insanlar ayaga galxib xalqin namusunu qorumax isteyirler,onlari zindana salirlar amma onlar bitmir,evezlenir.Bax ne geder aksiyalar,mitingalar keciriller bizim azerbaycanlilarimiz o olkelerdeki Azerbaycanin ve yahud azerbaycanlilarin haqqi taptalanir.Coxdur Azerbaycan xalqin iqid oxullari ve qizlari!Onlardan biri hele sen ozun!Senin ve senin kimi cavanlarin ureyi Veten ucun doyunurse,bizim millet enilmez!O ki qaldi Aydin muellim kimi dushunub ve hereket etmeyiniz Sizlerin bir basha artiq borcunuzdur!O Sizlere gore bu gun bu cur Aydin muellimdir,ve Siz bunu ozunuzde yashadmalisiniz ve qoruyub Sizden sonra gelen qelecek nesile oturmelisiniz!

  4. 14 noyabr 2012 21:43
    Deyilir "Veten ugrunda olen varsa vetendir".Dogrudan da beledir. Hormetli Ceferxanli eger vetenin Sizin kimi dushunen insanlari varsa demek o xalq, o veten yashayir.Qoy bizim haqqimizda ne deyirlerse desinler, icerimizde ne qeder zay insanlar olursa olsun, zaman, iqtisadi veziyyet bizi ne qeder ne qeder sixishdirirsa, deyishdirirse deyishdirsin, eger Aydin muellim,Hamlet muellim, Ceferxanli, Erhan muellim ve diger minlerle bele fedakar insanlar varsa,demek hele cox shey itirilmeyib.Hele bu millet yashayir,fealiyyet gosterir. Inanin ki, bu gelishi gozel sozler deyil. Fikirlerinizi oxuduqca qelbim ferehle dolur. Deyirem "hele yashamagina deyer". Qezaniz mubarek dostlar.

  5. 14 noyabr 2012 22:19
    Nizami muallim. Aydin muallimle ilk defe Naxcivana teyyare ile ucarken tanish olduq-yani semada. Men ushaqlarla sual cavab edirdim. Naxcivanin 3500 illik sivilizasiyasi ile baqli bilik yarishmasinin final musabiqesine gedirdik. Aydin muallim Faiq muallim Tevekkul muallim onlar juri uzvleri idi. Men sual cavab etdikce o da qazet oxuyurdu deyesen herden conub baxir mene teref gulumsuyurdu. Naxcivana enerken mene yaxinlashib dedi ki cavan oqlan tarixi yaxshi bilirsen. Dedim cox saqolun amma anlaya bilmedim ki Tarix muallimiyem nece olmaliydi ki Yarishma bitdi 5 esas yerden ferdi idi yarishma 1 yer Ucardan shaqirdlerim idi Nuru, 2 yer yene menim shaqirdim Emin ve dorduncu yer yene menim shaqirdim Seyidaqa oldu. Yani o yarishmani demek olar ki menim shaqirdlerim uddu. Bu arada 3 yer Babek rayonu ve 5 yer Bakidan idi. Aydin muallim mene yaxinlashib dedi cavan oqlan bayaq ele bilirdim ki siz jurnalistsiz baqishlayin Siz tarix muallimisizmish. Sonradan anladim Onunla orda unsiyyetde olduq sonra TQDK gorurdum cox savadli fedakar vetenini seven Tarix kitabinda en xirda yanlishi duzeltmeye calishan Olkemize esl vetendash yetishdirmeye maraqli olan Cox mukemmel arqumentlerle cixish eden shaqirlerin ve mekteb muallimlerinin arzusunu tecessum etdiren kitabi xeyal yox gercek eden, Tariximizi oyrenmekde maraq yaradan Mukemmel tarix muallimidir Halal olsun ! Heyfslenirem ki onun kimi muallimler aramizda az az olur Biz bu sayt vasitesile bir guc olariq Fennimizin tedrisi mukemmel ederik naniram ki Aydin muallim Tevekkul muallim Faiq muallim Niyameddin muallim Rafiq muallim ve diqerleri aramiza qatilar oz meqaleleri ile xalqimizin balalrina ve Genc muallimlerine destek olar !

  6. 15 noyabr 2012 23:04
    Tesekkurler Nizami muellim.

  7. 16 noyabr 2012 19:45
    maraqlidi tesekkurler

  8. 28 noyabr 2012 11:22
    cox gozel fikirlerdi, xowuma geldi.bele duwunen muellimlere AZERBAYCANIN ehtiyaci vaaaaaar!MEn sizi tanimadan size hormet besledim. smile

  9. 23 dekabr 2012 15:36
    DEDIKLERINIZ DOQURDAN DA DUZDURRRRRRRRRRRRRRRRRRRR............ lol

  10. 26 dekabr 2012 22:39
    Hormetli Ceferxanli ve Nizami muellim.Dediklerinizle raziyam.Azerbaycanda hemise merd insanlar olub.Zaman-zaman mubarize meydaninda onlar dusmenlerimizle vurusublar.Amma ne fayda.Sapi ozumuzden olan baltalar her zamanki kimi oz satqinliqlarini edibler.Bu veten bu millet esrlerdir bu cur hadiselerin shahididir.Ne qeder Nadir sahlar, Babekler, Cavansirler meydana gelse de hemise xeyanet qurbani olurlar.Milletin basbilenleri ya bu cur ya onlara gosterilen laqeyd munasibetden mehv olub gedirler.Men uzun-uzadi yazmagi xoslamiram.Fikrimi alman dovlet xadimi Otto Bismarkin dediyi cumlesi ile bitirirem-"Inqilabi dahiler fikirlesir,fanatikler heyata kecirir, hakimiyyete ise deleduzlar gelir"

  11. 27 dekabr 2012 20:55
    azerbaycanda qeyretli ogullar cox olub.gerek Nebi Babek CAvansir kimi ogullarimiz cox ola

  12. 19 mart 2013 12:12
    Bashda duzgun qeyd etdinizki dogrudanda choxlu yeralti ve yerustu servetlerimiz var, ancaq teessufler olsunki hechde bu servetlerden her birimiz faydalana bilmirik ..

  13. 18 oktyabr 2013 18:54
    Bir sozle deye bilerem ki, Aydin muellim kimi savadli, vetene bagli bir shexse rast gelmemishdim. Hele az yashamisham, amma eminem ki, Azerbaycanda onda olan ruha sahib olan bashga birisini chetin ki, taniyam

  14. 21 noyabr 2013 16:15
    ayda adminstrator hansisiala muelim semada qarsilasiblar
    musabiqete gedirdiz
    qalib geldiz

  15. 5 yanvar 2015 16:14
    Çox gözəl məqalədir.Düşündürücü...

    --------------------

  16. 23 aprel 2015 13:29
    Düşündüklərimizi o qədər gözəl ifadə etmisiniz ki, söz tapa bilmirəm.Təşəkkür edirəm məqaləyə görə. Bu yazını şagirdlərimlə də bölüşəcəm.Çox sağ olun.

  17. 27 aprel 2015 21:13
    düzü yazmağa söz tapmıram. bizi bizə elə gözəl anlatmısınız ki. əslinde bunlar hamının gördüyü bildiyi müşahidə elədiyi həqiqətlərdi amma bunları sizin kimi gözəl ve ürək yanğısı ilə ifadə etməyi hamı bacarmaz.təşəkkür edirəm sizə. çox duyğulandım. içimizdəki vətən və millət sevgisini alovlandırdınız. sağ olun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.