"Y" hərfli anlayışlar

             

"Y" hərfli anlayışlar
 


    Y

Yabqu – Göytürk imperatorluğunda xaqanın gələcək ailəsi bu titulu daşıyırdı.

Yakobinçilər – Böyük Fransa Burjua inqilabı vaxtı Müqəddəs Yakov manastırına toplanıb icla keçirən burjua inqilabçıları.

Yarmarka(almanca) – İldə bir dəfə keçirilən beynəlxalq bazar.

Yaşıl inqilab – Hindistanda həyata keçirilən aqrotexniki tədbirlər kompleksi.

Yelenendorf – İndiki Göy-göl şəhəri. XIX əsrin əvvəllərindən Şimali Azərbaycada yaranmış Alman koloniyası

Yeni burjuaziya – Böyük Fransa Burjua inqilabı dövründə kilsənin,mürtəce zadəganların torpaqlarının alınması,ərzaq alveri və ordunu məhsulla təmin etmək sahəsində varlanmış sosial qrup.

Yeni zadəganlar – Təsərrüfatı kapitəlistcəsinə,yəni muzdlu əmək tətbiq etməklə təşkil edən İngiltərə zadəganları.

Yeniçəri(türkcə) – yeni əsgər,qoşun deməkdir.Dövlət xəzinəsi hesabına saxlanılan nizami türk piyadası.

Yengiloylar və muğallar – türksoylu tayfalar.XVII əsrin əvəllərində I Şah Abbasın köməyi ilə Car,Muxax,Tala,Çardaqlı.Katex,Qaşqaçay və Suvagil kəndlərində məskən salmışdılar.

Yepiskop (yunanca) – nəzarətçi deməkdir.Pravoslav,katolik və anqlikan kilsələrində ali ruhani rütbəsi. 

Yevangeliya – I əsrin sonu – II əsrdə qədim Romadan İusus haqqında əfsanələr yazıya alındı.Bunlar yunanca "Yevangeliya” yəni.şad xəbərlər adlandırıldı.Azərbaycan ilində ona incil deyilir.

Yezuit(latinca) – "Yezus”,yəni "Yisus” İsa sözündəndir.

Yezuitlər ordeni – 1540-cı ildə yaranmış dini təşkilat.Papanın təşəbbüsü ilə yaranmış bu ordenin məqsədi reformaiyaya qarşı mübarizə aparmaq idi.

Yınal – Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri.

Yuan – Çində ümüş pul vahidi.

YUNESKO – Birləşmiş Millətlər Təşkilatının maarif,elm və mədəniyyət işlərinə baxan ixtisaslaşdırılmış hökumətlərarası təşkilat.

Yunq planı – Birinci Dünya müharibəsində məğlub olmuş Almaniya üçün təzminat planı.ABŞ nümayəndəsi O.Yunq tərəfindən hazırlanmışdır.199-cu ildə hazırlanmış bu planın məqsədi Amerika kapitalının Avropaya güclü nüfuz etməsinə və gələcəkdə Almaniyanın Hrbi-sənaye potensialının drçəməsinə təsir göstərmək idi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 aprel 2012 15:20
    Salam. Yelenendorf - Xanlar rayounun adi deyisib GoyGol olub

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.