"F" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"F" hərfi ilə başlayan anlayışlar

Falanqa
(unanca) – Qədim Yunan ağır piyadalarının(hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü.Adətən 8-16 cərgədən ibarət olurdu. Makedoniya  ordusu da belə quruluşa malik idi.

 

Faşizm(italyanca) – dəstə,birlik.Mürtəce siyasi-ideoloji cərəyan.Qədim Roma imperiyasında  yüksək rütbəli şəxslərın daşıdıqları baltalar "fasçi”adlanırdı.Bu baltalar hakimiyyətin və dövlətlə xalqın sıx biliyinin rəmzi hesab edilirdi.İlk faşist dəstələri 1919-cu ildə İtalyada keçmiş cəbhəçilərin millətçi yarim hərbi dəstələri şəklində meydana gəlmişdir.Faşistlər insanların azadlıqlarının düşməni idi.Onlar ölkədə insanların əməyini,yaşayışını.həyatını hərbi qaydada idarə edirdilər.Faşistlər bütün dünyaya ağalıq etmək istəyirdilər.

Federasiya (latınca) – İttifaq.birlik mənasınddır.Müstəqil ərazilərin könüllü olaraq bir dövlətd birləşməsi.

Fermer – kapitalist kənd təsərrüfatında muzdlu əmək tətbiq edən sahibkar.

Fədai(farsca) – özünüinamı yolunda qurban vermək deməkdir.İran inqilabı dövründə(1905-1911)şəhər yoxullarının,xırda burjuaziyanın,fəhlə kəndlilərin könüllü silahlı dəstələri bu adı daşıyırdı.

Fələstin – Qərbi Asiyada tarixi vilayət

Fələstindəki müqəddəs yerlər məsələsi – Fələstindəki Vifleym məbədinin açaları fransa katoliklərində idi.Rusiya açarların pravoslav kilsəsinə verilməsini tələb ediri.

Fəllah(ərəbcə) – kəndli,əkinçi.Ərəb ölkələrində,ocümlədən Misirdə əkinçiliklə məşqul olan əali.

Fəlsəfə(yunanca) – müdrikliyi sevmək.İctimai şüur formalarından biri.İnsanla .aləmin qarşılıqlı münasibəti,təbiətin,cəmiyyətin və insan təfəkkürünün ən ümumi qanunauyğunluqları haqqında elm.

Fərsəx – qədi uzunluq ölçü vahidi,atın bir saatda gedə bildiyi məsafə nəzərdə tutulur,təqribən 6-8 km-ə bərabərdir.

Fəs – 1)Mərakeşdə şəhər;2)kişi baş geyimi.Osmanlı imperiyası və ondan asılı ölkələrin şəhər əhalisi və ya kənd ziyalıları arasında dəbdə olmuşdur.Gənclər,əsasən,qırmızı və ya yaşıl rəngli.yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu(Fəs şəhərində istehsalı geniş yayılmışdı).

Fleyta – nəfəslə çalınan musiqi aləti.

Firon(böyük ev)Qədim Misir dövlətinin başında duran şəxs,padşah.

Forum –Qədim Rama şəhərində təpələr arasındakı çökəkliyi qurudaraq orada bazar meydanı düzəltmişdilər və buranı forum adlandırmışdılar.

Freska – divarda yaş mala,yəni yaş suvaq üzərində çəkilmiş şəkil.

Funt – çəki vahidi(1funt 400 qrama bərabərdir).

Fürer(almanca) – "rəhbər”deməkdir.Almanya nasistləri öz liderləri A.Hitleri belə adlandırmışdılar.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 noyabr 2011 00:56
    "Fraksiya" yaddan cixdi qaqam..

  2. 2 noyabr 2011 15:26
    cox maraqlidi

  3. 2 noyabr 2011 21:01
    maraqli idi

  4. 6 avqust 2012 22:29
    maraqli idi.mene en maraqli olani FES IDI
    fellow

  5. 16 dekabr 2013 15:58
    menim lazim olani tapdim.cox sagolun

  6. 26 avqust 2014 11:28
    Axirincisi mene lap maraqli geldi. tongue

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.