"Q" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"Q" hərfi ilə başlayan anlayışlar

Qaçaqmalçılıq –
gömrük orqanlarından yayınmaqla ölkəyə malların gizli gətirilməsi.

 

Qarluq(türkcə) – "qarlıq”,”qar yığını”deməkdir.Türk tayfalarından birinin adı.

Qarluqlar – IX əsrdə Şərqi Türküstan Yeddisu və Tyan-şan dağlarının şimal ətəklərində yaşamış Aşina türksoyuna mənsub idilər.

Qazax tayfası – türksoylu tayfa.XI-XIIəsrlərdə Azərbaycanın Şimal-Qərb torpaqlarında məskunlaşmışdılar.XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdü.

Qazı(ərəbcə) – icra edən.Müsəlman ölkələrində şəriət əsasında məhkəmə işlərini həyata keçirən hakim.Azərbaycanda məhkəmə işlərinin qazılar tərəfindən aparılması Xilafət dövründən  başlayaraq XIX əsrin ortalarınadək davam etmişdir.

Qazıbəyi – Şirvanşah Sultan Məhəmməd Qazinin dövründə kəsilən və onun şərəfinə adlandırılan  mis pul vahidi.

Qazilər – Qəznəvi dövlətində Sultan Mahmudun ordusunun yürüşlərində könüllü iştirak edən döyüşçülər.

Qazlar Romanı xilas etdi – Qall tayfalarının Romada hücumu zamanı qazların səs salıb  romalı döyüşçüləri xəbərdar etməsi hadisəsindən yaranmış məsəl.

Qəbalə(ərəbcə) – xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icarə kağızı.

"Qədr” partiyası – 1913-cü ildə Pəncablı mühacirlər tərəfindən ABŞ-da yaradılmışdı.

Qıpcaqlar – Oğuzların bir qolu olan qədim türk xalqı.İlk vətənlri Altayın şimal qərbindəki Çjeylen vadisi hesab edilir.IX-X əsrlərdə qıpcaqlar Tyan-şan dağlarının ətəklərindən Dunay və Volqaya qədər ərazidə məskunlaşmışlar.Bu ərazi "dəşt-Qipcaq”adlanırdı.

Qimız böcəyi – Azərbaycanda mövcud olmuş xüsusi böcək növü.Ondan qırmızı rəngli nadir boya hasil olunurdu.Boya da həmin böcəyin adı ilə”qırmız” adlanırdı.

Qızılboya – boyaqotu; kökündən qırmızı boya alınan bitki,orta əsrlər boyu azrbaycan xalçalarının,toxuma və tikmə parçalarının dünya şöhrətini təmin edən keyfiyyətli boya.1869-cu ildə süni boya olan alizarinin kəşfi ilə qızılboya istehsalı tənəzzülə uğradı.

Qızılqaya xəyaəti – Gürcü çarı II İraklinin  bir sıtra Azərbaycanlı xanlarını aldadaraq şəki xnlığı üzərinə yürüş etmək bəhanəsi ilə Qızılqaya adlı yerdə həbs etməsi.Şəki xanı hacı çələbi xanın onları azad etməsi hadisəsindən yaranmışdır.(1752).

Qiyam – bir qrup qəsdçinin dövlət çevrlişi etmək cəhdi.

Qladiator(latınca) – "qılınc”sözündəndir.Qədim Romada xüsusı həbsxana – məktəblərdə silah  işlətmək öyrədilən və bir-biri ilə vuruşmağa məcbur edilən qullar.

Qopcur(monqolca) – otlaq deməkdir.monqol istilasına məruz qalan ölkələrdə,o cümlədən Azərbaycanda vergi növü.Əvvəllər otlaqlardan istifadə üçün köçərilərdən toplanılan qopcur,Elxanilər dövründə  can vergisi ilə əvəz olundu.Yalnız köçərilərdən deyil ,oturaq əhalidən və bəzən şəhərlərdən də toplanılırdı.

Qopuz – Orta əsrlərdə Azərbaycanda geniş yayılmış saza oxşar musiqi aləti.

Qrifon – şir bədənli,qartal qanadlı,şir və ya qartal başlı  əfsanəvi heyvan.Qrifon təsvirləri qədim şərqdə və antik incəsənətdə geniş yayılmışdı.Naxçıvan MR-nın Zoğallı kəndində təqribən VI-VII əsrlərə aid orijinal tunc fiquru tapılmışdır.

Qrossbauer(almanca)-varlı kəndli.qolçomaq.

Quba meydanı – Bakı şəhərində indiki Füzui meydanı.

Qulamalar(ərəbcə) – "oğlan”.”oğlan uşağı”.”qul” deməkdir.Orta əsrlərdə bir səra şərq ölkələrində başlıca olaraq türk əsilli  gənc qullardan ibarət daimi suvari qvardiya.

Quran(ərəbcə) – "mütaliə”.”oxu” deməkdir.İslam dininin müqəddəs kitabı.İslamın ehkamlarına görə "Quranı” Allah, Cəbrayıl vasitəsi ilə Məhəmməd pyğəmbər göndərmiş,o da xalqa çatdırmışdır.Quran 610-632-ci illərdə Məkkə və Mədinə məhəmməd peyğəmbərin”peğəmbərin vəhyi”formasında söylədiyi moizə.ayin və hüquq qanunlarını .and və duaların.ibrətli hekayələrin toplusudur.Quran qafiyəli nəsrlə yazılmış114 surə və 6200-dən çox ayədən ibarətir.

Qurultay(türkcə) – 1.hakim nəsildən olan monqol və türk əslzadələrinin ali yığınağı deməkdir.Adidöyüşçüləri buraya buraxmırdılar;2.Hər hansı təşkilatın və ya əhali qrularının,hər hansı sahə xadimlərinin  nümayəndələrinin yığıncağı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 iyul 2013 10:44
    hamisini beyendim wink wink wink

  2. 3 yanvar 2015 17:20
    Məncə də maraqlıdır.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.