"C" hərfi ilə başlayan anlayışlar

[/b]

[b]"C" hərfi ilə başlayan anlayışlar
 

C

 

 

Camaat(ərəbcə) – ayrıca bir icma,bəzən isə müəyyən sosial-siyasi vahid mənasında icmalar ittifaqı.

Canlı ölülər – Qədim Misirdə qulları bu cür adlandırırdılar.

Cecim – İpəkdən toxunulan və ya xovsuz xalça növü.Cecim geyimlər,döşəküzü,pərdə.örtük,çanta tikmək üçün,eləcədə döşənəcək və divar xalçaları kimi istifadə edilmişdir.

Cermux – Qarabağ xanlığında Çiləbörd mahalının qısaldılmış adı.

Cəbbəxana – Silah döyüş sursatı,hərbi texnika və s. hazırlanan və saxlann yer.

Cəngavər şərəfi – Qərbi Avropada cəngavərlər üçün işlənib hazırlanmışxüsusı qaydalar.Bu qaydalara görə cəngavər xristian dininin düşmənlərinə qarşı mübarizə aparmalı, zəifləri müdafiə etməli idi.

Cəngavər – Qərbi Avropada xırda feodal.

Cəngəl(farsca) – "meşə”deməkdir.

Cəngəlilər – 1914-1922-ci illərdə İranın Gilan və Mazandaran bölgələrində aş vrmiş partizan hərəkatının iştirakçıları.

Cəng arabaları – Qədim Misirdə və Ön Asiya ölkələrində bir cüt at qoşulmuş sürətlə hərəkət edən döyüş arabaları.

Cəzirət-əl-ərəb –"Əl cəzirəAsiya,Afrika və Aralıq dənizinin qovuşduğu ərazini ərəblər belə adlandırmışlar.

Cihad – islam dininə əsasən,vətənin istiqlaliyyətini qorumaq üçün aparılan müqəddəs müharibə.

Cizyə - Xilafət dövründə islam dinini qəbul etməyən əhalinin ödədiyi can vergisi.

Cüftbaşı – cüftpulu.Orta əsrlərdə Bəzi Yaxın Şərq ölkələrində,o cümlədən,Azərbaycanda vergi.Mövsüm ərzində bir cüt öküzlə şmlanmış əki sahələrinin məhsuluna görə alınırdı.II Şah Abbasın fərmanı ilə soyurqal torpaqlarından alınırdı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 mart 2013 19:34
    cox gozeldi tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.