E hərfi ilə başlayan hərflər

[/b]

[b]E hərfi ilə başlayan hərflər

Edelveys -
çoxillilik çiçək növü.

 

 

"Edelveys”planı – Nasist Almaniyasının Qafqaza hücum planı.Bu plana görə Bakı 1941-ci il sentyabrın 25-də tutulmalı idi.

 

Ehkamçılıq – yeniliyi  nəzərə almayan,dəyişməz donuq müddəalardan istifadə edən təfəkkür metodu.

 

Ehram – düzgün piramida şəkilli monumental qurğu;əsasən,qədim dünya memarlığı üçün səciyyəvi olmuşdur. Hökdarların əzəmətini təcəssüm etdirmək üçün tikilən Qədim Misir fironlarının sərdabələri nəzərdə tutulur.

 

Eksterritoriallıq – toxunlmazlıq hüququ,beynəlxalq hüquqda dövlətin xarici ölkə başçılarına,diplomatik nümayəndələrə və digər vəzifəli şəxslərə verdiyi imtiyazların məcmusu.

 

Ekstremizm – Əsasən,siyasətdə ifrat görüşlərə və tədbirlərə olan meyl.

 

Elat – 1)tayfa,tayfa ittifaqı və ya etnik birlik;2)elat geniş mənada "rəiyyət”dən(bax:rəiyyət),yəni oturaq əkinçi əhaldən fərqli olaraq köçəri maldarları bildırir.

 

Eneolit –Mis-daş dövrü.Neolitdən tunc dövrünə keçid mərhələsi.Mis ilk əldə edilən metal idi.Lakin bu mütal yumşaq keyfiyyətli və kövrək olduğundan tez xarab olur,ona göə də insanlar mis alətlərlə bərabər daş alətlərdən də istifadə edirdilər.

Elxan –Elxanilə dövləti hökmdarlrının titulu.

 

Elxanilər imperatorluğu – (1256-1357)Yaxın və  Orta şərqdə mövcud olmuş türk-monqol imperatorluğu.Əsası Böyük Monqol xaqanı Çingizin nəvəsi Hülakü xan(1256-1265)tərəfindən qoyulduğundan,çox vaxt Hülaküər imperatorluğu da adlanır.

 

Ellada – Qədim Yunanların öz vətənlərini verdiyi ad.

 

Ellinizm – Aralıq dənizinin şərq sahilləri ölkələri tarixində mərhələ;Makedoniyalı İskəndərin hərbi səfərlərindən tutmuş həmin ölkələrin Roma tərəfindən işğallarına qədər olan dövrü əhatə edir.”Ellinizm” termini tarixşünaslığa Alman tarixçisi Droyzen tərəfindən gətirilmişdir.

 

Ellinlər –Yunanların özlərinə verdikləri ad.Hələ qədimnən Şərqi Aralıq dənizyanı ərazilərdə danışan əhali belə adlanırdı.

 

Emissiya(latınca) – tədavülə pul və ya qiymətli kağızların buraxılması.

 

Eşafot(fransızca) – taxta meydança deməkdir.Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində üzərində qətl,rüsvayçı cəza tədbirləri həyata keçirilən taxta meydança.

 

Etatizm(fransızca) – "dövlət”deməkdir.Dövlətin iqtisadi,sosial mədəni sahələrdə rolunun

artırılması mənasında işlədilir

Etnoqrafiya(latınca) – müxtəlif xalqların həyatını öyrənən elm.

 

Etrusklar – e.ə.I minillikdə Apennin Yarımadasının şimal-qərbində yaşamış tayfa. Etrusklar Romalılardan əvvəl inkişaf etmiş mədəniyyət yaratmışdılar.

 

Ettehadiyyə(farsca) –birlik.Ensiklopediya(latınca) – biliklər,bacarıqlar dairəsinin öyrənilmə-si.Ensklopedita müxtəlif fənlərə dair məqalələr lüğəti,bütün elm  və əməli fəaliyyət sahələrinə dair sistenli və yığcam məlumat verən elmi nəşr deməkdir.

 

Eskimoslar – Qrenlandiyada,Kanadanın şomal ucqarlarında,Alyaskada,Rusiyada(Çukod yarımadasının şərqində)yaşayan xalq.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 12:32
    esil ensiklapedik izahlardir,cox yawa,eladir

  2. 15 sentyabr 2012 21:25
    maraqli idi,tesekkur

  3. 14 aprel 2014 21:51
    idare edirde ne deyimki? vapsim ne diye bileremki?


Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.