Azərbaycan Novruza doğru

Azərbaycan Novruza doğru





Ax gözəl Novruz.!gözəl bayram.! 1000-1000 uşaqların qəlbini şad edən bayram.
Cəlil Məmmədquluzadə.




Azərbaycan xalqının milli bayramı-Novruz gəldi.Elə-obaya büsat gəldi.!Qəlblərə sevinc gətirdi, yatmışları oyatdı,küsülüləri barışdırdı,sınıq körpüləri bitişdirdi.!

Novruz Azərbaycan xalqının dərin kökə malik bayramıdır.Yazın gəlişi münasibətilə Azərbaycanın hər bölgəsində bu bayram təmtəraqlı şəkildə qeyd olunur.Düzdür , bu bayramı bir çox türk xalqları da qeyd edir lakin ümumilikdə Novruz deyəndə ilk yada düşən ölkə Azərbaycan olur.Novruzun kökü 1000 illərə dayanır.Yəni nə xristian dini , nə də islam dininin olmadığı dövlərdə bu bbayram mövcud olub.Ona görə də biz bu bayrama əsl "xalq bayramı" deyə bilərik.Onu da qeyd etmək lazimdir ki, Novruz çox çətin tarixi etaplar keçərək bugünümüzə gəlib çıxmışdır.Məsələn,elə Sovet dönəminin özündə bu bayram "MİLLİYƏTÇİLİK" damğası alaraq qadağan olunur.Lakin xalq bu bayramın irsi xüsusiyyətlərini qoruyub saxlayır.Nəzərə alsaq ki, xalq özü çətin vəziyyətdə idi, yəni , həm maddi cəhətdən həm də siyasi şəaitlə əlaqədar olaraq Novruzu can-fəşanlıqla qeyd edə bilməzdi.Bunun müqabilində xalq milli bayramının adətlərini tapdamır.

Azərbaycan Novruza doğru




Novruzun kökü "Atəşpərəstliyə" söykənir. Aydındır ki, Novruz qədim "Avesta" dan bu dövrə gəlib.İndi də Novruz adətlərində atəşpərəstliyin izləri görürük. Məəsələn , elə tonqal qalamanın özü , Tonqal atlanma qədimdə oda sitayiş etməmizə bariz sübut hesab olunur.Əlavə kimi deyə bilərəm ki , AZərbaycan "ODLAR YURDU" dur , Azər sözünün mənası elə "od" deməkdir.


Azərbaycan Novruza doğru





Gəlin Novruz adətlərinə qısa səyahət edək smile
Novruzdan 4 həftə əvvəl Çərşənbələr qeyd olunar.Bu bayrama hazırlıq mərhələsi hesab olunur.Birinci SU çərşənbəsi qeyd olunar.Su çərşənbəsinin mənası odur ki, qışdan bəri qalan buzlar artıq əriyərək çaylara qovuşur.Sanki aydınlıq rəmzidir su çərşənbəsi.bu çərşənbədə qız-gəlinlər bulaq başına gedər, sərin-şirin su gətirər,əl-üzlərini yuyarlar.
daha sonra OD çərşənbəsi gəlir ki, buda torpağın isinməsi, aləmin qızınması anlamındadır.Od çərşənbəsində hər evdə adam başına şam yandırılar, xonça bəzənər, Tonqal qalanar.

Azərbaycan Novruza doğru



od çərşənbəsini yola saldıqdan sonra yel çərşənbəsi gəlir.Yel təzəcə oyanmış təbiəti, ağacları, tərpədir, ona yeni nəfəs gətirir.
Və sonda torpaq çərşənbəsi-Əkinə başlamaq olar. fellow


Qulaq falı-Novruzun həm maraqlı ,həm əyləncəli adətlərindən biridir.Bibim danışır ki, biz gənc olanda hər bayram çıxırdıq qulaq falına.Kənddə daha yaxşıdı deyir, qonşu həyətinə keçmək, eyvanın altda dayanıb , evdə gedən söhbətləri dinləmək . Vallah indi şəhər yerində qulaq falına çıxmaq çətindi , hamı seyf qapı düzıltdirir , səs eşitmək olmur winked deyirlər qulaq falında kim nə eşidərsə düz çıxar.düzdü bu sadəcə inancdır.amma yenə də çalışaq ki\, heçolmasa bayram ərəfəsində evdə qarğış-dava olmasın.
Papaq atdı- ən sevdiyim adətimiz.Ən çox uşaqlar papaq atır, amma biz gənclər də papaq atırıq.Papaq atdıyla, həm də Azərbaycan xalqının səxavətliliyi də bir daha ortaya çıxır.Ev yiyəsi Allah verən nemətlərdən doldurur papağğın içinə.Allaha şükür olsun ki,hələ papağımızın boş çıxdığını görməmişik.
Aöırlığım-uğurluğum-Həyətlərdə hündür tonqal qalanar.Milli musiqilərimizin sədaları altında o tonqaldan atılaraq "ağırlığım-uğurluğum odlara,oddan atlanmayan yadlara" deyərik.El arasında belə deyim var " tonqalımızın tüstüsü düşmən gözü çıxarır".Bu doğurdan da belədir.İnşallah ki, birgün gələcək,Bu o gündür Kİ, ÜçRƏNGLİ BAYRAĞIMIZ İŞĞALDA OLAN QARABAĞ TORPAQLARINDA DALĞALANACAQ VƏ BİZ DƏ BU MİLLİ BAYRAMIMIZI DOĞMA YURDDA QEYD EDƏCƏYİK.HƏM DƏ ELƏ ŞƏKİLDƏKİ AZƏRBAYCAN TARİXİNDƏ ELƏ BAYRAM GÖRMƏMİŞ OLACAQ.İNŞALLAH.


(utanır üzümüz,susur dilimiz,
"BAYRAMIN MÜBARƏK" deyə bilmirik.
evlərdə matəmdir,üzlərdə kədər,
Kədəri üzlərdən silə bilmirik.)

Şeirdəki təəssüf hissini İnşallah Rəbbim qəlblərimizdən siləcəkdir.!



bayramın özünəməxsus bişintiləri də var.Şəkərbura,paxlava,qoğal,badambura.

Azərbaycan Novruza doğru


Keçəl-Kosa və Bahar qızı bayramımızın yaraşıqlarıdırlar.Bayram ərəfəsində onlar xalqa qonaq gələr , məzəli zarafatları ilə insanları əyləndirərlər. Yumurta döyüşdürərlər,bir-birlərindən xoşları gəlməzmiş kimi deyişərlər.Xoruz vuruşdurmada iştirak edərlər.

Azərbaycan Novruza doğru


Azərbaycan Novruza doğru



A kos-kosa gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.


Dövlət başçımız Cənab İlham Əliyev və Xanımı Mehriban Xanım Əliyeva bayram günlərində xalqın arasında olur, onlarla birlikdə sevinir-yumurta döyüşü edir, yarışlara qoşulurlar.



Azərbaycan Novruza doğru





və son da .. İslamın doğruluğu ilə desək müsəlmanların iki bayramı vardır : Qurban və Ramazan bayramları.Lakin bu bayram milli bayramımızdır,bir xalq mənəviyyatını əks etdirir,Özünüdərk məcmuəsidir.



Əziz Həmvətənlərim! Bayramınız mübarək.! Neçə-neçə bayramları qeyd edək İnşallah, sağlam-gümrah-yeni nəfəslə.!


AZAD VƏ XOŞBƏXT XALQA DAHA ÇOX BAYRAMLAR LAZIMDIR.
Roman Rollan.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 mart 2015 15:32
    Təşəkkürlər Melisacım winked

    --------------------

  2. 18 mart 2015 21:54
    Canim,Melisa hemiseki kimi ela alinib......tesekkurler bele gozel formatli meqaleye gore........Bayramin da mubarek,Melisa......... love wink lol

  3. 19 mart 2015 11:29
    Gələcək Bayraminiz mubarek, ureyiniz umidli, umidleriniz atli, sevdaniz qanadli, sevinciniz qatli, sufreniz dadli, mekaniniz taxtli, omrunuz bextli, eviniz bereketli olsun!

    --------------------

  4. 19 mart 2015 12:13
    Hər birinizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm...Neçə belə gözəl bayramlara çıxasınız...

    Təşəkkürlər xəbər üçün.....

    --------------------

  5. 19 mart 2015 12:18
    Sitat: Melisa Can
    Poli.Minnətdaram.Çox saol əzizim mənim.
    Leyla,Mən də öz növbəmdə Səni,ailəni ürəkdən təbrik edirəm.Eləcə də bütün Azəri xalqını.Hərzaman bol ruzili,Bərəkətli,xoşbəxt illəri qarşılayaq.

    Sitat: ARR
    Hər birinizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm...Neçə belə gözəl bayramlara çıxasınız...

    Təşəkkürlər xəbər üçün.....

    Mən də səni öz adımnan təbrik edirəm.Təşəkür edirəm)


    Səninlə bahem Melisa

    --------------------

  6. 19 mart 2015 17:23
    Sitat: Melisa Can

    Mən də səni öz adımnan təbrik edirəm.Təşəkür edirəm)

    Təşəkkür edirəm....

    --------------------

  7. 20 mart 2015 10:42
    tesekkurler

  8. 21 mart 2015 12:40
    TÜM TÜRK DÜNYASI'NIN NEVRUZ BAYRAMI MÜBAREK OLSUN..

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.