Səməni haqqında

 

Səməni haqqında

 

 
 
 Səməni hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik elementdir. Almanlar səmənini pasxa bayramına becərdər, adına da "Ostergras" deyərlər . Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın zamanda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerdə qoyurlar.
 Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Son dövrlərdə satış üçün də səməni hazırlanır və hər bir evdə səməni olmasına yaxşı imkan yaradır.
  1-0,5 kq buğda bir qaba töküldükdən sonra hər gün onun üzərinə bir qədər su əlavə edilir və günəş şüaları düşən yerdə saxlanılır. Təxminən 1-2 həftəyə səməni hazır olur. 3 gün suda saxlanılan buğda cücərdikdən sonra geniş qaba tökülür və üzərinə yaş parça və ya tənzif salınır. Cücərtilər böyüdükdən sonra tənzif götürülür və səməni hər gün sulanır.
  
   (Sem/Som) kökündən törəmişdir. Doluluk, saflıq bildirir. Sümen/Suma sözcüyü qədim altayca və monqolcada "şaman" mənası daşıyır. Halha ləhcəsində sum, buryatçada hum, dagur dilində sum sözləri işlədilir. Mongur dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənalar da ehtiva edir. Bu məna tunquzcada sama sözü ilə qarşılanır. Monqolca sem, tunquzca sümen kökü "gizlətmək" mənasını da verir.

 

 

 

 


 

Səməni haqqında

 

Səməni haqqında

 

Səməni haqqında

 

Səməni haqqında

 

Səməni haqqında




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 mart 2015 14:34
    Təşəkkür edirəm Leyla winked

    --------------------

  2. 18 mart 2015 21:57
    Leyla,tesekkurler........ love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.