Müəllim üçün vəsait

Müəllim üçün vəsait

Salam əziz müəllimlər və valideynlər! Söz verdiyimiz kimi 2018-ci ildə nəşr edilmiş 5-ci siniflər üçün Azərbaycan tarixi fənnindən yenilənmiş və bütün tədris ili proqramını əhatə edən (55 paraqraf üzrə) Formativ qiymətləndirmə vəsaitinin müəəllimlər üçün ayrılmış hissəni sizlərə təqdim edirik. Bu vəsaitdə siz...
1) Bütün sualların doğru cavablarını əldə edəcəksiniz
2) Bütün sualların doğru cavabları MEYARLARLA təqdim olunmuşdur
İlk olaraq bizim vəsaiti əldə edin. Vəsait 6,80 manatdır. Ünvan 28 may kitab evləri. Əsas satış mərkəzi LOQİN kitab mağazası (28 may m-su). Ayrıca Sədərəkdə (Şirniyyat adlanan ərazidə) topdansatış mərkəzi fəaliyyət göstərəcək. Oradan siz daha ucuz qiymətə, təbii ki, 20 və daha çox aldıqda əldə edə biləcəksiniz.
Vəsaitlə bağlı bütün irad və təklifləriniz üçün müəlliflərə xəbər verməyinizi rica edirik. Müəllimlər üçün vəsaitin hazırlanmasında xüsusi xidməti olan Aydın Allahverdiyev və Leyla Bayramovaya təşəkkür edirik. Sizlər üçün, kurikulumu dərk etmək üçün gözəl fürsətdir. Tariximizi əsl kurikulumla tədris edək...Uğurlar! VƏSAİT yazılan linkin üzərindən vurun.....
Satış üçün müraciət edə bilərsiniz: 0503778786 Rəşad (bütün sinif üçün aldıqda qiymətlər aşağı düşəcəkdir)

Yükləmək ücün qeydiyyatdan keçin!



Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait
Müəllim üçün vəsait



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 sentyabr 2018 23:17
    Salam, əziz müəllimlər və valideyinlər!
    Elmin və texnikanın sürətli inkişafı yaşadığımız dünyada əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Müasir nəqliyyat və rabitə vasitələri məsafə problemini aradan qaldırmış, əvvəl bir-birindən xeyli uzaqda yaşayan xalqlar indi bir-birinin içərisində yaşamağa başlamışlar. Yeni tarixi şəraitdə yaşaya bilmək üçün biz də yeniləşməli, müasir dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməliyik. Məhz bu səbəbdən XXI əsrdə təhsilimizin paradiqması dəyişmiş, Respublikamızda hafizə yönümlü təhsildən təfəkkür məktəbinə keçid başlanmışdır. Mühafizəkarlıq və natamamlıq səbəbindən ləng və ağrılı gedən bu prosesin sürətlənməsi üçün biz də bilik və təcrübəmizi səfərbər etmiş, böyük zəhmət və məhrumiyyətlər hesabına mühakimənizə təqdim olunan bu vəsaiti ərsəyə gətirmişik. Vəsaiti hazırlayarkən milli-mənəvi dəyərlərimizi, şagirdin yaş xüsusiyyətlərini, müvafiq məzmun standartlarını və Dövlət İmtahan Mərkəzinin tələblərini nəzərə almağa çalışmış, qabaqcıl dünya təcrübəsinə söykənərək, sual və tapşırıqlarda əsas diqqəti biliyin deyil, bacarıqların ölçülməsinə və inkişaf etdirilməsinə yönəltməyə çalışmışıq. Bu zaman həm sizə yardım etmək, həm də tarixin tədrisində “kustarçılığı” aradan qaldırıb onun bütün ölkədə vahid elmi-pedaqoji prinsiplər əsasında tədrsinə nail olmaq istəmişik.

    Yüzlərlə yeni tipli tapşırıq modelləri, onların aid olduğu alt standartlar və idrak taksonomiyasına (Blum taksonomiyasına) görə ölçdüyü bacarıqlar, tapşırıqların doğru (və ya ehtimal olunan) cavabları, o cümlədən qiymətləndirmə meyarları sistemli və asan qavranılan cədvəllər şəklində ölkəmizdə ilk dəfə məhz bu vəsaitlərdə mühakimənizə təqdim olunmuşdur. Bu, şagirdlərinizin nailiyyətlərini tez və obyektiv qiymətləndirə bilməyiniz üçün edilmişdir.

    Digər tərəfdən sizin tarixi mövzularda layihələri (təqdimat, esse, hekayə, referat və s.) qiymətləndirərkən hansı çətinliklərlə qarşılaşdığını bildiyimizdən, beynəlxalq və yerli təcrübə əsasında xüsusi tövsiyə və meyarlar hazırlamış, onları sistemləşdirərək istifadəsi asan cədvəllər şəklində diqqətinizə çatdırmışıq.

    Əziz həmkarlar, siz də yaxşı bilirsiniz ki, məktəbin əsas vəzifəsi cəmiyyət üçün faydalı bacarıqlara malik insan yetişdirməkdir. Bu bacarıqların ölçülməsi üçün heç də dərslikdəki bütün məlumatlardan istifadə edilməsi vacib deyil. Sizə təqdim etdiyimiz vəsaitlərdə tarix fənnindən belə tapşırıqları hazırlamağın mükünlüyünü göstərmiş, onu hələ də müstəmləkəçiliyin ideoloji buxovunda olanların hücumlarından qorumağa çalışmışıq. Hörmətli müəllimlər, kurikulumun tətbiqindən artıq 10 il keçir. Dünya isə sürətlə dəyişir. Təlim-tərbiyə sistemini yeni tendensiyalara uyğun qura bilməyən xalqlar qanlı münaqişələr girdabına yuvarlanır.


    Düşünürük ki, onlar anlamağı və dəyər verməyi bacaran yeni bir nəslin yetişdirilməsi işinə fayda verə biləcəkdir. Sizə sayğılarla: Aydın Allahverdiyev

  2. 19 sentyabr 2018 18:23
    cox saqolun .

  3. 5 yanvar 2019 16:55
    Cavabları necə əldə edə bilərəm?

  4. 15 fevral 2019 07:58
    Salam.men birşeyi öyrənmək isteyirdim. Kimsə cavab yazsa yaxşı olar.Mən 2010 cu ilin mezunuyam.indi Mən tarixi öyrənəndə keçmiş kurikulum kitablarını oxumurdum.amma indi baxıram ki 7 ci sinif umumi tarixdə osmanlı dövləti haqqındakı dərsdə, döyüşlər haqda,onların necenci ilde baş verdiyi haqda, bursanin, edirnenin necenci ilde paytaxt olduğu haqda məlumat yoxdur. İndi qəbulda düşən suallarda bu saydıqlarım haqda olmayacaq??


    Bəli həmin məlumatlar indiki dərsliklərdə olmadığı üçün qəbul proqramında olmayacaqdır...

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.