PEDAQOGİKA 40 TEST

PEDAQOGİKA 40 TEST

PEDAQOGİKA 40 TEST .... Əziz müəllimlər və müəllim olmağa hazırlaşanlar....Buyurun özünüzü sınayın...Bu sualalrı hazırlayan müəllimə təşəkkür edirik...

1. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən
edin.
1 – Məktəb pedaqogikası
2 – Xüsusi pedaqogika (Defektologiya)
3 – Müqayisəli pedaqogika
4 – Pedaqogika tarixi
a – Kütləvi məktəblərdə təlim – tərbiyə işinin nəzəri və praktik məsələlərini öyrənir;
b – bəşər cəmiyyəti yaranandan bəzi tərbiyənin və məktəblərin yaranması və inkişafı
məsələlərini öyrənir;
c – müxtəlif təhsil sistemlərinin ümumi və fərqli cəhətlərini öyrənir;
d – fiziki və psixi cəhətdən nöqsanlı uşaqların təlim – tərbiyəsi məsələlərini öyrənir.
A. 1 - d; 2 - b; 3 - a; 4 - c
B. 1 - b; 2 - a; 3 - b; 4 - c
C. 1 - a; 2 - d; 3 - c; 4 - b
D. 1 - c; 2 - d; 3 - c; 4 - b
E. 1 - b; 2 - c; 3 - a; 4 - d
2. Pedaqoji dəyərlərin ardıcıllığının düzgün sırasını göstərin
1 – qrupun pedaqoji dəyərləri
2 – şəxsiyyətə xas olan pedaqoji dəyərlər
3 – sosial pedaqoji dəyərlər
A. 1; 3; 2
B. 1; 2; 3
C. 2; 1; 3
D. 3; 1; 2
E. 2; 3; 1
3. Tərbiyə vasitəsilə insanın ləyaqətli vətəndaşa çevrilməsi keyfiyyəti və vəzifələri.
1 – vətəndaşlıq borcu;
2 – peşə qüruru;
3 – milli qürur və vətənpərvərlik hissi;
4 – uşaqları tərbiyə etməyi bacarmalı;
5 – milli sərvətləri qorumaq;
6 – işgüzar və sahibkar olmalı.
A. 2; 4; 6
B. 1; 2; 3
C. 3; 4; 5
D. 1; 3; 5
E. 5; 6; 1
4. Əsas pedaqoji dəyərləri müəyyən edin
1 – mənəvi dəyərlər
2 – sosial pedaqoji dəyərlər
3 – maddi dəyərlər
4 – qrupun pedaqoji dəyərləri
5 – şəxsiyyətə xas olan pedaqoji dəyərlər
A. 2; 4; 5
B. 1; 2; 3
C. 3; 4; 5
D. 2; 3; 4
E. 1; 2; 5
5.Pedaqogikanın müxtəlif yaşda və müxtəlif sosial kateqoriyalara aid insanların tərbiyəsi və təhsil məsələlərini öyrənən sahəsi:
A. Peşə pedaqogikası
B. Defektologiya
C. Sosial pedaqogika
D. Hərbi pedaqogika
E. Müqayisəli pedaqogika
6. Tərbiyə prinsiplərinin tərtibinə verilən tələblər.
1 – metodlar
2 – məcburilik
3 – formalar
4 – komplekslik
5 – eyni əhəmiyyətə maliklik
A. 1; 3; 5
B. 2; 4; 5
C. 1; 4; 5
D. 1; 2; 3
E. 2; 3; 4
7. Mənimsəmə prosesinin komponentlərini göstərin.
1 – Qavrama
2 – Sistemləşdirmə
3 – Anlama
4 – Qruplaşdırma
5 – Ümumiləşdirmə
6 – Nəticəçıxarma
7 – Möhkəmləndirmə
8 – Tətbiqetmə
A. 4; 5; 6; 7; 8
B. 3; 4; 5; 6; 7
C. 2; 3; 4; 5; 6
D. 1; 3; 5; 7; 8
E. 1; 2; 6; 7; 8
8. Təlimin mərhələlərinin ardıcıllığını göstərin :
1 – Tətbiqetmə
2 – Ümumiləşdirmə
3 – Qavrama
4 – Anlama
5 – Möhkəmləndirmə
A. 1; 2; 3; 4; 5
B. 5; 4; 3; 2; 1
C. 2; 3; 4; 5; 1
D. 3; 4; 2; 5; 1
E. 1; 3; 5; 4; 2
9. Tərbiyə vasitəsilə insanın yaxşı işçiyə çevrilməsi keyfiyyəti və vəzifələri.
1 – dövlət simvollarına hörmət;
2 – işgüzar və mütəşəkkil;
3 – ailə vəzifələrini yerinə yetirmək;
4 – əmək təcrübəsinə malik olmaq;
5 – təbiəti qorumalıdır;
6 – işgüzar və sahibkar olmalıdır.
A. 4; 1; 2
B. 2; 4; 6
C. 6; 5; 3
D. 5; 6; 1
E. 1; 3; 5
10. Pedaqoji sistemin təkmilləşdirilməsi yollarını müəyyən edin
1 – intensiv
2 – ümumi
3 – ekstensiv
4 – xüsusi
A. 2, 3
B. 1, 3
C. 2, 4
D. 3, 4
E. 1, 4
11. Tərbiyə vasitəsilə insanın ləyaqətli ailə başçısına çevrilməsi keyfiyyəti və vəzifələri.
1 – sağlam və fəal həyat tərzinə malik olmalıdır;
2 – beynəlmiləlçi olmalıdır;
3 – ümumi, iqtisadi və peşə biliklərinə malik olmalıdır;
4 – yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır;
5 – əmək təcrübəsinə malik olmalıdır;
6 – uşaqları tərbiyə etməyi bacarmalıdır.
A. 2, 4, 6
B. 2, 3, 5
C. 1, 4, 6
D. 3, 5, 6
E. 1, 2, 3
12. Pedaqogikanın daha çox əlaqəli olduğu elm sahələrini göstərin.
1 – Psixologiya
2 – Riyaziyyat
3 – Anatomiya və fiziologiya
1 – İqtisadiyyat
5 – Məktəb gigiyenası.
A. 2, 3, 4
B. 1, 2, 3
C. 3, 4, 5
D. 1, 3, 5
E. 1, 4, 5
13. Pedaqogikada tərbiyə prinsiplərinin təsnifatında fərqli baxışların mövcud olmasının başlıca səbəbi:
A. Tərbiyənin mürəkkəb bir proses olması ilə bağlıdır
B. Tərbiyə qanunauyğunluqlarıın tam öyrənilməməsi ilə əlaqədar düz
C. Tərbiyənin çoxamilli bir proses olması ilə əlaqədardır
D. Tərbiyənin ictimai hadisə olması ilə əlaqədardır
E. Tərbiyədə gələcəyə yönümlülüyün olması ilə bağlıdır
14. Fəal təlimin iş formaları və üsullari arasındakı uyğunluğu müəyyən edin.
1 – İş formaları
2– təlim üsulları
a – cütlərlə iş
b – insert
c – qrupla iş
d – klaster
e – bütün siniflə iş;
ə – beyin həmləsi
A. 1 - c, b, ə; 2 - a, e, d
B. 1 - ə, b, d; 2 - d, e, c
C. 1 - a, c, e; 2 - b, d, ə
D. 1 - e, ə, d; 2 - a, b, e
E. 1 - b, d, e; 2 - a, c, ə
15.Şagirdin keçilən materialı mənimsəmə fəaliyyəti necə adlanır?
A. öyrətmə, tərbiyəetmə
B. tədris, öyrətmə
C. öyrənmə, idrak düz
D. təlim, diaqnostika
E. tərbiyələndirmə, yenidəntərbiyə
16.Tərbiyə prosesinin qanunauyğunluqları nəyi ifadə edir?
A. Tərbiyə prosesininin dialektikasını
B. Tərbiyə prinsiplərinin əlamətlərini
C. Tərbiyə üsullarının səmərəliliyini
D. Tərbiyə prosesinin səmərəlilik səviyyəsini
E. Tərbiyə, təhsil, təlimin qarşılıqlı əlaqəsini
17. Xüsusi pedaqogikanın sahələrini seçin.
1 – Etnopedaqogika
2 – Surdopedaqogika
3 – Pedaqoji psixologiya
4 – Tiflopedaqogika
5 – Sosial pedaqogika
6 – Oliqofren pedaqogika
7 – Loqopediya.
A. 2; 4; 6; 7
B. 3; 4; 5; 7
C. 1; 2; 3; 4
D. 4; 3; 2; 5
E. 3, 2, 1, 6
18.Təlimin köməkçi formaları olan sıranı seçin;
A. Kombinəedilmiş dərs, giriş dərsi, konfranslar, seminarlar
B. Seminarlar, konfranslar, dərnəklər, şagirdlərin müstəqil işləri düz
C. Ekskursiyalar, dərs - işgüzar oyunlar, inteqral dərslər
D. Yarış dərsləri, yaradıcı dərslər, dərnəklər
E. Kompüter dərsləri, dərs - rollu oyunlar, şagirdlərin müxtəlif işləri
19. Tərbiyə prinsiplərinin xüsusiyyətlərini seçin.
1 – təlim prinsiplərindən törəyir;
2 – spesifik prinsiplər kimi sistemaltı statusa malikdirlər;
3 – tam şəkildə praktikaya keçirilir;
4 – nisbi müstəqildirlər;
5 – köməkçi funksiyasını yerinə yetirirlər;
6 – təhsilvericidir.
A. 1; 2; 4; 5 düz
B. 1; 3; 5; 6
C. 2; 3; 4; 5
D. 4; 1; 3; 5
E. 3; 4; 2; 1
20. Tərbiyə işinin əsasında dayanan ideyaların ardıcıllığı
1 – davranış vərdişləri;
2 – könüllülük;
3 – şəxsiyyətin keyfiyyətləri;
4 – özünütəyinetmə;
5 – uşaqlarla böyüklərin birgə fəaliyyəti;
6 – tərbiyə məqsədlərində realizm
A. 1; 3; 5; 6
B. 6; 5; 4; 2
C. 5; 1; 3; 4
D. 2; 3; 4; 5
E. 4; 5; 1; 2
21. Pedaqogika elminin predmeti:
A. Təhsilin məzmunu
B. Təlimin quruluşu
C. İnkişaf
D. Təhsil düz
E. Tədris formaları
22.Tərbiyənin mənşəyi barədə nəzəriyyələr
A. Neotomizm, plüralizm
B. Neohumanizm, asketizm
C. Bioloji, psixoloji düz
D. Praqmatizm, ekzisensializm
E. Preforizm, praqmatizm
23.Pedaqogikanın obyektini təşkil edir:
A. İnsan və onun tərbiyəsi
B. Sosial problemlər
C. Tərbiyənin qanunauyğunluqları
D. İnsan və onun təlimi
E. Tərbiyənin metodları
24. Pedaqogikanın əsas anlayışları hansılardır
1 – tərbiyə
2 – pedaqoji innovasiyalar
3 – təlim
4 – dərslik
5 – təhsil
6 – formalaşma
7 – fəaliyyət
8 – inkişaf
A. 2, 3, 5, 6, 7
B. 1, 2, 4, 5, 7
C. 3, 4, 6, 7, 8
D. 1, 4, 6, 7, 8
E. 1, 3, 5, 6, 8
25. Pedaqogikanın əsas anlayışları arasındakı ardıcıllığı müəyyənləşdirin:
1 – tərbiyə
2 – formalaşma
3 – təlim
4 – inkişaf
5 – təhsil
A. 2, 4, 5, 3, 1
B. 1, 2, 3, 4, 5
C. 1, 3, 5, 4, 2
D. 5, 4, 3, 1, 2
E. 3, 2, 1, 5, 4
26. Təhsilin əlamətləri arasındakı ardıcıllığı müəyyən edin:
1 – Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir
2 – Təhsil müəssisələrində həyata keçirilir
3 – Bilik, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi prosesidir
4 – Hüquqi sənədlərin verilməsi ilə başa çatır
A. 1, 3, 4, 2
B. 1, 2, 3, 4
C. 2, 4, 1, 3
D. 2, 1, 3, 4
E. 3, 2, 4, 1
27 . Təhsilin komponentləri arasında uyğunluğu müəyyən edin:
1 – bilik
2 – bacarıq
3 – vərdiş
a – təbiət və cəmiyyət haqqında anlayışlar, qaydalar, təriflər, müddəalar
b – biliyi tətbiq edə bilməkdir
c – bacarıqların dönə – dönə təkrarı nəticəsində avtomatlaşmış formasıdır
A. 1 - b; 2 - a; 3 - c
B. 1 - a; 2 - c; 3 - b
C. 1 - a; 2 - b; 3 - c
D. 1 - b; 2 - c; 3 - a
E. 1 - c; 2 - b; 3 - a
28.İlk dəfə təlim, tərbiyə, təhsil məsələlərini elmi zəmində izah etməyə və əsaslandırmağa təşəbbüs göstərən pedaqoq:
A. K. D. Uşinski
B. Y. A. Komenski
C. A. S. Makarenk
D. C. Lokk
E. J. J. Russo
29. Təlimin əlamətləri arasında ardıcıllığı müəyyən edin:
1- Müəllimin rəhbərliyi altında həyata keçirilir
2- Şagirdlərdə elmi dünyagörüşünün formalaşmasına kömək edir
3- Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edir
4- Təhsil verməklə yanaşı, tərbiyəedici və inkişafetdirici vəzifəni yerinə yetirir
A. 1, 3, 2, 4
B. 3, 1, 2, 4
C. 4, 3, 1, 2
D. 2, 3, 4, 1
E. 1, 3, 4, 2
30. Pedaqogikanın vəzifələri hansılardır?
1 – praktik
2 – nəzəri
3 – tətbiqi
4 – texnoloji
A. 2, 3
B. 1, 2
C. 3, 4
D. 1, 3
E. 1, 4
31. Pedaqogikanın bölmələri olan sistemi müəyyən edin:
1 – Pedaqogikanın ümumi əsasları
2 – Təlimin əsasları
3 – Didaktika
4 – Tərbiyə texnologiyası
5 – Tərbiyə nəzəriyyəsi
6 – Məktəbşünaslıq
7 – Kollektiv tərbiyə
A. 1, 5, 6, 7
B. 2, 3, 5, 6
C. 2, 4, 5, 7
D. 1, 3, 5, 6
E. 1, 4, 5, 7
32. Pedaqogikanın bölmələrinin ardıcıllığını müəyyən et
1 – Didaktika
2 – Tərbiyə nəzəriyyəsi
3 – Məktəbşünaslıq
4 – Pedaqogikanın ümumi əsaslar
A. 1, 3, 4, 2
B. 1, 2, 3, 4
C. 4, 1, 2, 3 düz
D. 2, 1, 3, 4
E. 3, 1, 2, 4
33. Pedaqogikanın vəzifələri və onların səviyyələri arasındakı uyğunluğu tapın:
1 – nəzəri vəzifələr
2 – texnoloji vəzifələr
a – təsviredici və izahedici səviyyə
b – diaqnostik səviyyə
c – proqnostik səviyyə
d – layihə səviyyəsi
e – refleksiv və korrektiv səviyyə
ə – dəyişdirici səviyyə
A. 1 - d, b, a, 2 - b, c, a
B. 1 - a, b, c; 2 - d, e, ə
C. 1 - c, d, e; 2 - a, b, c
D. 1 - d, e, ə; 2 - a, d, e
E. 1 - a, b, d; 2 - b, d, e
34. Tərbiyə anlayışı və onun mənaları arasında uyğunluğu tapın
1 – geniş sosial mənada tərbiyə
2 – geniş pedaqoji mənada tərbiyə
3 – dar pedaqoji mənada tərbiyə
4 – daha dar mənada tərbiyə
a- Xüsusi tərbiyə işi nəzərdə tutulur
b- Insanı əhatə edən bütün varlığın ona təsiri nəzərdə tutulur
c- Təhsil – tərbiyə prosesini əhatə edən geniş pedaqoji fəaliyyət nəzərdə tutulur
d- Insanda müəyyən əxlaqi keyfiyyətin formalaşması nəzərdə tutulur
A. 1 - c; 2 - b; 3 - d; 4 - d
B. 1 - b; 2 - c; 3 - a; 4 - d düz
C. 1 - d; 2 - a; 3 - b; 4 - c
D. 1 - a; 2 - b; 3 - d; 4 - c
E. 1 - b; 2 - d; 3 - b; 4 - c
35. Pedaqogika elminin sahələrini seçin.
1 – Məktəbəqədər pedaqogika
2 – Antropologiya
3 – Xüsusi pedaqogika
4 – Pedaqoji psixologiya
5 – Ali məktəb pedaqogikası
6 – Pedaqogika tarixi
7 – Məktəb gigiyenası.
A. 1; 3; 5; 6
B. 1; 2; 3; 4
C. 1; 2; 4; 6
D. 2; 4; 5; 7
E. 3; 4; 5; 7
36. Təhsil – tərbiyə prosesinin xüsusiyyətlərini ardıcıllığını göstərin:
1 – məqsədyönlü
2 – çoxamilli, mürəkkəb
3 – siyasi
4 – ziddiyyətli
5 – uzunsürən ,fasiləli
6 – inkişaf istiqamətləri
7 – kompleks
8 – dəyişkən, ikitərəfli
A. 2; 3; 4; 5; 6
B. 1; 3; 4; 7; 8
C. 3; 2; 1; 8; 7
D. 4; 3; 5; 6; 7
E. 1; 2; 5; 7; 8
37. Pedaqogikada tərbiyə anlayışları və onlar arasındakı uyğunluqları tapın.
1 – Tərbiyə
2 – Özünütərbiyə
3 – Yenidən tərbiyə
a – yaranmış mənfi keyfiyyətləri aradan qaldırmaq, əvəzində müsbət sifətlər
aşılamaq;
b – uşaq mühitin mənfi təsirinə məruz qaldıqda korlanır, xoşagəlməz keyfiyyətlərə
yiyələnir;
c – özünütərbiyənin mahiyyəti, məzmunu, üsul və vasitələri müxtəlif yaş
dövrlərində fərqli olur;
d – adamın özünü saflaşdırmasıdır – xarakterini müsbət mənada dəyişmək, öz
üzərində məqsədyönlü işləməkdir;
e – tərbiyənin əsas tərkib hissələrini birləşdirir və onların hər birinin məqsədi,
məzmunu və vəzifələri var və onlar bir – birilə sıx əlaqədədirlər.
A. 1 - c; 2 - a; 3 - b
B. 1 - b; 2 - c; 3 - d
C. 1 - e; 2 - d; 3 - a
D. 1 - a; 2 - b; 3 - e
E. 1 - d; 2 - e; 3 - c
38. Yaş dövrlərinin təsnifatını vermiş mütəfəkkirlərin və klassik pedaqoqların adlarını ardıcıllıqla müəyyən edin
1 – N. Gəncəvi
2 – J. J. Russo
3 – Aristotel
4 – Platon
5 – Y. A. Komenski
A. 1; 2; 3; 4; 5
B. 3; 1; 2; 4; 5
C. 2; 4; 3; 5; 1
D. 4; 3 1; 5; 2
E. 5; 3; 2; 1; 4
39. Tərbiyə prinsipi olmayanları seçin.
1 – humanistlik;
2 – əyanilik;
3 – möhkəmləndirmə;
4 – şəxsiyyətəyanaşma;
5 – biliklərin möhkəmləndirilməsi;
6 – təsirlərdə vahidlik.
A. 4; 5; 6
B. 1; 2; 3
C. 1; 3; 5
D. 6; 5; 1





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.