Kurikulum vəsaiti

Kurikulum vəsaiti

 

"Kurikulum” (curriculum) latın sözü olub, lügəvi mənası "kurs”, "elm”, "yol”, "qaçış” deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə "təlim kursu”, "tədris planı”, "proqram” kimi izah olunur. Curriculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlazqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənədlərində rast gəlir. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90- cı illərinin axırlarından başlayaraq istifadə olunur. İlk dəfə "The Oxford English Dictionary” (OEDOxford İngilis dili Lüğəti) leksikoqrafik termin kimi bu sözü işlədib. Mənası, "İcbari tədris kursu və ya tədris müəssisəsində hazırlıq” deməkdir. Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 dekabr 2015 22:43
    çox xahiş edirəm 2015-ci ildə dq-də müəllimlərə düşən sualları yerləşdirin sayta. no

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.