Ümumi tarix üzrə ümumtəhsil məktəbinin VI sinfi üçün məktəb kurikulumu

Ümumi tarix üzrə ümumtəhsil məktəbinin  VI sinfi üçün məktəb kurikulumu

 

Tarix qədimdən zamanlardan bu günümüzə qədər sivilizasiyaların yaranmasını, inkişaf tarixini, mərhələlərini sistemli şəkildə tədqiq edir, tarixi zaman, tarixi məkan səviyyəsində onları dəyərləndirir, mədəniyyətlərin, dövlətlərin, şəxsiyyətlərin rolunu müəyyənləşdirir. Ümumi tarix fənninin əsas məzmununun formalaşdırılmasında tarix elminin bu nailiyyətlərinə istinad olunur. Orta məktəbdə məqsəd şagirdləri tarixçi kimi  yetirşdirmək deyil, onlarda tarixi anlayışlar, hadisə və faktlar haqqında əsas anlayışları formalaşdırmaqdır.         Ümumi tarix fənni digər fənnə nisbətən daha çox inteqrativliyə malikdir. Belə ki,   bu ümumi tarix fənni pedaqoji anlayış kimi həm də pedaqogikanın, psixologiyanın, fiziologiyanın zəruri tələblərinə cavab vermək üçün bir sıra keyfiyyətləri ehtiva edir.            Təhsilimiz dünya təhsil sisteminə inteqrasiya edir. Yeni təhsil sisteminin formalaşdığı belə bir vaxtda fənlərinin funksiyasında dəyişikliklər müşahidə olunur. Bu gün artıq tarix fənninə şagirddə müəyyən biliklərin aşılandığı məlumat obyekti kimi deyil, onu idraki və əxlaqi-mənəvi cəhətdən formalaşdıran, müəyən kompetensiyalara malik bir şəxsiyyət yetişdirmək üçün vasitə kimi yanaşılır. Ümumi tarix də bu mənada özündə aşağıdakı xüsusiyyətləri ehtiva edir.·     tarixi fakt və hadisələrin ümumiləşdirmə, təsnifetmə, induksiya, deduksiya kimi məntiqi əməliyyatlar vasitəsilə təhlil edilməsi;·     yaradıcı fəaliyyət təcrübəsi;·     tarixi faktların təhlilinə müxtəlif mövqelərdən yanaşılması və qiymətləndirilməsi;·     əsas tarixi fakt və hadisələrin, onlar arasındakı səbəb-nəticə əlaqələrinin açılması;·     ayrı-ayrı tarixi faktlarda ictimai inkişafın ümumi qanunauyğunluqlarına məxsus əlamətlərin müəyyənləşdirilməsi;·     hər bir tarixi faktın xarakterinə görə aydınlaşdırılması və proqnozların verilməsi.Eyni zamanda, bu gün cəmiyyətşagirddən həm də başqalarının fikirlərinə hörmətlə yanaşmağı, sosial şəraitindən asılı olmayaraq insanların düşdüyü vəziyyəti başa düşməyi, onlara həssas yanaşmağı, kollektivdə əməkdaşlıq etməyi,ətrafındakı situasiyanı düzgün təhlil edərək uğur qazanmağı, tolerantlığı tələb edir. İndi artıq onlar cəmiyyətin, əşyaların, hadisələrin, münasibətlərin yaranması, yayılmasını, zaman və məkan arasında əlaqələri, insan və cəmiyyət arasındakı münasibətləri şüurlu şəkildə öyrənirlər.Ümumi tarix fənni şagirdlərdə keçmiş və müasir dövrü ələqaləndirmək, fərqləri müəyyənləşdirmək, problemlərini tədqiq etmək, əməkdaşlıq etmək, tənqidi düşünmək, hadisə və təzahürlərin inkişafının nəticələrini proqnozlaşdırmaq,inkişafın səbəb-nəticə əlaqələrini və xüsusiyyətlərini dərk etmək, sosial-siyasi, iqtisadi və mədəni proseslərin bir-biri ilə qarşılıqlı təsirini öyrənmək imkanı yaradır. Tarixi keçmişi öyrənməklə şagirdlər müasirliyi dərk edirlər, başqa sözlə, tarixi keçmişdən bu gün üçün dərs alırlar, çünki mahiyyət etibarilə tarixi keçmişin və müasir dövrün dərk edilməsinin məntiqi yolu eynidir. Ümumtəhsil məktəbində ümumi tarix fənninin tədrisinin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, digər xalqlara, ümumbəşəri dəyərlərə hörmət, mənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, Azərbaycan və bütün dünya xalqlarının ənənələrinə və mədəniyyətlərinə qarşı humanizm hissi, dövlətçilik ənənələrinə hörmətlə yanaşmaq, sərbəst təhlil etmək, digərlərinin fikirlərinə hörmət etmək bacarıq və vərdişləri aşılamaqla kommunikativ, təfəkkür və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.Bu məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi zəruri hesab edilir:·     tarixə dair bilik mənbələrinin üzərində müstəqil işin təşkili;·     tarixi hadisə və faktların araşdırılması, qiymətləndirilməsi;·     tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən ən mühüm faktların seçilməsi və ümumiləşdirilməsi; ·     tarixi faktların  mülahizələrdən fərqləndirilməsi və əsaslandırılması;·     tarixi faktların müxtəlif mövqedən qiymətləndirilməsi;·     tarixi fakt və hadisələrin əsasında qərarların qəbul edilməsi və təqdim olunması;·     insan hüquqlarına, demokratik dəyərlərə, xalqların tarix və mədəniyyətinə, milli-mənəvi dəyərlərə, vətənə hörmət hissinin formalaşması;·     bəşəriyyətin mənəvi irsinin qorunması, zənginləşdirilməsi, hörmət və sədaqətin tərbiyəsi.Bütün bunlar nəzərə alınmaqla məktəb islahatının tələblərinə uyğun olaraq hazırlanmiş Ümumi tarix fənni üzrə yeni proqram (kurikulum) əsasında "Ümumtəhsil məktəblərinin VI sinifləri  üçün məktəb kurikulumu” tərtib edilmişdir.Onu Sizin müzakirənizə təqdim edirik.


Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 aprel 2014 18:37
    wink winked
    ela saytdi amma mene 6-ci sinif testi lazimdi

  2. 13 may 2014 21:27
    MELUMATLAR UCUN COX SAGOLUN

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.