Yeni kurikulum təlimləri

Yeni kurikulum təlimləri

 

Avqustun 5-dən 2013-2014-cü dərs ilində 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi başlanılır. Kursda Kurikulumun mahiyyəti, yeni fəal dərslərin quruluşu, İnternet resurları və. proqramlar keçiriləcəkdir. 10 günlük müddəti əhatə edəcək təlim Azərbaycan Respublikası Təhsil Sektorunun inkişafı üzrə ikinci layihəsi çərçivəsində aparılacaqdır. "Təlim və İnkişaf Mərkəzi" təşkilatı bu il Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında təlimləri keçirəcəkdir.  Bütün təlimçilərə və müdavimlərə uğurlar diləyirik. Təhsilimizin uğuruna birlikdə çalışaq!

Təlim zamanı maraqlı anlar, müdavimlərin işləri, ayrıca təlim proqramı haqqında saytda mütamadi məlumatlar yerləşdiriləcəkdir. Kurikulumla maraqlananlar 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 avqust 2013 13:01
    salam müəllim.bilmək olarmı ki,keçən il bu kursdan keçən müəllimlər bu il də kursa cəlb ediləcəkmi?bir də əgər mümkünsə deyərdiniz mən mimio studio proqramını hardan yükləyə bilərəm.googldan axtarışa verib cəhd etdim alınmadı

  2. 8 avqust 2013 09:08
    Elay xanim ehtiyac yoxdu kecmisiz. mimio proqramini mimio.az saytindan yukliye bilersiz

  3. 8 avqust 2013 14:34
    cox sağ olun

  4. 14 avqust 2013 12:08
    Apardığınız təlimlər uğurla gedir. Bir çox həmkarlarınız sizin təlimlərdən çox razıdırlar.

  5. 14 avqust 2013 21:29
    Hamlet muellim salam sualim sizedi kime 1 ci derceli sertifakat verilir ?Telimler ugurla gedir duzdu mwnde bizim telimci muellimden raziyam artiq 2 gun qalib .demek olarki yeni ders metodlarini bize sevdirib.lakin telebi coxdu bize ise cetindi cunki bugun bizim ucun yenidi .imtahani sebirsizlikle gozleyirik,

  6. 16 avqust 2013 17:36
    Salam cinka85 tebriklerrr,,ugurlu olsun,,bilmek isterdim dediyin o muellim cavandirmi??

  7. 16 avqust 2013 18:00
    cinka ona gore soruwdum ki oxudugum universitetde de Elnur adinda yeni telimi tedris eden muellim vardi,,amma familyasin bilmirem deqiq,,ona gore soruwdum ki gorum odur yoxsa yox,,eger wekildeki adamdirsa onda menim dediyim ELnur deyil,,coox saq ol cinka sualimi cavablandirdigin ucun

  8. 16 avqust 2013 23:43
    Cinka85 Sİz isə rica edirəm bashqa təlimçilər barəsində yazdıqlarınızı bəlkə onların özünə deyəsiz olarmı Bunu pis qəbul etməyin. Sadəcə Tarix info-nu mübahisə meydanına çevrilməsin deyə söyləyirəm. Elnur müəllimlə jurnalistlərimiz əlaqə saxlaya bildi. Elnur müəllim I və II dərəcəli sertifikat alanların işləri işlərini (dərs modelləri, test nəticəsi, gündəlik fəaliyyət) özündə saxlayır. Və hər bir kəslə onu göstərməyə hazırdır. Almayanların ancaq hirsi davranması ilə əlaqələndirilə bilər söylədi. O ki qaldı digər məsələlər: Məhkəmənin qərarı olmadan heç kim cinayətkar sayılmır. Bu qaydadır. Bunu yazmaqda məqsədim Kiminsə haqqında əlinizdə sübut olmadan böhtan atılması həmin şəxsin hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasında belə bir maddə var:
    Maddə 63. Təqsirsizlik prezumpsiyası I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində

    təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

    II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.
    Bunları nəzərə almağınızı Rica edirəm. Mən Elnur müəllimi müdafiə etmək fikrində deyiləm. Sadəcə jurnalistlərimizin araşdırması əsasında Elnur müəllimin fikirləri ilə Sizi tanış etdim. Əgər əlinizdə bülə sübut yoxsa bunu demək düzgün sayılmır. Bununla Siz vətəndaşın hüquqlarını pozursuz.

  9. 17 avqust 2013 09:13
    Cox sagolun  etrafli  izahiniza  gore.


Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.