Azərbaycan tarixi 6-cı sinif üçün testlər

Azərbaycan tarixi 6-cı sinif üçün testlər

 

Sizlərə abituriyentlər üçün hazırladığım testləri təqdim edirəm. Fikirləriniz mənim üçün önəmlidir....
 

1. Ulu icmanın mövcud olduğu dövrdə baş verməmişdir:
A)axirət dünyasına inamın yaranması
B)”yeni insan tipinin”yaranması
C)ilk dəfə oddan istifadə
D)istehsal təsərrüfatına keçid
E)mənimsəmə təsərrüfatının   insanlarln həyatında  mühüm yer tutması


2. Kür-Araz mədəniyyəti dövrü ilə Orta Tünc dövrünə aid ümumi cəhətlər:
1.Əsas təsərrüfat formasının mənimsəmə olması
2.İctimai əmək bölgüsünün baş verməsi
3.Əkinçilıikdə xışdan istifadə edilməsi
4.Metal alətlərdən geniş istifadə edilməsi
5.Şəhər tipli məskənlərin yaranması
6.Mikrolit alətlədən istifadə edilməsi
A)1,2,3  B)3,4,6  C) 2.3.4  D)2,3.5  E)1,2,6


3. Orta və Üst paleolitdə mövcud olub:
A)ulu icma  
B)”neondertal tipli insan”
C) səsli nitq
D)qəbilə icması
E)mənimsəmə təsərrüfatı


4.Daha gec baş vermişdir:
A)insanların dağətəyi və dağlıq zonalarda məskunlaşması
B)bizə məlum olan bütün ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması
C)toxuculuğun yaranması
D)nəsil icmasın yaranması
E)süni suvarma sistemlərin yaranması


5.Üst paleolit,Neolit və Eneolit dövrlərini birləşdirir:
A)Əhalinin dulusçuluqla məşğul olmaları
B)İstehsal təsərrüfatının mövcudluğu
C)Əmək alətlərin daş və misdən hazırlanması
D)İnsanların qəbilə icması halında yaşaması
E)Ulu icmanın mövcudluğu    

       
6. Uyğunluq pozulmuşdur:
A)Üst paleolit dövrü-ağıllı insanın yaranması
B)Alt paleolit dövrü-Mustye mədəniyyəti
C)Orta Tünc dövrü-sənətkarlığın müstəqil sahəyə  çevrilməsi
D)Eneolit dövrü-bizə məlum olan bütün ev heyvanlarının əhliləşdirilməsi
Е)Orta daş dövrü-istehsal təsərrüfatına kecid 


 7. Daş dövrü üçün səciyyəvi deyil:
A)axirət dünyasına inamın yaranması
B)ilk sənət sahələrinin meydana gəlməsi
C)istehsal təsərrüfatının meydana gəlməsi
D)cəmiyyətdə kişilərin rolun artması
E)qəbilə icmasının yaranması


8. Anaxaqanlıq dövrünə aid olmayan əlamət:
A)ilkin əkinçilik vərdişlərin yaranması
B)ilk dəfə oddan istifadə
C)ovçuluğun əsas peşəyə çevrilməsi
D)rabitəli nitqin yaranması
E)insanların təbiətin asılığından azad olması


9. Ən qədim insanlara aiddir:
A)insanların ana xətti ilə qohumluq əsasında birləşmələri
B)yaşadıqları kollektivin daim olması
C)totemlərə,təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürlərin yaranması
D)mikrolit alətlərdən istifadə
E)oturaq həyata keçilməsi


10.  Ataxaqanlıq dövrünə aid deyil:
A)metaldan əmək alətlərin hazırlanmasına başlanması
B)düzən ərazidə yaşayan əhalinin dağətəyi ərazidə məskən salması
C)ayaqla hərəkətə gətirilən dulus carxından istifadə edilməyə başlanması
D)birinci böyük əmək bölgüsünün baş verməsi
E)üzümcülük və şərabçılığın yaranması


11.  Neondertal adam və ağıllı insanın oxşar cəhətləri:
1.Paleolit dövründə yaşamışlar
2.Mezolit dövründə yaşamışlar
3.Əmək alətləri əsasən daşdan hazırlanırdı
4.Mənimsəmə təsərrüfatı ilə məşğul olmuşlar
5.Nəsli qəbilə quruluşunda yaşamışlar
A)3,4,5  B)1,3,4 C)1,2,5  D)1,2,3  E)2,3,4


12. İstehsal təsərrüfatının mövcudluğu dövrünə aid deyil:
A)İlk dəfə metal alətlərdən istifadə
B)axirət dünyasına inamın mövcudluğu
C)insanların qəbilə icması formasında yaşamaları
D)”yeni insan”tipinin mövcudluğu
E)cəmiyyətdə kişilərin rolun artması


13.”Neondertal adam” üçün səciyyəvi deyil
A)təbiətin hazır məhsullarını mənimsəməsi
B)ovculuq və yığıçılıqla məşqul olması
C)ibtidai maldarlığın əsasının qoyulması
D)oddan istifadə olunması
E)Orta paleolitdə yaranması


14. Kür-Araz mədəniyyəti dövrü ilə Orta Tünc dövrünə aid ümumi cəhətlər:
1.Əsas təsərrüfat formasının mənimsəmə olması
2.İctimai əmək bölgüsünün baş verməsi
3.Əkinçilıikdə xışdan istifadə edilməsi
4.Metal alətlərdən geniş istifadə edilməsi
5.Şəhər tipli məskənlərin yaranması
6.Mikrolit alətlədən istifadə edilməsi
A)1,2,3  B)3,4,5  C) 2.3.4  D)2,3.5  E)1,2,4


15.   Məntiqi ardıcıllığı müəyyən edin:
       I.Ulu icma   II.”Ağıllı insan yaranması”  III.....
A)”Azıx adamı”
B)Yığıcılıq və ovçuluğun əsas məşğuliyyətə çevrilməsi
C)ilk dəfə oddan istifadə
D)Qəbilə icmasını yaranması
E)axirət dünyasına inamın yaranması
 

 

Yüklə və tam istifadə et

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 sentyabr 2014 21:31
    1D
    2C
    3E
    4E
    5D
    6B
    7D
    8B
    9C
    10A
    11B
    12B
    13C
    14C
    15D ne yaxsi ki,bele testler teskil edirsiniz.men cavablari yazdim.hansi duz,hansi sehvdi deyin lutfen... wink wink

  2. 27 sentyabr 2014 07:10
    Çox sağ olun.Suallar maraqlı idi.

    --------------------

  3. 27 sentyabr 2014 18:53
    salam maraqli suallardi ama duzgun cavablari olsa daha yaxwi olardi bele yoxluya bilmedik no

  4. 27 sentyabr 2014 19:46
    Hamlet Mellim,axi menim reylerim nie silinirki?men bura testin cavablarni yazmiwdim axi.yene siLinib..((

    --------------------

  5. 27 sentyabr 2014 22:18
    Dostlar haminizi salamlayiram.Inshaallah bele testleri mutemadi olaraq calishacam burda yerleshdirim.O ki qaldi dogru cavablara yeqin tezlikle onuda sizlere teqdim edeceyik.

  6. 28 sentyabr 2014 11:39
    maraqlı ve cox gozel testlerdi tesekkurler love

    --------------------

  7. 29 sentyabr 2014 13:43
    çox maraqlıdır təşəkkür edirəm,amma cavablarını da qoyun xahiş edirəm,elə daha maraqlı olur mənim fikrimcə.... laughing

  8. 2 oktyabr 2014 21:57
    suallarin cavablarini yazmisam.xahis edirem ki,duzgun cavablari verin

  9. 6 oktyabr 2014 21:35
    Zehmet olmasa, suallarin cavabini da yayimlayin.Ozumuz tapaq? angry

  10. 10 oktyabr 2014 01:19
    Eziz dostlar sabah sizlere yeni test suallari teqdim edeceyem.Hemcinin evvelki testlerin duzgun cavablarin bildirecem.haminiza ugurlar!

  11. 11 oktyabr 2014 17:57
    Sitat: milicka
    1D
    2C
    3E
    4E
    5D
    6B
    7D
    8B
    9a

    10A
    11B
    12B
    13C
    14C
    15D ne yaxsi ki,bele testler teskil edirsiniz.men cavablari yazdim.hansi duz,hansi sehvdi deyin lutfen... wink wink


    Sitat: sema2013
    Çox sağ olun.Suallar maraqlı idi.

    deymez

  12. 11 oktyabr 2014 21:33
    1-d.........................6-b.............................11-b
    2-c.........................7-d.............................12-e
    3-e.........................8-b..............................13-c
    4-e.........................9-c...............................14-c
    5d..........................10-a..............................15-d .Cox sagolun.Testler maraqli idi,lakin bir qeder anlamadim ki,niye hamisi 6-ci sinifdir? Ama yene de cox sagolun.Testler menali idi... wink

  13. 15 oktyabr 2014 01:44
    Eziz dostlar haminizi salamlayiram.Evvelce qeyd edim ki biz butada testleri abituriyentlere komek üçün yerleşdiririk.ve heleki hazirliq teze başlayib ona gore hele 6 sinif ucun testler veririrk.tedricen yuxari siniflere de aid test tapshiriqlari olacaq.indise testlerin duzgün cavablari beledir.
    2014
    1d.2c.3e.4e.5d.6.b.7d 8b 9c 10a 11b 12d 13c 14c 15e 16a 17a 18c 19c 20b 21c 22.2.3 23 1.5.6 24 .1.4 25 c.e

    2345
    1c.2.c.3c.4c.5b.6.c.7a.8e.9d.10d.11a.12.c.13a.14c.15e.162.3.1 17.e.18 d.19 e.20a 21.3.4.5 22.1.3 23.1.3.5. 24. 4.1.3.2 251c.d 2.b Haminiza teshekkurler ve ugurlar!

  14. 1 noyabr 2014 22:36
    cox sagolun ama cavabLarin yazsaydiz daha yaxwi olardi
    Menim fikrimce..,. bully

  15. 30 noyabr 2014 21:42
    salam testlere gore tsk davami olsun winked [hide][/hide]

    --------------------

  16. 22 mart 2015 20:26
    cavablar olsa idi super olardi xahis edirik duzgun cavab lari yazin

  17. 4 noyabr 2015 07:21
    Salam 23 cu testde cavabda miye 4 duzgun goturlumur

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.