Test tərtibi

Test tərtibi

 

Test tərtibinin bəzi  elmi , pedaqoji və etik prinsipləri.                                                                                    

Aydın 
Allahverdiyev                                                                                

Bakı şəhəri, 72 saylı məktəb-liseyin müəllimi              

              Test ingiliscədən tərcümədə " yoxlama ", " sınaq " mənasını verir. İnsanların bilik, bacarıq və vərdişlərinin test üsulu ilə aşkara çıxarılması qaydası Şərqdə hələ VII əsrdə tətbiq   olunmuşdur.(1) XIX əsrin sonlarında Frensis Qaltonun, xüsusən də XX əsrin əvvələrində Alfred Binenin tədqiqatları, sonralar intellektin səviyyəsini ölçməyə imkan verən standart testlərin yaranmasına təkan verdi.(2) Mövcud azad sahibkarlıq və rəqabət mühiti keyfiyyətli kadrlara davamlı təlabat yaratdığından, Avropa və Amerikanın qabaqcıl ölkələrində işçilərin bu üsulla seçilməsi qaydası tətbiq olunmağa başladı. Sonralar mütəxəssis hazırlığı ilə məşğul olan təhsil müəsissələri də tələbə seçimində test üsuluna keçdilər. Azərbaycan Respublikasında isə bu üsul təəssüf ki, xeyli gec, XX əsrin sonlarından tətbiq olunmağa başlamışdır. Bunun əsas səbəbi totalitar sovet cəmiyyətində mövcud olan doqmatik təhsil sistemi olmuşdur. Sərt piramidal idarəetmə strukturuna malik bu sistemə funksionerlər daha çox lazım olduğundan, təşəbüskarlıq təhükəli sayılır, qeyri-standart düşüncə "təftişçilik” kimi qiymətləndirilirdi. Respublikamız müstəqillik qazandıqdan sonra ictimai mühit dəyişdi. İslahatlar keçirildi. Bazar iqtisadiyyatının azad sahibkarlıq, rəqabət və sair elementləri həyatımıza daxil olmağa başladı. Yeni şərait təhsilin qarşısında yeni tələblər qoydu. Biliklə yanaşı qabiliyyətlərin də inkişaf etdirilməsi və qiymətləndirilməsi təhsilin prioritetinə çevrildi. Lakin uğurlarla yanaşı, testlərin tərtibi, standartlaşdırılması, təsnifatı və qiymətləndirilməsində bir sıra ciddi qüsurlar təəssüf ki,  hələ də mövcuddur. Qeyri-standart, mübahisəli, məzmunu aktual olmayan, əzbərlənmiş bir cümlənin tapılmasını ehtiva edən, bacarıq və vərdişlərin deyil, sırf hafizənin yoxlanmasına istiqamətlənmiş test tapşırıqlarına bu gün də tez-tez rast gəlinir. Bu, bir tərəfdən sovet təhsil sistemindən qalma stereotiplərlə, digər tərəfdən isə, test tərtib edən müəllimlərimizin bir qisminin test tərtibinin metodikası ilə zəif  tanışlığı ilə əlaqədardır. Məhz bu amil məni mühakimənizə təqdim etdiyim yazı ilə qarşınızda çıxış etməyə, test tərtibinin bəzi elmi, pedaqoji və etik prinsipləri ilə bağlı düşüncələrimi sizinlə bölüşməyə vadar etmişdir.                     Deyirlər,əsl hüquqi cəmiyyət əxlaqın qanundan üstün tutulduğu yerdə mövcudolur. Test tərtibinin etik prinsiplərinə riayət olunması, onun elmi, pedaqoji prinsipləri qədər əhəmiyyətli olub, testin validliyini təmin edən amillərdəndir. 1. Tərtibçi unutmamalıdır ki, test sanki, bir "tərəzi”dir. O, bilik və qabiliyyətləri yoxlamaq, ölçmək üçündür. Tərəzini "əymək” haram və böyük günah sayıldığı kimi, testi də yoxlamaq üçün deyil, çaşdırmaq, kəsmək üçün tərtib etmək günahdır. Hər bir test onu tərtib edənin təkcə intellektinin deyil, həm də mənəviyyatının güzgüsüdür!  

Ardını yükləyin və oxuyun.......

Yükləmək ücün qeydiyyatdan keçin!

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 may 2013 16:45
    Maraqli melumatdir.Men de bunun terefdariyam.

  2. 16 yanvar 2014 20:35
    cox sagolun maraqlidir. menim en coooooox sevdiyim muelllim.

  3. 9 may 2014 22:37
    Allah razı olsun.

  4. 2 oktyabr 2014 16:49
    cooooooooooox sagolun love

    --------------------

  5. 4 oktyabr 2014 20:59
    Allah sizden razi olsun

  6. 6 oktyabr 2014 21:43
    Tesekkurler.Yeni melumatlar oyrendik. wink

  7. 2 aprel 2015 12:37
    İnsanlara faydalı olmağın bir ayrı ləzzəti var. Sizə faydalı olduğum üçün özümü xoşbəxt hiss etdim. Bu hissi mənə yaşadan bütün rəyçilərə (rəyin xarakterindən asılı olmadan) təşəkkürümü bildirirəm.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.