Ağ Hun imperatorluğu

Ağ Hun imperatorluğu

Əziz abituriyentlər!

Sizlərə dəstək olmaq üçün bu kiçik vəsaiti hazırladım. Həmkarlarımdam irad və təklifləri gözləyirəm...

 


Ağ Hun imperatorluğu

 
Ağ hunların coğrafiyası
·         Böyük Hun imperatorluğu dağıldıqdan sonra türklərin əsas hissəsi İdildən (Volqadan) qərbə                 doğru çəkildilər.
·         Hunların bir hissəsi isə cənuba istiqamət aldı – Qərbi Türküstana.
·         Burada məskən salmış hunlar IV əsrin sonunda Ağ Hun imperatorluğunu yaratdılar.
·         Ağ hunların əraziləri  Seyhun (Sırdərya) çayından Xəzər dənizinə qədər uzanırdı.
·         Ağ Hun imperatorluğunun tərkibinə Mərkəzi Asiya, Əfqanıstan, Şimal-qərbi Hindistan daxil idi.
·         Məskən saldıqları  əraziyə görə Ağ hunları "Orta Şərq hunları” da deyirdilər.
 
  
Dövlətin idarə olunması
·         V əsrdən Ağ Hun imperatorluğu Eftalit dövləti kimi tanınmağa başladı (buna səbəb hakimiyyətdə           Eftal xanın olması idi)
·         Ağ Hun imperatorluğunun idarə edilməsi, yəni bütün hakimiyyət 2 böyük qəbilənin əlində                     cəmlənmişdi:
-  Yar
-  Hun
 
Ağ Hun – Sasani qarşıdurmaları
·         Ağ hunların qərbdə sərhəd qonşusu və əsas rəqibi Sasani imperiyası idi.
·         V əsrdə Ağ Hun-Sasani mübarizəsi kəskinləşmişdi.
·         Ağ Hun hökmdarı Ağsuvar xan.....
-  Sasani şahı I Yezdəgerdi özündən asılı vəziyyətə salmışdı
-  Sasani taxtına Firuz şahı çıxarmışdı və onunla müqavilə bağlamışdır.

459-cu ildə Ağ Hun hökmdarı Ağsuvar xanın Sasani şahı Firuzla bağladığı müqavilənin şərtləri:

1.      Sasanilər Ağ hunlardan asılılığını qəbul edir və onlara hər il vergi ödəməlidir
2.      Seyhun çayı ətrafındakı torpaqlar Ağ hunların tərkibinə keçir


-  Müqavilənin şərtlərini pozan Firuz şahı "Turan taktikası”ndan istifadə edərək məğlub etmişdi.
  

484-cü ildə imzalanmış Ağ Hun-Sasani sülhünün şərtləri:
1)     Mərv və Soqd əyalətləri Ağ hunlara verildi
2)     Sasanilər üzərinə ağır vergilər qoyuldu

484-cü ildə yeni hərbi taktikadan istifadə edərək Sasaniləri məğlub edib sülh imzalamışdır.
 
 
 
 
 
Ağ hunların yüksəlişi
·         V əsrin sonlarında Ağ Hun imperatorluğu öz yüksəliş dövrünü keçirirdi.
·         Ağsuvar xandan sonra hakimiyyətə Toraman-Təkin çıxdı.
·         Toraman-Təkinin dövründə…
-  Ağ hunlar Şimali Hindistana yürüşlər etdilər.
-  Hindistanın Pəncab vilayəti işğal edildi və buradakı Sakala şəhəri dövlətin paytaxtı elan olundu.
·         515-ci ildə hakimiyyətə Mihiraqul xan gəldi.
 
Mihiraqul xanın hakimiyyəti dövründə Ağ Hun imperatorluğu:
  • öz qüdrətinin ən yüksək zirvəsinə çatdı
  • yaxşı silahlanmış, təlim görmüş, 700 döyüş fili ilə təchiz edilmiş nizami ordu var idi.
  • Hindistan üzərinə aramsız yürüşlər davam etdi.
  • bütün Şimal-Qərbi Hindistan tamamilə Ağ hunlara tabe edildi
 
Ağ Hun imperatorluğunun dağılması
·         Ağ Hun imperatorluğunun zəifləməsinin səbəbləri:
-  Yayılma və genişlənmə imperatorluq daxilində parçalanmaya yol açması
-  Yeni-yeni feodal hakimliklərinin yaranması
·         VI əsrin ortalarında (550-ci ildən sonra) dövlətdə yüksəliş dayandı və parçalanma sürətləndi
·         Göytürk dövləti ilə toqquşmalar dövləti zəiflətdi
·         567-ci ildə Göytürk xaqanı İstəmi xan və Sasani şahı Xosrov Ənuşirəvan Ağ hunlara qarşı birgə             müharibəyə başladılar.
·         Müharibənin nəticəsində Ağ Hun imperatorluğu süqut etdi və onun torpaqları göytürklərlə                   sasanilər arasında bölüşdürüldü.
 
Ağ Hun imperatorluğunda təsərrüfat və ictimai həyat
·         Ağ hunlar başqa türk tayfalarında fərqli olaraq oturaq həyata daha tez keçmişlər, şəhərlərin                 salınmasında mühüm uğurlar qazanmışlar.
·         Ağ hunlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşqul olurdular.
·         Böyük İpək yolu Ağ Hun imperatorluğu  ərazisindən keçirdi. Bu səbəbdən Ağ hunlarda ticarət də           inkişaf edirdi.
·         Ağ hunlar üzərində toxar yazısı olan metal pul işlədirdilər.
·         Çin mənbələrində Ağ hunlar güclü cəngavər tayfa kimi göstərilirdi.
·         Çin mənbələrində göstərilirdi ki, Ağ hunlarda oğurluğ çox böyük cinayət hesab olunur. Oğurluq             edən edama məhkum olunurdu.
 
Ağ Hun – Azərbaycan əlaqəsi
·         Ağ hunlar Azərbaycan xalqının təşəkkülündə böyük rol oynamışlar.
·         Ağ hunlardan olan Çul tayfasının bir hissəsi hələ eramızın ilk əsrlərində Dərbənd ətrafında                   məskən salmışdı.
·         Azərbaycanda Çola adlı vilayət və şəhər var idi.
·         Azərbaycanda bir neçə Çullu adında kəndlər müasir dövrdə də var.
 
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 yanvar 2016 15:35
    coooooooooox gozel mukkemmel abutiriyentlerin gozu aydin
    wink

  2. 4 yanvar 2016 16:47
    çox təşəkkür edirəm . çox yararlı oldu biliyimi təzələdim

    çox sağ olun biliyimi yenilədim winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.