Qaraqoyunlu və Ağqoyunlu dövləti

Qaraqoyunlu və Ağqoyunlu dövləti

 

Qaraqoyunlu dövləti

Oğuz tayfasından olan Qaraqoyunlulara baharlılar başçılıq edirdilər.Baharlı sülaləsinin banisi Bayram Xoca olmuşdur.Xocanın oğlu Qara Məhəmmədin (1380-1389) hakimiyyət ilində
    * Cəlairi Sultan Əhmədlə qohum oldu.
* Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu.
    *  1387-ci ildə Teymurla-Qaraqoyunlular arasında Çapaqçur döyüşü oldu.Teymur məğlub oldu.Hilatı,Vanı ələ keçirib qaçdı.
    * 1389-cu ildə Qaraqoyunlu Qara Pir Həsən tərəfindən öldürüldü.
              Qara Yusifin hakimiyyət illərində.
 *1392-ci ildə Teymurilər Van şəhərini tutdular.Bu məğlubiyyətdən sonra Qara Yusif Cəlairilərlə yaxınlaşdı.
  * 1394-cü ildə Bağdad döyüşü.Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında oldu.Teymurilər qalib gəldi.  
      1406-cı ildə Qaraqoyunlu Qara Yusif və Cəlairi Sultan Əhməd Az.-nın cənubuna gəldilər. l İbahim Şirvana qayıtdı.
     1406-cı ildə Təbriz yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbubəkr Mirzə arasında Şənbi-Qazanda döyüş oldu.Teymurilər məğlub oldu.
     1408-ci ildə Qaraqoyunlu Qara Yusiflə Teymuri Miranşah arasında Sərdrud  döyüşü oldu.Teymurilər məğlub oldu.Teymurilər Azərbaycandan çıxarıldı.
     Az.-nın cənubunda Qara Yusifin möhkəmlənməsi Cəlairi Sultan Əhmədlə arasındakı münasibətləri pozuldu.
     1410-cu ildə Qara Yusiflə Sultan Əhməd arasında 2-ci Şənbi-Qazan döyüşü oldu.Cəlairilər məğlub oldu.Bununla da Cəlairilərin Az-dakı hakimiyyətinə son qoyuldu.
     1410-cu ildə Qaraqoyunlu dövləti yarandı.
      Şirvanşahlar istisna olmaqla qalan Az. torpaqları,Şərqi Anadolu,Gürcüstanın şərq hissəsi,Qərbi İran və İraq dövlətə daxil oldu.
     Dövlətin paytaxtı-Təbriz şəhəri
     1411-ci ildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi.
       Şirvanşah l İbrahim "Təbriz hökmranlığı” Kəyumərsi qoşunu ilə Sultan Əhmədə köməyə göndərməsi qarşıdurma üçün başlanğıc oldu.
     Qara Yusif Qarabağa gəlib l İbrahimə tabe olmasını tılıb etdi. l İbrahim rədd etdi.O,Şəki hakimi Əhməd və Kaxetiya çarı ll Konstantinin köməyinə arxalanırdı.
     Qara Yusif soyurqal torpaqlar,pul,hədiyyə paylamaqla Az.nın cənub əyanlarını öz tərəfinə çəkmişdi.
      1412-ci ildə Kür sahilində Qara Yusiflə l İbrahim arasında döyüş oldu.Qara Yusifin tərəfində Qarabağ,Muğan,Naxçıvanın dəstələri çıxış edirdi.Məhz buna görə Qara Yusif qalib gəldi.O,İbrahimi bağışlayıb Şirvana hökmdar təyin etdi.
      1417-ci ildə l İbrahim vəfat etdi.Hakimiyyətə Şirvanşah l Xəlilullah (1417-1462) gəldi və Qara Yusifin hakimiyyətini tanımadı.O,Teymurun oğlu Sultan Şahruxla (1405-1447) Qaraqoyunlular əleyhinə ittifaqa girdi.
      1418-1420-ci illərdə Sultan Şahrux Az-a uğursuz yürüşlər etdi.
      1420-ci ildə Təbrizdə Uçan adlı yerdə Qara Yusif vəfat etdi.
      1421-ci ildə Qara Yusifin oğulları İsgəndər və İsfəndiyar ilə Sultan Şahrux arasında Alaşkerd döyüşü olur.Sultan Şahrux qalib gəlir.
     Şirvan,Şəki öz müstəqilliyini saxlayırdı.
     1427-ci ildə Qaraqoyunlu dövlətini yenidən birləşdirən İsgəndər (1420-1436) Şirvana hücum etdi.Şahruxun Az-a basqını nəticəsində geri çəkildi.Salmas döyüşlərində Qaraqoyunlular məğlub oldular.
     1429-cu ildə Teymuri Şahrux Qara Yusifin oğlu Əbu Səidi Qaraqoyunlu taxtına çıxardı.Amma İsgəndər Əbu Səidi öldürüb,yenidən hakimiyyətə gəldi.
     1435-ci ildə l Xəlilullah və Şahruxun birləşmiş qüvvələri Təbriz döyüşündə Qaraqoyunluları məğlub etdilər.İsgəndər Kiçik Asiyaya qaçdı.
     1435-ci ildə Sultan Şahrux Qara Yusifin oğlu Cahanşahı (1436-1467) Teymurilərin vassalı kimi Qaraqoyunlu dövlətinin hökmdarı elan etdi.
     1447-ci ildə Şahruxun ölümündən sonra Cahanşah oturaq əhaliyə və iri tacirlərə arxalanaraq hakimiyyəti istəməyən yarımköçmə əmirlərə qarşı mübarizə apardı.
     1453-cü ildə Cahanşah Əcəm İraqını,Qərbi və Şərqi İranı ələ keçirdi.
     1458-ci ildə Cürcan və Xorasanı tutub,Teymurilərin mərkəzi Herata daxil oldu.Yeni Teymuri sultanı Əbu Səid Cahanşahdan irsi torpaqları tərk etməyi tələb etdi.
     1459-cu ildə Əbu Səidlə Cahanşah arasında Heratda barışıq müqaviləsi imzalandı.Cahanşah təzminat alıb Azər-baycana  qayıtdı.
      

Qaraqoyunlu və Ağqoyunlu dövləti

 

                    
 
 
                                                            Ağqoyunlu dövləti

         Ağqoyunlular oğuz mənşəli tayfalardandır.Başçısı Bayandur nəslindən olan Pəhləvan bəy idi.Bu ittifaqa     Pörnək,Mosullu,Əfşar,Bayat tayfaları da daxil idi.
     Əlaəddin Turəli (1388-1394)
     Qara Yuluq Osman bəy (1394-1434)
     Qara Yuluq Osman bəy Sivas uğrunda mübarizədə Qaraqoyunlulara qalib gəlib Diyarbəkirdə möhkəmləndi.Bununla da Ağqoyunlu bəyliyinin əsası qoyuldu.Ərzincan və Mardin tutuldu.Diyarbəkir mərkəz seçildi.
     Əli bəy (1434-1444)           
      Cahangir Mirzə (1444-1453)
     Uzun Həsən (1453-1478)
   1467-ci ildə Uzun Həsənlə Qaraqoyunlu Cahanşah arasında Muş döyüşü baş verdi.Cahanşah öldü.Qaraqoyunlular məğlub edildi. *Bağdada qədər ərazi Ağqoyunluların əlinə keçdi.
     1468-ci ildə Qaraqoyunlular dövlətinə son qoyuldu.Təbriz şəhəri Ağqoyunluların paytaxtı oldu.
     Cahanşahın ölümünü eşidən Teymuri Əbu Səid onun övladlarının hakimiyyətini qorumaq üçün Ağqoyunlulara qarşı müharibə etdi.Uzun Həsən anası Sara Xatını hədiyyələrlə birlikdə Əbu Səidin yanına göndərdi.Əbu Səid fikrindən dönmədi.
     1468-ci ildə Teymuri Əbu Səid Az-nın cənub torpaqlarını tutdu.
   1469-cu ildə Uzun Həsən Şirvanşah Fərrux Yasar (1462-1500) və Səfəvi sülaləsindən olan Ərdəbil hakimi Şeyx Heydərlə ittifaqa girərək Teymuriləri darmadağın etdi.
      Uzun Həsən vergi işlərini nizama salmaq üçün "Qanunnamə” hazırlatdı.
    *Vergilər qismən azaldı.Bu tədbirlər əhalinin vəziyyətini yaxşılaşdırmadı.
      Uzun Həsən feodalları məğlub etmək üçün nizami ordu yaratdı.Feodalların müqavimətini qırdı.
      Möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi.
            Ağqoyunlu dövləti Avropa ölkələri ilə geniş əlaqə yaratmış ilk dövlət idi.
      XV əsrin 60-70-ci illərində xarici ticarətlə əlaqədar olaraq,Ağqoyunlu-Osmanlı münasibətləri pisləşdi.
      Osmanlı sultanı Fateh ll Mehmet Qafqazı,xüsusən,Az-nı tutmaq istəyirdi.
      Ağqoyunlular çox əvvəl Trabzon yunan dövləti (1204-1461) ilə dostluq əlaqəsi yaratmışdı.Uzun Həsən Trabzon imperatorunun qızı Feodora Dəspinə xatınla evlənmişdi.Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.
      1461-ci ildə ll Mehmet Trabzona hücum etdi.Ağqoyunlularla Osmanlı arasında ilk döyüş Qoyluhisar döyüşü baş verdi. *Yassıçəmən sülh müqaviləsi imzalandı.
     Uzun Həsən anası Sara xatını ll Mehmetin düşərgəsi Bolqar dağına göndərdi.Onun əsas məqsədi:
 1.Osmanlıları Ağqoyunlulara hücum etmək fikrindən daşındırmalı
 2.Sara xatun sultanı Trabzonu fəth etmək fikrindən daşındırmalı idi
     Osmanlılar Ağqoyunlulara hücum etmədi;1461-ci ildə Trabzon Osmanlılar tərəfindən zəbt edildi.
    *Trabzonu itirməklə Ağqoyunlular təkcə müttəfiqi deyil,Qara dənizə yeganə çıxış yolunu itirdi.
    *Ağqoyunlu dövləti Osmanlılara qarşı Qaraman bəyliyi,Kipr krallığı,Rodos dövləti,Venesiya respublikası,Roma,Polşa,Almaniya ilə ittifaq bağladı.
   1472-ci ildə Osmanlıya qarşı Ağqoyunlu –Venetsiya arasında hərbi ittifaq bağlandı.
     1472-ci ildə Beyşehir yaxınlığında Ağqoyunlular Osmanlıya məğlub oldular.
1473-cü ildə avqustun 1-də Ağqoyunlu-Osmanlı arasında Malatya döyüşü baş verdi.Ağqoyunlular qalib gəldi.     1473-cü ildə avqustun 11-də Ağqoyunlu-Osmanlı arasında Otluqbeli(Tərcan) döyüşü baş verdi.Osmanlılar qalib gəldi
1474-cü ildə kürd separatçı  feodalları Venetsiya və Ağqoyunlu elçilərini qarət edərək öldürdülər.
1474-cü ildə Uzun Həsənin oğlu Şiraz valisi Uğurlu Məhəmməd hakimiyyətə qarşı qiyam qaldırdı.Sonra Osmanlı dövlətinə qaçdı Sultanın qızı ilə evləndi Gödək Əhməd adlı oğlu oldu.Sultan onu Sivasa-Azərbaycanla Osmanlı sərhəddinə hakim təyin etdi. Uzun Həsən öz fərari oğlunu edam etdirdi.
1474-1477-ci illərdə Uzun Həsən Gürcüstana yürüş etdi. 1477-ci ildə Uzun Həsənin Gürcü hakimi VI Baqratla bağladığı sülhə görə Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu hakimiyyətinə keçdi.
Uzun Həsəndən sonra oğlu Yaqub Mirzə hakimiyyətə gəldi(1478-1490)
*Şirvanla dostluq münasibətləri saxladı ancaq Ərdəbil hakimiylə əlaqəni saxlamadı.
Yaqubun oğlu Baysunqur hakimiyyətə gəldi.(1490-1492) Ağqoyunlunu Baysunqurun adından Sufi Xəlil idarə edirdi.
Diyarbəkirdə hökmranlıq edən Süleyman bəy Bicanoğlu Sufi Xəlilin hakimiyyətinə qarşı mübarizəyə başladı.
1491-ci ildə Van yaxınlığında döyüşdə Sufi Xəlil məğlub oldu.1492-ci ildə Sufi Xəlil tərəfindən dustaq edilən Rüstəm Mirzə xilas edildi.1492-ci ildə Bərdə yaxınlığında Baysunqurla-Rüstəm arasında döyüş oldu.Rüstəm Mirzə qalib gəldi
Əhaliyə ən çox soyurqal torpaq paylayan Rüstəm Mirzə olmuşdur.1493-cü ildə Əhər yaxınlığında Baysunqur məğlubiyyətə uğradı.1496-cı ildə Gödək Əhməd Az-na hücum etdi.Sultaniyyə yaxınlığında Ağqoyunluları darmadağn etdi.Naxcıvan yaxınlığında Rüstəm Mirzənin hərbi qüvvələrini məğlub etdi. Yeni Ağqoyunlu padişahı Gödək Əhməd vergi islahatları keçirdi .Ağq.dövlətini yenidən möhkəmləndirməyə çalışırdı.1497-ci ildə İran İraqında Farsda qiyamlar qalxdı İsfahan yaxınlığında Gödək Əhməd öldürüldü. 1500-cü ildə Təbriz yaxınlığında Murad və Əlvənd arasında Əbhər sazişi imzalandı.Az-nın kürdən cənub hissəsi və Qarabağ Əlvəndə Ərəb İraqı,Fars və Kirman Murada verildi. Bu da Ağqoyunlu süqutuna gətirib çıxardı.
                                  



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 noyabr 2015 18:09
    Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
    [hide][/hide] wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.