AĞ HUN İMPERİYASI (abituriyent vəsaiti)

AĞ HUN İMPERİYASI (abituriyent vəsaiti)

 

 Əziz abituriyentlər! 

Sizlərin 7-ci sinif Orta əsrlət tarixi dərsliyi ilə işlədiyiniz zamanı, xüsusən də Türk dünyası dərslərini çətinliklə qavradığınızı nəzərə alaraq, sizlərə yardım etmək məqsədilə silsilə şəklində TQDK-ın proqramı əsasında şagird dilində desək konspekt tərtib etmişəm. Bunları hazırlayan zaman bu günə kimi qəbul imtahanları və sınaqlarında türk dünyasından düşmüş sualları analiz edərək hazırladım. Fikrimcə bunları oxumaqla dərsliyə baxmasaz kifayət edər. Lakin son söz sizindir təbii ki, Bu bir məsləhətdir......Uğurlar !
 
 
 
AĞ HUN İMPERİYASI
  • IV əsrin sonu -  567-ci illərdə mövcud olmuşdur
  • Qərbi Türküstanda yaranmışdır
  • Dövlətin ərazilərinə Mərkəzi Asiya, Əfqanıstan və Şimal-Qərbi Hindistan daxil idi.
  • Yerləşdikləri ərazilərə görə Ağ hunları "orta şərq hunları” adlandırırdılar.
  • V əsrdən Ag Hun dövlətini Eftalit dövləti kimi də adlandırırdılar (hakimiyyətdə olan Eftal xana görə).
  • Ağ hunlar iki böyük qəbiləyə bölünürdü: Yar və Hun. Dövlətin idarəedilməsi bu qəbilələrin əlində cəmlənmişdi.
  • Ağ Hun dövlətinin qərb qonşusu və əsas rəqibi Sasanilər imperiyası idi. 
  • V əsrdə Ağ Hun hökmdarı Ağsuvar xan Sasani şahlarını məğlub edərək özündən asılı vəziyyətə salmışdır.
  • Ağsuvar xan "Turan taktikası”ndan istifadə edərək sasaniləri məğlub etmişdir. 
  • Toraman-Təkinin zamanında ağ hunlar Şimali Hindistana yürüşlər etməyə başladılar. Pəncab vilayəti işğal olunduş      Sakala şəhəri dövlətin paytaxtı seçildi. 
  • VI əsrdə Mihraqul xanın zamanında bütün Şimal-Qərbi Hindistan işğal edildi. Mihraqulun dövründə Ağ Hun imperiyası özünün ən qüdrətli cağına çatdı. O, döyüş fillərindən ibarət güclü ordu yaratmışdır. 
  • Ağ Hun imperiyasının geniş ərazilərə yayılması dövlətin daxilində parçalanmaya və feodal hakimliklərinin yaranmasına səbəb oldu. Yüksəliş dayandı və parçalanma sürətləndi.
  • 567-ci ildə Göytürk imperiyası ilə Sasanilər dövləti birləşərək Ağ Hun dövlətini süquta uğratdılar. Onun əraziləri bu iki dövlət arasında bölüşdürüldü. 
  • Ağ hunlar başqa türk tayfalarından fərqli olaraq oturaq həyata daha tez keçmişlər  və şəhərlərin salınmasında mühüm rol oynamışlar. 
  • Əkinçilik və maldarlıqla yanaşı sənətkarlıqla da məşqul olurdular. 
  • Böyük İpək yolunun üzərində yerləşdikləri üçün ticarətlə də məşqul olurdular. Ticarətdə üzərində toxar yazısı olan metal pullardan istifadə edirdilər. 
  • Ağ hunlar haqqında əsas mənbələr – Çin mənbələridir. Çinlilər onları cəsur döyüşçülər adlandırırdılar. Oğurluğ böyük cinayət hesab olunur və ona görə edam edirdilər. 
  • Ağ hunlar Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynayıb. Ağ hunlardan olan çul tayfasının bir hissəsi Dərbənd ətrafında məskunlaşmışdır. Albaniyanın Çola vilayəti və ölkədə Çullu kəndləri onların izləri sırasındadır. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 dekabr 2014 10:41
    Çox sağ olun, Hamlet müəllim,belə əladır.Əgər mümkünsə Avar xaqanlığı haqqında belə məlumat hazırlayasız.Burdan abituryentlərə dəstək üçün olan orta əsrlər dərs vəsaitini köçürmüşəm,amma orda Avar xaqanlığı haqqında məlumat yoxdur.Əvvəlcədən təşəkkürlər.

    --------------------

  2. 4 dekabr 2014 15:44
    cox gozeldir supermen.
    fellow

    --------------------

  3. 4 dekabr 2014 19:01
    Hörmətli Səma!
    Avar xanlığı TQDK-nın proqramında yoxdur. Növbəti dərs Göytürklər olacaq......Uğurlar !

  4. 4 dekabr 2014 19:32
    Sitat: administrator
    Hörmətli Səma!
    Avar xanlığı TQDK-nın proqramında yoxdur. Növbəti dərs Göytürklər olacaq......Uğurlar !

    Təşəkkürlər.Sizə də uğurlar

    --------------------

  5. 15 dekabr 2014 15:24
    Sitat: sema2013
    Sitat: administrator
    Hörmətli Səma!
    Avar xanlığı TQDK-nın proqramında yoxdur. Növbəti dərs Göytürklər olacaq......Uğurlar !

    Təşəkkürlər.Sizə də uğurlar

    Avarlar özlərini türk hesab etmirlər. Görəsən nədən dərsliklərdə avar xanlığı türk dövləti kimi verilir ?

  6. 18 dekabr 2014 12:52
    çox gözəldir

    --------------------

  7. 19 dekabr 2014 20:33
    Əlbətdəki olduqca əlverişlidi məllim.Sizə zəhmət olacaq ancaq digər türk dövlətləri də bu şəkildə təqdim olunsa əla olar məncə.Həqiqətən Vİİ sinif Orta Əsrləri bizlərin yaralı yeridi.Ancaq yeri gəlsə o qədər də qəliz və ya sıxıcı dərslər olmamasına baxmayaraq.Mİnnətdaram Məllim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.