"6 şlyapa düşüncə metodu"

"6 şlyapa düşüncə metodu"

 

Edvard de Bononun "6 şlyapa düşüncə metodu".

"6 düşüncə şlyapası” (Six Thinking Hats)Edvard de Bono tərəfindən işlənmiş ən məhşur düşüncə metodlarından biridir.6 şlyapa metodu individual və kollektiv şəkildə aparılan əqli işi daha effektiv edir.Bu metodun əsasında paralel düşüncə dayanır.Ənənəvi düşünmə -diskussiyalar və fikirlərin toqquşması üzərində dayanır.Belə yanaşmada çox vaxt məsələnin ən yaxçı həlli deyil ,diskussiya zamanı daha qabarıq irəli sürülən həll qalib gəlirdi.Paralel düşüncə-konstruktiv düşüncə olub müxtəlif nəzər nöqtələri və fikirlər bir-biri ilə toqqaşmadan yanaşı yürüyür.

Edvard de Bono 2005-ci ilin Nobel mükafatı nominantıdır.Yaradıcı və konseptual düşüncə sahəsində tanınmış şəxsdir.Axırıncı 30 il ərzində De Bono 50 iri kompaniyalarda çalışmış.Kembric,London,Oksford,Harvard universitetlərində dərs demişdir.34 dilə tərcümə olunmuş 58 kitabın müəllifidir.Dünyanın 52 ölkəsində leksiyalarla çıxış etmişdir. IBM, Ericsson , Total , Siemens, Microsoft kimi iri kompaniyalarla çalışmışdır.

6 düşüncə şlyapası nədir?

De Bono düşüncəni 6 hissəyə bölür və hər birini digərlərindən ayırır.Hər bir düşüncə yönü müxtəlif rənglərdə şlyapalarla təmsil olunur.Nəyə görə məs şlyapa?Çünki şlyapaları taxıb çıxarmaq çox asandır,insan ağlına gələn-gedən fikirlər kimi..Şlyapanın rənginə uyğun funksiyaları vardır.Müəyyən rəngdə şlyapanı taxdıqda düşüncələrimizi lazımi istiqamətə yönəldirik.Şlyapaları dəyişdikdə isə eyni məsələyə müxtəlif rakurslardan baxırıq,tam məsələni əhatə edə bilirik.Bu metoddan hər bir fənn müəllimi istifadə edə bilər.Bu metod dərsi rəngarəng və maraqlı edər.Bütün rənglərdən eyni anda istifadə etmək vacib deyil,bu artıq müəllimin öz fantaziyası və peşəkarlığından asılıdır.

Şlyapaların rəngləri və onların funksiyaları.

Ağ şlyapa.

İnformasiya və suallar.Biz hansı informasiyaya malikik və bizə hansı informasiya lazımdır?

Müəllim şagirdlərə ağ şlyapanı tağmağa dəvət etdikdə onlardan obyektivlik tələb edir.Ağ şlyapanı taxanlar yalnız faktlarla və rəqəmlərlə danışırlar.Onlar emosiyalardan uzaq olmalı hisslərə qapanmamalıdırlar.



Qara şlyapa.

Ehtiyat,tənqid ,qınaq,qiymətləndirmə.Düzdürmü?Səhvi varmı?

Qara şlapa -əsl tənqidçıdır.Bu şlyapanı taxanlar hər şeyi qara rəngdə ğörməlidirlər.Hər zaman çatışmamazlıqlar arayırlar,sözlərə və rəqəmlərə inanmırlar,zəif yerləri axtarırlar.Qara şlyapa bizi təhlükələrdən qoruyur,yalnız bu zaman həddi aşmamaq lazımdır.

Sarı şlyapa.

Üstünlüklər və pozitiv.Bunu niyə edim?Eləməyə dəyərmi?

Qara şlyapanın əksidir.

Sarı şlyapa bizdən məsələnin üstünliklərinə diqqət etməyi,ideyenın pozitiv tərəflərinə diqqət yetiməyi tələb edir.Sarı şlyapanı taxan –optimist olur,yalnız fikrini əsaslandırmalıdır.Sarı şlyapa yaradıcı deyil.

Yaşıl şlyapa.

Yaradıcılıq.Müxtəlif yeni ideyalar.Təkliflər.

Yaşıl şlyapalılar-yaradıcı axtarışdadırlar.Yaşıl şlyapada siz yeni ideyaların generatorusunuz.Alternativlər axtarırlar.

Qırmızı şlyapa.

Emosiyalar,intuisiyalar,hisslər.

Qırmızı şlyapanı az bir zaman (30saniyə)ərzində taxılır və emosiyalara qapılır.Məsələn,qırmızı şlyapanı taxın və fikrinizi bildlrln.Qırmızı və yaşıl şlyapadan fərqli olaraq fikirlərini subut etmirlər.

Göy şlyapa.

Düşünmənin təşkili.Düşüncə haqqında düşüncələr.

Göy şlyapa analitik və moderatordur.o digərlərindən fərqlənir,özü işləmir,digərlərinə rəhbərlik edir.Bu şlyapa fikir prosesini idarə edir,Hamını ortaq fikrə gətirib çıxarır.O,dirijora bənzəyir,fikirləri dinləyir ,bəzən şlyapaları dəyişməyi məsləhət edir”sizin yanaşmanız düzgün deyil,qara şlyapanı çıxarın və yaşıl şlyapanı taxın”

Edvard de Bono özü sarı şlyapanı taxarkən bu metodun üstünlüklərini izah etmişdir.

1.Hər bir əqli iş adama darıxdırıcı gəlir.Bu metod onu rəngarəngləşdirir və fikri idarə etmək daha maraqlı olur.

2.Rəngli şlyapalar-yaxşı yadda qalan metaforadır.onu öyrətmək və istifadə etmək asandır.

3.6 şlyapa metodunu müxtəlif çətinlik dərəcəsində(uşaq baxçasından-ali məktəbə kimi0istifadə etmək olar.

4.Lazımsız diskussiyalardan uzaqlaşdığıldığıcə daha məhsuldar və effektiv olur.

5.Şlyapa metaforası rollu oyunu xatırladır və bu zaman müzakirə etmək asan olur və heç kimi incitmadən fikir yürüdülür.

6.Metod qarışıqlığa yol vermir,çünki qısa müddət ərzində hər qrup yalnız bir fikrə qulluq edir.

7.Metod müzakirə zamanı emosiyalar,faktlar,tənqidlər ,yeni ideyalar meydana gətirir və işə lazımı anda onlara istinad olunur.



Şagirdələ bu metodu öyrətmək üçün bu nağıldan istifadə etmək olar.

Nağıl.

Bir ölkədə şlyapa tikən bir qoca yaşayırdı.Onun hər zaman çoxlu işi olurdu,çünki hamı onun tikdiyi şlyapaların uğur gətirdiyinin fikirləşirdi.Zaman keçdi və bir gün şlyapa ustası vəfat etdi.Onun oğulları atasının evinə gəldilər və onun sərvətlərinə yiyələnmək istədilər.Evi axtaran qardaşlar bir sandıq və onun içində 6 şlyapa tapdılar.Şlyapalar müxtəlif rənglərdə idilər.Birinci qardaşlar bu şlyapaları kiminsə sifariş etdiyini güman etdilər,lakin nə qədər gözləsələrdə sifarişçi gəlmədi ki ,gəlmədi.Onda onlar bu şlyapaların atasının onlara buraxdığı miras olduğunu başa düşdülər və şlyapaları aralarında böldülər.Birincisi dedi:”Mən ağ şlyapanı götürürəm,çünki ağ rəng-kübarlıq rəmzidir”.İkinci qardaş dedi:”Mən qara şlyapanı götürürəm,çünki ciddi stil məni həmişə cəlb edirdi”.Üçüncü qardaş qırmızı şlyapanı götürdü,çünki həmişə diqqəti cəlb etmək istəyirdi.Dördüncü günəş kimi şua saçmaq və istisini paylamaq üçün sarı şlyapanı götürdü.Beşinci qardaş təbiəti çox sevirdi ,ona görə də yaşıl şlyapanı götürdü.Altıncı qardaş isə hər şeyi öyrənmək üçün göy şlyapanı götürdü.Qardaşlar hərəsi bir yerə dağıldı.

Bir neçə ildən sonra onlar yenə də atalarının evində görüşdülər.Ağ şlyapanı götürən qardaş xırda detalları görməyi,faktları və hadisələri analiz etməyi öyrəndi.Qırmızı şlyapanı seçən qardaş çox emosional olmuş,hisslərə qapılırdı.Üçüncü qardaş hər şeyi qara rəngdə görür,nöqsan axtarır və tənqid edirdi.Sarı şlyapalı qardaş hər zaman yaxşı tərəfi görürdü, işıqlı fikirlərlə dolu idi.Büşinci qardaş ideyalarla dolu idi.O,özündə əvvəlcədən bilmədiyi istedadlar aşkar emişdi.Göy şlyapalı qardaş hər zaman vəziyyəti bütöv görməyi öyrəndi,baş verənləri izah edə bilir,fikirləri lazımi istiqamətə yönləndə bilirdi.Özlərində dəyişikliyi görən qardaşlar şlyapaları dəyişmək və dünyaya başqa yöndən baxmağa qərar verdilər.



Nagıl şagirdələrə 6 şlyapanın mahiyyətini açıqlayır.Bir informasiyanı araşdırarkən müxtəlif fikirlər irəli sürülür.Bu fikirlər arasında çaşmamaq və hərtərəfli düzgün araşdırma aparmaq çox mürəkkəb və çətin ola bilər.Çünki bəzən biz düşünmədən hisslərə qapılır və eyni zamanda hər məlumatı ağlımızda tutmağa 

çalışırıq.Nəticədə qarışıqlıq alınır.6 şlyapa metodu buna imkan vermir.Hər şlyapa öz funksiyası ilə qarışıqlığı aradan qaldırır.


Bundan sonra şagirdlərlə bu metodu sınaqdan çıxara bilərsiniz.




Müəllim şagirdlərə özlərini həmin qardaşların yerində təsvir edib şlyapaların birini seçib taxmağı təklif edir.Hər bir qrup bir şlyapa seçir.

Ağ şlyapalı qardaşlar qarşılarına qoyulan məsələdə yalnız faktlara əsaslanmalıdır.

Qırmızı şlyapalı qardaşlar isə öz hisslərinə üstünlük verməlidirlər.

Qara şlyapalı qardaşlar səhvləri görməli və xəbərdar etməlidirlər.

Sarı şlyapalı qardaşlar yalnız müsbətləri görməli,optimist olmalıdırlar.

Yaşıl şlyapalı qardaşlar stereotiplərdən uzaq olmalı və kreativ fikirlər təklif etməlidirlər.

Göy şlyapanı müəllim özü taxır və orkestrin dirijoru rolunu öz üzərinə götürdüyünü bildirir.

Şagirdlər şlyapaların rənginə uyğun öz tapşırıqlarını yerinə yetirirlər,sonra isə müəllim onlara şlyapalarını dəyişməyi təklif edir və bu andan şagirdlər məsələyə əks istiqamətdən baxırlar.Bu metodun maraqlı yönü də odur ki,şlyapaları dəyişərək hər fikrə hörmət olunur,fikirlət bir-biri ilə münaqişəsiz yanaşı yürüyür. 

Bu medodla qurulan dərslərimdən biri ilə sizi tanış edirəm.

Mövzu: §16 Azərbaycan Nadir şah imperiyasının tərkibində.

Sinif: 9-cu.

Şagirdlərə tədqiqatdan əvvəl Nadir şahın şəxsiyyətinin həmişə tarixçilərin diqqət mərkəzində olduğunu və müxtəlif mübahisələrə səbəb olduğunu deyirəm.Bu dərsdə onlara bir müddətlik müxtəlif fikirlər irəli sürən tarixçilərin yerlərinə keçmələrini və Nadir şah şəxsiyyətinə qiymət vermələrini təklif edirəm.Tədqiqat qruplarına şlyapalar təqdim edilir.


Ağ şlyapalı qrup məsələ ilə bağlı yalnız faktları araşdırır və məlumat verir.

Qara şlyapalı qrup Nadir şahın hakimiyyətini tənqid etməli, nöqsanlar axtarmalıdır.

Sarı şlyapalı qrup onun hakimiyyətinin müsbət qiymətləndirməli və bunu təsdiqləməlidirlər

Yaşıl şlyapalı qrup Nadir şahın hakimiyyət dövrünü digər dövrlərlə müqayisə edir,yeni ideyalar irəli sürür.

Qırmızı şlyapalı qrup digər qrupları dinləyir və hisslərinə arxalanaraq fikir irəli sürür.

Mən isə göy şlyapanın funksiyasını yerinə yetirib,şagirdləri düzgün istiqamətləndirirəm və yalnış yolla getməkdən çəkindirirəm.

Hər qrup ona tapşırılan vəzifəni yerinə yetirərkən müxtəlif mənbələrdə verilən məlumatları nəzərdən keçirirlər.Şagirdlər tapşırıqlarını çox maraqla yerinə yetirir.

və nəticədə dərs onlar tərəfindən mükəmməl mənimsənilir və şagirdlər aldıqları bilikləri düşünərək alır və bunu qiymətləndirməyi bacarır.

Ağ şlyapalı qrup Nadir şahın hakimiyyətini faktlarla açıqlayır.Beləcə şagirdlər bu dövrdə Azərbaycanda baş verən hadisələrlə tanış olur.

Qara şlyapalı qrup Nadir şahın hakimiyyətinin mənfi tərəflərinin(vergilərin artırılması ,əhalinin var-yoxdan çıxması,Qazax,Şəmşəddil və Borçalı mahallarının Kartli hakiminin tabeliyinə verilməsi,bir sıra Azərbaycan feodallarının sürgün edilməsi və s.).

Sarı şlyapalılar Rus və Osmanlı qoşunlarını Azərbaycandan çıxaran,bəylərbəylikləri birləşdirərək Azərbaycan adlı vahid inzibati region yaradan Nadir şahın hakimiyyətini müsbət qiymətləndirirlər.

Yaşıl şlyapalılar Nadir şahın hakimiyyətini digər hökmdarlarla müqayisə edir və yenə də onun hakimiyyətini digər hökmdarlardan fərqlənmədiyini bildirirlər.Bunu bütün hökmdarların dövründə xalqın ağır vergilərdən əziyyət çəkdiyini ilə əsaslandırırlar.

Qırmızı şlyapalılar hisslərini ön plana çəkərək Nadir şahın çəxsiyyətinə tək Rus qoşunlarını Azərbaycandan qovduğuna görə hörmətə layiq olduğunu bildirirlər.

Beləliklə,şagirdlər düşünərək,qiymətləndirərək,özlərini əhəmiyyətli bir missiyanın parçası hiss edərək lazımi informasiyanı mənimsəyirlər. 

Müxtəlif mövzuların araşdırılmasında bu metod sizə yardımçı ola bilər.

"6 şlyapa düşüncə metodu"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 avqust 2012 09:04
    cox xoshum qeldi Muallime gozel tapintidir teshekkur edirem

  2. 10 avqust 2012 18:19
    Cox maraqldr. Ferqli bir ders qurmaq olar bele smile

  3. 11 avqust 2012 22:07
    Cox maraqldir.xo$uma geldi.twk smile

  4. 12 avqust 2012 21:44
    Bu shekilde ders qurmaq hem muellimlerde hemde shagirdlerde xususi maraq oyadar.cox xoshuma geldi.

  5. 6 sentyabr 2012 16:11
    aa nece gozel...uwaqlarin derse maraqida olar ele olsa TEWEKURLER

  6. 19 sentyabr 2012 20:27
    Fikirlerinize gore tesekkurler.Sagirdlerim meni maraqli derslerime gore cox sevir.

  7. 12 noyabr 2014 13:32
    Cox maraqlidir fellow

  8. 16 fevral 2015 22:31
    edebiyyata aid bu cur seife var kim bilir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.