Debatizm(II hissə)

Debatizm(II hissə)

Sizə debat treninqlərində ortaya çıxan ən maraqlı məqamları çatdırıram. Buyurun ......

 

 

      Bəhruz Mafiya oyunu zamanı : Mən yenə dururam Məlahət xanımın üstündə.

       Məlahət xanım : Bəhruz düş aşağı nəfəsim kəsildi.

                                                                           ---

      Elşən Mafiya oyunu zamanı : Mən mafiya deyiləm. İstəyirsiniz çıxardım qoyum qabağınıza.

                                                                            ---

     Tofiq Mafiya oyunu zamanı : Mən mafiya deyiləm. Xahış edirəm başınızı qoyun  qabağınıza      

      fikirləşin.

                                                                            ---

      Elşən Mafiya oyunu zamanı : Siz görürsünüz də, ( Rasimi göstərərək ) bu səhərdən girib –     çıxır, girib – çıxır, girib – çıxır.

                                                                            ---

      Bəxtiyar oyun zamanı  taym – kiperdən soruşur : Nə qədər vaxtım var ?

Taym – kiper : 5 dəqiqə. Götürürsünüz ?

Bəxtiyar : Sizə bağışlayan deyiləm ki .

                                                                      ---

        Elmdar oyunda taym – kiperlik edən zaman əlini stola çırparaq oyunun qurtarmasına  4                 

dəqiqə qaldığını göstərir. Bir az keçdikdən sonra əlini stola vuraraq 5 dəqiqə qaldığını

göstərir.

Hakim deyir  : Hörmətli taym – kiper sizin saatınız tərsinə işləyir.

                                                                      ---

     Akif  final oyunundakı 7 hakimi görüb deyir :  O boyda dünya çempionatında 1 hakim olur,    burda isə 7. Belə şey olar ?

                                                                            ---

Anar ( " Rac Kapur " )  filmlərdəki manipulyasiyalardan danışır və deyir  : Məsələn , Yeddi oğul istərəm filmi.

Rafik ( fikri davam etdirməyə imkan verməyərək) : Mən səkkiz oğul istərəm.

Bəhruz : Onları saxlaya bilərsən ?

Camaat otuzunu balalayır, saxlayır, mən niyə saxlamıram – deyə Rafik sözünü tamamlayır.

                                                                      ---

      Rafik müəllim Leylaya bir armud verərək deyir  :

Buyurun Leyla xanım mən sizin halvanızı yemişəm. ( Bir az əvvəl Leyla Rafik müəllimə halva vermişdi ).

                                                                      ---

      Ceyhun oyun zamanı aşağıdakı suala cavab verir.

     Sual : Deməli Avropa İttifaqı həm vasitəçı, həm də günahkardır ?

      Ceyhun : Avropa İttifaqı məgər qoyundur ?

                                                                            ---

      Səidə :  Biz bilirik ki, balıq başından iylənir,. Gəlin çalışaq ki, bizim başımız ayağımızdan

iylənsin.

                                                                      ---

      Elvin  :  Xahiş edirəm məni o cür yozmayasınız.

                                                                            ---

      Spikerlərdən biri :  Oradakı iranlilar azərbaycanlıların dilini pozmur.

                                                                            ---

      Nərgiz uşaqların əşyalarını götürərək qışqırır :

Ay millət, şeyləriniz məndədir.

                                                                     ---

      Aygün  Ragiq müəllimə müraciət edir Kiç – Partiyə ( karnavala ) nə məsləhət edərsiniz ?

O nədir ?

Bax bir dəfə Şahin İsa peygəmbər olmuşdu. Onu bu ağaca mıxlamışdılar. ( o, bir neçə vaxt bundan irəli İsa peygəmbər haqqında hazırlanmış səhnəni xatırlatmaq istəyir )

                                                                      ---

      Qədir ( " Luçano Pavorotti ") meyxana zamanı Elmdara deyir :  Yoldaşını bağla

Elmdar : Get ip gətir bağlayım.

                                                                      ---

      Şahin elan edir :  Düşərgə ərazisində pul kisəsi itib. Kim tapılsa mükafat verilməyəcək. (     Əbəc yerə düşərgənin axırında ona " Azərbaycan dilinin bilicisi " adını verməmişdilər ")

                                                                            ---

      Natəvan gecə vaxtı yemək təklif ediləndə deyir :

Mən gecə vaxtı yemirəm, çünki səhərlər yaxşı yeyirəm.

Sən gecə yesən, səhərlər də yaxşı yeyərsən – deyə ona müraciət edirlər.

Natəvan : Yox məndə hər şey tərsinədir.

                                                                      ---

      Mafiya oyunu zamanı Natəvan Sərdara deyir :

Mən göstərdim. Siz səhv vurdunuz.

                                                                      ---

      Rafiq müəllim məşhur " torbasından " əşyaları bir – bir çıxarır. Məlahət xanım soruşur :

Rafiq müəllim bu nədir ? ( " Düşərgənin bülbülü " Rafiq müəllim idi. )

Rafiq müəllim :  Bilmirəm.

Məlahət xanım : Niyə bilmirsiniz, sizin şeyinizdən çıxıb də . ( Məlahət xanım düşərgənin " Xoruzburaxanı” idi )

                                                                       ---

      Qabil ( " Liliput " ) gecə bufetdən yemək istəyir. Cəfər soruşur :

Tək özünçün istəyirsən ?

O qədər adam içərisindən gəlib tək özü üçün yemək istəyən adama nə deyirlər ?

Bilmirəm.

Krısa.

                                                                       ---

      Mafiya oyunu zamanı  Zümrüd  ( " Həmişə gülən adam " ) :

Bəhruz səhərdən üstümə düşüb, əl çəkmir ki, çəkmir.

                                                                       ---

      Elçin yemək stolu arxasında özünə yer axtarır və Turaldan soruşur :

Tural sənin qabağın boşdur ?

                                                                       ---

      Karnavalda Kənan  oğlan  Fərid  qız  paltarındadır. Kənan əlini Fəridin arxasına vurub

deyir  :

Görüm, verdiyim pula dəyər, ya yox ?

                                                                       ---

      Kənan oyun zamanı hakim olan Sərdardan icazə istəyir ki, gedib su içsin.

Sərdar : İcazə verirəm. Düz get düz gəl. Suyu necə içdiyini də görməliyəm.

                                                                       ---

      Lalə oyun zamanı : Bosfor boğazı çox dar tikilib.

                                                                             ---

      Lalə yenə də oyun zamanı deyir :  Bosfor boğazından tankerlər sürtünə - sürtünə keçirlər.

                                                                             ---

      Elvin : Super tankerlər əldəqayrılmadır.

Qarşı tərəf sual verir : Tankerləri kimin əli ilə qayırırlar ?

                                                                       ---

      Düşərgədə iki müəllim üz – üzə gəlirlər. Hər ikisinin adı Elşəndir. Şəkidən olan Elşən

müəllim deyir :  Elşən müəllim bu mənimkidir.

Digəri isə cavab verir : Elşən bu mənimkidir. Yəni səninkidir.

      Bir nəfər Samirə ( " Musiqi mərkəzi” ) deyir :  O şeyləri ver aparım.

Samir  : O şeyləri sonra verəcəyəm. ( söhbət protokollardan gedir )

                                                                       ---

      Sərdar Mafiya oyununu idarə edir. Natəvan : Axı, Sərdar mən göstərdim.

Sərdar : Sən kimsən ki, mənə göstərəsən!

                                                                       ---

      Lalə oyun zamanı : Balıqlar suyu neynir, balıqları biz yaşadırıq.- deyir.

                                                                             ---

      Lalə ( " Rəis alınmadı? ") yenə oyun zamanı deyir :  Azərbaycan suvenir dövlətdir.

                                                                             ---

      Günay oyun zamanı deyir :  Narkomaniya böyük şeydir, onunla kiçik adamlar məşğul olmurlar.

                                                                             ---

      Şəhər gəzintisi zamanı Elvin ( Şəki ) Elmdara Şəki ləhcəsiylə deyir : Hə bilə şeylər sizdə

      var?

Elmdar ( " Vampir ") Şəki ləhcəsiylə ona cavab verir : Ha canıvu yeyim, ha  bizdə həbilə şeylər yoxdur.

                                                                        ---

      Mafiya oyunu zamanı Elvin deyir : Günay ağzından " quş " buraxdı ki, mafiya o deyil.

                                                                              ---

      Hakimlərdən biri deyir :  Səidə bir dəqiqə dayan. Səni donduraq.

                                                                              ---

      Rüfət ( " Filosov ") müəllim :  Şahin nooldu ?

Şahin  : Bütün trenerləri asmışam. ( söhbət siyahıdan gedir )

                                                                        ---

      Rüfət  :  Allah – təala məsləhət bilsəydi, Adəm və Həvvanı yaradanda  KİV – i də

yaradardı.

                                                                        ---

      Əlirza ( " Hacı dayı " )  Şahinə tez – tez zəng edib narahat edirdi. Şahin hirslənərək :

Əlirza bəsdir, indi yesi basaram konturun gedər.

                                                                        ---

      Marina ( " Şəki broyler ") səhər – səhər şəkili oğlana rast gəlir. Soruşur : Arqument   

       hazırlamısınız?

Məh dünən yuxuda bomba arqument görmüşəm – deyə oğlan cavab verir.

Bəs indi yenilərini hazırlamayacaqsan ?

Ha indi neynirəm. Yuxuda ki, görmüşəm.

                                                                        ---

      Debat yarışı zamanı  :  KİV ictimai rəy yaradır.

Axı yumurtlayan qadın necə ictimai rəy yarada bilər. ( Türkiyədən gələn məlumatdır )

                                                                        ---

      Debatda söylənilmiş fikir  :  Gözəl güzgiyə baxmasa da gözəldir. Hakimiyyət KİV – siz

də gözəldir.

                                                                        ---

     Yeməkxanada söylənilmiş fikir : Adam Afət ( " Madam Bovari”) müəllimənin yemək     yeməyinə baxanda iştahı və sairələri qalxır.      

                                                                              ---

      Elnur müəllim yazanını ver mənə.

Yazanım otaqda qalıb.

                                                                        ---

      Toğrul ( " Şvartsnegger ") qaça – qaça deyir : Debatçı yolda gərək.

Nizami müəllim ona cavab olaraq :   Başı da qalda gərək – deyir.

 

      Samir  : Hakimin ayrı şeyinə baxmaq olmaz. Azər müəllim düz deyirəm ?

                                                                             ---

     Yarış zamanı Məmməd ( " Volontyorların könüllüsü ") : Hörmətli taym - kiperdən xahiş edərdim ki, öz fikrimi tamamlamaq üçün mənə yarım saniyə vaxt versin.

                                                                             ---

      Bill Klinton qızla gəzmişdir. KİV – lər onlar arasında aravuranlıq etdilər. KİV Bill

Klintonun üstünü açdı. ( ABŞ prezidentinin macərasından )

                                                                       ---

      Çarpaz suallar : Hakimiyyət istirahət edir ?

Bəli, Konstitusiyaya görə hər bir hakimiyyət  məzuniyyətə gedə bilər.

                                                                       ---

      Çarpaz suallar  : KİV idarə edirmi ?

Bəli, öz orqanlarını.

                                                                       ---

      Oğlanlardan biri qəzeti göstərərək deyir : Burda mənə işarə vurulub.

Oxuyur  :  Tərəfkeş xalalar....

                                                                       ---.

      Çarpaz suallar raundunda təkzib tərəf sual verir :

Siz bizim suallara cavab verin.

Təsdiq tərəfin spikeri : Elə mən sizin suallarınıza cavab verirəm.

                                  




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 fevral 2012 14:04
    gulmeli idi (:

  2. 24 sentyabr 2014 12:49
    men cox beyendim like

  3. 28 oktyabr 2014 18:42
    duzdu haaaaaaaaa

  4. 25 yanvar 2015 16:56
    Maraqlidir... love

  5. 10 may 2015 20:32
    super.sagird.az sayti cox gozeldir. xosuma gelir burdaki elmi izahl smile ar-dersler-oyunlar

  6. 11 may 2015 19:40
    Sitat: ismailyk
    super.sagird.az sayti cox gozeldir. xosuma gelir burdaki elmi izahl smile ar-dersler-oyunlar
    bağışlayın amma bura şagird az saytı deyil
    Xəbərə görə təşəkkürlər

    --------------------

  7. 14 may 2015 06:25
    HORMETLI ISMAILYK, BURA Tarix.info-dur.....
    Sitat: ismailyk
    super.sagird.az sayti cox gozeldir. xosuma gelir burdaki elmi izahl smile ar-dersler-oyunlar

  8. 15 may 2015 12:49
    [hide][/hide]

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.