Debatizm

 

Debatizm


Debatizm

 

 

     Uzun illər Debat Təhsil Proqramında fəaliyyət göstərmişəm. Təlimlərdə, yarışlarda, konfranslarda uşaqlardan elə sözlər eşitmişəm ki, o sözləri illərlə fikirləşsən ağlına gəlməz. Düzü belə söz və fikirlərə dərslərdə də rast gəlirsən və onlara o qədər də əhəmiyyət vermirsən. Lakin Debat üzrə yay düşərgələri olan zaman bu söz və fikirləri toplamağa başladım. Hər il düşərgənin sonuncu günü ümumi yığıncağın axırında uşaqların xahişi ilə mən onları iştirakçılara oxumağa başladım. Bu elə bir gülüş və xoş əhvali – ruhiyyə yaradırdı ki, qərara gəldim ki, bu işi hər il davam etdirim. Biz uşaqların təklifi ilə həmin yazılara " Debatizm” adını qoyduq. Debat oyunundakı vaxt məhdudiyyəti bu yazıların artmasına şərait yaradırdı. Az vaxtda öz fikrini çatdırmaq istəyən uşaqlar istər – istəməz danışıqlarında tez – tez " quş” buraxırdılar. Tez bu əhvalatı " soyumadan” mənə çatdırırdılar ki, dəftərə qeyd edim. Belə hallar həm yarışda, həm yarışlararası, həm də stolüstü oyunlar zamanı və s. vaxtı olurdu. Düzü bu qeydlərin bəzisini itirmişəm, bəziləri isə məndədir və istəyirəm ki, siz də onlarla tanış olasınız və bir az əhvalıınız yaxşılaşsın. İndidən deyirəm ki, bəzi əhvalatlarda və ya deyilmiş sözlərdə sətiraltı məna var. Amma bir şeyi yaddan çıxarmayın ki, onlar qəflətən deyilmiş sözlərdir və deyilən zaman onun sətiraltı mənası heç deyən adamın ağlına gəlməyib. Eelə sözün də məzəliliyi bundadır. Hər il düşərgənin sonunda hamıya da olmasa, bəzilərinə iştirakçıların razılığı ilə nominasiya təqdim edirdik. Mötərizədəki sözlər elə həmin nominasiyalardır. Buyurun həmin əhvalatlarla tanış olun :

                                                                              ---

  Yarış zamanı III spikerə deyirəm ki, çıxışın zamanı sən axırıncısan, ona görə bir az emosiyalı danış, qoy hakimlər sənin fikrinin doğruluğuna inansınlar. O isə çıxışı zamanı sakitcə deyir : " Hörmətli hakimlər, hörmətli taym –kiper ( vaxta nəzarət edən), hörmətli iştirakşçılar icazə verin çıxışımı yüksək emosiya ilə başa vurum.

                                                                            ---

  Yay düşərgəsi zamanı İnstituta qəbul ilə əlaqədar şagirdlərdən biri təcili Cəncəyə getməlidir.  Baş – gözünü skotçla sarıyaraq o, özünü dilənçi qiyafəsinə salmış və əlində ağac  Cəncəyə getmək üçün pul yığır və mənə müraciət edir : Nizami müəllim xahiş edirəm Allah yolunda mənə bir az pul ver. Deyirəm : yer get işinin dalınca. Deyir: Xahiş edirəm. Sözümü təkrar edirəm. Qayıdıb deyəsən : Nizami müəllim ( " Sözə qəmiş qoyan ") hələ ki xahiş edirəm ha...

                                                                           ---

    Elşəndən ( " Gombul” )  soruşurlar :

O şeyi yazıb qurtardın ?

Nə qədər şey yazdın ?

O baxır şeyin uzunluğuna.

                                                                     ---

      Elmdar ( " Vampir” ) ) deyir :

        Mənim abonentim ( opponentim – deməli idi ) deyir ki....

                                                                             ---

    Həmid ( yarış zamanı ) :  Bu qədər ciddi təşkilatlar buraya yığışıb semiçka çıtdamırlar ...

                                                                             ---

    Camal  ( sözü davam etdirərək ) deyir :  Beynəlxalq təşkilatlar işləmirlər. Məsələn, Ayfisin nümayəndələri Sərdar ( " Bir balaca boyu var, Dam dolusu toyu var ") Hüseynov, Anna Kurnikova ( hər ikisi yay düşərgəsinin iştirakçısıdır ) və başqaları işləmirlər.

                                                                           ---

    Şahin elan edir :  Su istəyən aşağı düşsün. Min manat verirsən krant qalxır yuxarı, sonra min manat da atırsan krant qayıdır yerinə.

                                                                           ---

    Mafiya oyunu zamanı Lalədən soruşurlar  :

Sənin fikrin ?

Mən indi də Elşənin üstündə qalıram. ( sözü o iki dəfə təkrar edir ).

    Mafiya oyunu zamanı Fariz ( " Düşərgənin şuleri”)  Aygünə  :

Aygünün bir zadı var.

Aygün  : Onu sənsiz də mən bilirəm.

                                                                     ---

       Günel ( yarış zamanı )  :  Mənim babam sidiyini saxlaya bilmir. Babam hər dəfə gecə     

        tualetə gedəndə mənim üstümü örtür. Beləliklə mən tualetdən xeyir görürəm. Mənə soyuq

        dəymir.

                                                                             ---

     Emil  :  Açıq havadakı tualetlə düşərgədəki tualet arasında heç bir fərq yoxdur. Qapı –

     pəncərəsi yoxdur.

                                                                           ---

     Həsən ( " Düşərgənin avarası” )   : Daima bacısına sataşan qardaş bacısını tapmır, elə bilir       çöldədir.   Bacı isə özü – özünü tualetdə tapır. Görürsünüz tualetin qüdrətini ?

                                                                     ---                                                                    

     Əhməd ( yarış zamanı ) : Ən ağıllı fikirlər insan başına harada gəlir ? Əlbəttə də ki,

tualetdə.

                                                                     ---

-          Yarışın gedişində oyunçulardan biri deyir : Amerika İraqı güllələdi getdi.

                                                                           ---

      Aygünlə ( " Düşərgənin Haznazı”) Araz meşədə gəzərkən ayı kahasına rast gəlirlər. Aygün       Araza deyir :

Araz get kahanı qurdala, ayı çıxsın, mən şəklini çəkim.

                                                                     ---

      Spiker ( yarış zamanı )  : Bu mənim bütün digər nöqtələrimlə bağlıdır.

                                                                           ---

     Elmdara kömək üçün Bəhruz deyir : Bu səhvlər mümkündür. Bu təşkilat elə indicə yaradılıb.

Elmdar : Yox əşşi, beş il əvvəl yaradılıb.

                                                                     ---

     Yarış zamanı  : Təşkilat yüksək tələbələr yetişdirir.

     Qarşı tərəf  :  Görəsən neçə metr ?

                                                                           ---

      Elmdar  ( yarış zamanı )  : Dünyada qida problemləri vardır. Bəs görəsən tələbələr qida pulunu hardan ödəyəcəklər ?

                                                                           ---

      Nərgiz ( yarış zamanı )  :  Nəsli kəsilmiş heyvanları qoruqlara salırlar.

                                                                           ---

      Nərgiz  ( yarış zamanı )  : Elə dövlətlər var ki, bir göy balina tutub il boyu piyi ilə dolanırlar.

                                                                           ---

      Nərgiz  : Akulaları və norkaları qorumaq lazımdır.

                                                                           ---

     Sərdar ( Hakim ) :  Təşəbbüs deyəndə nə başa düşürsünüz ?

Nuri  : 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 yanvar 2012 22:15
    Nizami muallim daha bir mukemmel meqale ile bizi sevindirdiniz. nanin oxuduqca ozumde paxilliq yarandi mende ki niye bu yay seminarinda men olmamisham cox shey itirdim. Cox gozel kicik epizodlardir necede onlar yadinizda qalib ehsen Size. Ushaqlar ise deyesen secme ushaqlar olub hazircavablar Aferin.Men vaxtile mektebimizde Qrant proqrami vasitesi deyeri 5000 manat olan layihe udaraq mektebde Debat merkezi yaratdim Ancaq debatla cox meshqul ola bilmedik teessuf ( treninqler kecirilmesi ve trener deveti ucun maddi imkan olmadi )Ozum o Karl Popper kitabini elde ederek (saqolsun Afer muallimi Lenkorandan-Aciq Cemiyyet nstitutu) ozum oxudum ve anladiqim qeder onu ushaqlara oyretdim Ancaq bilirem az oldu bu. Debati tam oyrenmek isterem inshallah bir qun oda olar. Mende bildiyim ve hazirladiqim debatlardan burda sayta verecem baxarsiz. Sizin bu ishiniz ise Mukemmel Mukemmel Mukemmel!!!!! lezzet eledi vallahhhhhhhh

  2. 19 dekabr 2013 18:43
    tarix fenni cox eylencelidi tarixini bilmeyen geleceyini qura bilmez

  3. 25 dekabr 2013 23:42
    maraqli deyildi ://

  4. 14 noyabr 2014 19:13
    Men HADESle raziyam sad

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.