Tarix müəlliminin şərhi

Tarix müəlliminin şərhi

Tarix müəlliminin şərhi

Dərsdə müəllim şərh etdiyi materialı və ya digər tarix bilik mənbələrinin nisbətinin də nəzərə alınmasını vacib hesab edirik. Faktların və anlayışlarının, məzmununun məznimsənilməsi, dərsliklə müəyyən edilir.
Müəllimin şərhi dərsliyin mətninə tam uyğun gəlməlidir.
Müəllimin şifahi sözü nəinki ibtidai hətta yuxarı siniflərdə də tarix tədrisində mühüm rol oynayır. Müəllimin sözü dərsdə istifadə edilən əyani materialın, sənəd materialının və başqa tədris materialının həmqavranılmasını təşkil edir və ona istiqamət verir.
Tarix dərsində şifahi söz nağıletmə-təsviretmə vəzifəsini, yerinə yetirir. Tarix dərsinin tərbiyəvi əhəmiyyəti canlı sözün həm obrazlı, həm də məntiqi funksiyalarındadır. Məktəblinin şüurunda canlı sözün buraxdığı təəssüratın möhkəm olduğunu unutmaq olmaz; Şagirdlər müəllimin parlaq hekayəsini çox yaxşı yadda saxlayırlar. Nağıl etməyi və izah etməyi bacarmaq tarix müəllimi üçün son dərəcə vacibdir. Nağıletmə-tarixi hadisələr və ya proseslər haqqında, xalq kütlələrinin və tarixi hadisələrin konkret hərəkətləri haqqında süjet hekayətidir. Məs: səlibçilər tərəfindən Yerusəlimə hücum haqqındakı hekayə. Nağıletmənin həmişə müəyyən süjetin fabulası olur, çox zaman öz dramatizmi ilə fərqlənir. Metodik ədəbiyyatda nağıletmənin 2 növünü bir-birindən fərqləndirirlər. "Bədii nağıletmə” və işgüzar izah adlanan növü. Qısa məlumatla nağıletmə arasındakıfərq heç də miqdar fərqi deyildir. Burada, söhbət təfərrüatların bolluğunda və ya emosional cəhətlərdə deyil, keyfiyyətdədir. Nağıletmənin geniş olması heç də məcburi deyildir. Dərsdə nağıletmə əsnasında gələcək araşdırma və ümumiləşdirmələr üçün əsas yaradılmalıdır. Çox parlaq fakt materialının seçilməsi canlı və əyani hekayə qurmaqda helledici 1 vasitədir. Müəllim nağılı hadisələrin mənzərəsini verir. Tarixi hadisələrin tədrisində xüsusilə canlılıq bədii ədəbiyyat əsərlərinə tarixi povestlərə romanlara və s xas olan cəhətdir. Tarix dərslərində şagirdlərin təsəvvüründə keçmişin konkret sənədlərini yaratmaqda bədii nağıletmənin və canlı təsvirin çox böyük rolu vardır. I öyrənilməsi mühüm maarifləndirici və tərbiyəvi əhəmiyyət kəsb edən çox böyük tarixi hadisələr elə şərh edilməlidir ki, şagirdlərin şüurunda dərsin ən parlaq iz buraxsın. II nağıletmə o hallarda tətbiq edilir ki, şagirdlərdə onlar üçün yeni olan tarixi hadisələr haqqında məzmunlu və dəqiq təsəvvürlər yaratmaq lazım gəlsin. III nağıletmə bizə şagirdlərdə tarixi hadisələr haqqında təkcə canlı təsəvvürlər yaratmaq üçün deyil, eyni zamanda şagirdləri müəyyən nəticələrə və ümumiləşdirmələrə yaxınlaşdırmaq üçün də lazımdır. IV tədris təcrübəsində nağıletmə təkcə hekayə, hadisə materialını ifadə metodu kimi deyil, eyni zamanda mürəkkəb tarixi hadisələrin izahı üsulu kimi onların mahiyyətini açıb göstərmək kimi anlayışların təşəkkül tapmasını asanlaşdıran və şagirdlərin fəal işi üçün material verən 1 üsul kimi də tətbiq edilir
Yuxarı siniflərdə müəllimin nağılı daha mürəkkəb məzmuna malik olmaqdan başqa V-VII siniflərdəki tarix dərsində olan nağıletmədən fərqlənir. Onun vaxtı da nəzərə çarpacaq dərəcədə uzun olur. Süjetli hekayə olmaq etibari ilə nağıletmə çox zaman ifadənin başqa, daha mürəkkəb formaları ilə; təhli xarakteriska, nəzəri ümumiləşdirmələrlə uyğunlaşır, bəzən mühazirə ifadəsinə yaxınlaşır
Tarix dərslərində hadisələr haqqındakı hekayə ilə yanaşı olaraq tarixi hadisələr təsvir edilir. Tarixi hadisənin əlamətlərinin və ya xüsusiyyətlərinin, onların mühüm cəhətlərinin, quruluşunun, vəziyyətinin, nəhayət zahiri görkəminin ardıcıl ifadə edilməsinə təsvir deyirik.
Nağıletmədən fəqli olaraq təsvirdə süjet yoxdur lakin konkret obyekt vardır ki, bunun da əlamətlərini biz şagirdlərə birləşdiririk. Tarix dərsində 2 cür təsvirdən istifadə edilir. "biri mənzərə təsviri”, digəri öyrənilən obyektin təhlili təsviridir. Həm mənzərə təhlili, həm də təhlili təsvir elmi cəhətdən düzgün qurulmalıdır.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 noyabr 2015 21:47
    Salam, hörmətli Müəllif ! Bəhs etdiyiniz təlim metodu tarix dərsliklərimizin hazırkı vəziyyəti fonunda xeyli aktuallaşdırmışdır. Lakin təssüf ki, mətndə çoxlu orfoqrafik və üslub qüsurlarının olması onun məzmununun qavranılmasını çətinləşdirir. Həm də yazı yarıçıq, sanki bitməmiş təsir bağışlayır. Onun redaktə olunmuş və tamamlanmış variantını oxumaq maraqlı olardı. Təşəkkürlər!!!
    Hörmətlə:....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.