9 Yeni tarix

9 Yeni tarix

 

Tarixi inkişafda cəmiyyət aşağı pillələrdən daha yüksək pillələrə doğru inkişaf edir. Bu prosesdə məhsullar qüvvələrin artması mühüm rol oynayır. İbtidai icma, quldarlıq və feodolizm   tarixi  inkişafın üç mərhələsi olmuşdur. Tarixin sonrakı inkişaf  mərhələsi isə kapitalizm idi. Orta əsrlərin son mərhələsində feodal cəmiyyətinin böhranı ilə əlaqədar təsərrüfat həyatında yeni xüsusiyyətlər yaranmışdı. Qərbi Avropanın ictimai həyatında baş vermiş bu yenilikləri tarixçilər kapitalizm adlandırmağa başladılar. 
Yeni tarixin başlıca xüsusiyyətini və əsas məzmununu kapitalizmin yaranması və inkişafı təşkil edir. Ayrı-ayrı ölkələrdə tarixi inkişaf mərhələlərinin dəyişməsi prosesi müxtəlif vaxtlarda baş vermişdir. Məsələn, XVII-XIX əsrlərdə kapitalizm ən çox Qərbi Avropada və Şimali Amerikada inkişaf etmişdir . Bu zaman isə Asiya ölkələrində feodalizm qaydaları, Avstraliyada isə ibtidai icma quruluşu hökm sürürdü.
Kapitalizmin əsas xüsusiyyətləri aşağıdakılardır:
•        Azad bazar iqtisadiyyatına əslanması
•        Manufakturalar, fabrik  və zavodların yaranması
•        Torpaq və zavodların xüsusi mülkiyyətçilərin əlində olması
•        Muzdlu əməkdən geniş  istifadə edilməsi
•        Tətil hərəkatlarının baş verməsi, vətəndaş cəmiyyətinin yaranması
•        Maşınlı iri istehsalın inkişafı
•        Avropada yeni sivilizasiyanın formalaşması və elmin, mədəniyyətin sürətli inkişafının baş verməsi
•        İnsan hüquqlarının, vətəndaş cəmiyyətinin mühüm əhəmiyyət kəsb etməyə başlaması
Yeni tarix adlandırılan dövr 1640-cı ildən İngiltərə burjua inqilabı ilə başlayıb,  1918-ci ilədək olan bir mərhələni əhatə edir və Birinci Dünya müharibəsinin yekunları ilə başa çatır. Yeni tarix ifadəsi bu cəmiyyətin inkişafında əvvəlki dövrdən tamamilə fərqli olan yeni dəyişikliklərin meydana çıxması ilə bağlıdır.
 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 


 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 fevral 2015 03:22
    tewekkurler .diger kitablariniz kitab kimi cox gozel rahat ve anlawiqlidir.eziyyetinize gore minnetdaram

  2. 25 fevral 2015 10:55
    çox sağ olun əlverişli materialdi, təşəkkür edirəm

  3. 27 avqust 2015 21:46
    COOOX SAG OLUN.YENI DERSLIKLERI BELE YERLESDIRMEYINIZ COOOX EVEZEDILMEZ BI KOMEKDIR BIZLERE.XAHIS EDIRIK BELE DERSLIKLERIN DAVAMINI YERLESDIRESINIZ.

  4. 4 oktyabr 2015 12:19
    Salam. Bu saytda rus sektoru ucun dersler var? dersleri Azerbaycan dilinde basa dusmurem. Rus dilinde olsa yaxsi olardi..

    Rus dilində var lakin çox azdır

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.