"Azərbaycan tarixi" (VII sinif üçün) dərsliyi haqqında.

"Azərbaycan tarixi" (VII sinif üçün) dərsliyi haqqında.

 

"Azərbaycan tarixi"(VII sinif üçün) dərsliyi haqqında.25 dekabr 2014-cü ildə Hacıqabul RTŞ-də seminar-müşavirədə oxunmuş mühazirə.Z.Əliyev
 
        "Azərbaycan tarixi”( VII siniflər üçün) dərsliyi  haqqında
      Mahmudlu Y.,Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhramova S.  "Azərbaycan tarixi”. Ümumtəhsil məktəblilərinin 7-ci sinfi üçün dərslik. Bakı,  "Təhsil”, 2014, 128  səhifə, 8 fiziki çap vərəqi. 
   Dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli  resurslardan biridir. Şagird şəxsiyyətinin formalaşmasında dərsliklər mühüm rol oynayır. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən mühüm etibarlı vəsaitdir. Buna görə də təhsil islahatları çərçivəsində dərsliklərin yaradılmasına xüsusi müstəvidə yanaşılmış, hökümət səviyyəsində dərslik siyasəti sənədi hazırlanaraq təsdiq edilmişdir.  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Təhsilin inkişafın üzrə Dövlət Strategiyası” strateji sənədin "Strateji hədəf və tədbirlər”  bölümündə  "kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin edilməsi” vəzifəsi qoyulur. 
     Dərslik siyasətinin məqsədi məktəbliləri  müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək , Vətəninə, xalqına, onun adət-ənələrinə bələd olan, milli-ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.
    Dərslik konkret fənn üzrə tədris planı və proqramı əsasında nəzəri və praktiki biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir. Dərsliklər ən zəruri informasiyaları, tapşırıq və çalışmaları özündə əks etdirməklə istiqamətverici, yönəldici, düşündürücü  funksiyaları daşıyır. Dərslik mahiyyətcə şagird üçün yazılır, lakin məktəb təcrübəsində bərqərar olmuş ənənələr axarında ondan həm şagird, həm də müəllim istifadə edir.  Dərslik şagird üçün  bilik mənbəyidir.Müəllim dərsliyə bir mütəxəssis kimi müraciət edir. Dərslik fəal təlim prosesində bir kompenent kimi, şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməlidir. Dərsliyi oxuyarkən şagird bir tərəfdən müvafiq mətnin məzmununu, digər tərəfdən bu materialların müəyyən etdiyi iş üsullarını mənimsəməlidir.
     Şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi-tədqiqi xarakter daşıması yeni dərsliklərin əsas keyfiyyətlərindən hesab edilir, şagirdlərdə bacarıqları formalaşdıra bilmək imkanının olması üçün cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlarınndan istifadə edilməsi tələb olunur. Buna görə də "Azərbaycan tarixi” dərsliklərində metodiki və didaktik materiallar kimi mövzudan başqa idrak səviyyələrinə və fəaliyyət növünə uyğun olaraq çalışma və tapşırıqlar verilməsi çox vacibdir. 
 
    "Azərbaycan tarixi” üzrə yeni dərslikləri kurikulumların tələblərinə uyğun səviyyədə hazırlamaq üçün bir sıra mühüm prinsiplərin gözlənilməsi zəruri hesab edilməlidir.
1.”Azərbaycan tarixi” dərsliklərində ən mühüm pedaqoji tələblərindən biri düzgünlük prinsipidir. Bu prinsip dərsliyi qeyri-ciddi faktlardan uzaqlaşdırır, başlıcası ən vacib və zəruri faktlar və hadisələrin dərsliyin məzmununda əsas yer tutmasını tələb edir, şagirdlər üçün inandırıcı, stimullaşdırıcı amil kimi tarixi mənbəyə çevirir. Dərsliyin düzgünlük prinsipi "Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasında aşağıdakı tələblərin nəzərə alımasını tələb edir:
1) Təlim standartlarına uyğunluq;
2)Fakt və hadisələrin dəqiqliyi;
3)Mübahisəli  faktların olmaması;
 4)Fakt və hadisələrin konkret şəkildə şərh edilməsi
  VII cinif üçün "Azərbaycan tarixi” dərsliyi bütövlükdə kurikulum tələblərinə və təlim standartlarına uyğun yazılmışdır. Bu dərslik məzmun xəttinin 5 istiqaməti əsasında işlənilib hazırlanmışdır. Dərslikdə təlim nəticələrinin şagirdlər tərəfindən nail olunması əsasən gözlənilmişdir. Dərslik dövlət standartlarına və proqramına uyğun olaraq Azərbaycan tarixinin V- XVI əsrlərini əhatə edir. Dərslikdə Azərbaycanda feodal münasibətlərinin inkişafından başlayaraq bu dövrdə mövcud olan Azərbaycan dövlətlərinin tarixinə  dair mövzular vardır.Dərslik 5 fəsildən ibarətdir: I fəsil-"Azərbaycan müstəqil dövlətçiliyinin dirçəlişi ərəfəsində”; II fəsil- "Azərbaycan dövlətçiliyinin  dirçəlişi”; III fəsil- "Oğuz-səlcuq axınları və Azərbaycan”; IV fəsil-"Səltənət uğrunda mübarizə”; V fəsil- "Vahid Azərbaycan uğrunda”. Dərslikdə Sasani və ərəb işğalları dövründə Azərbaycanda feodal münasibətlərinin səciyyəvi xüsusiyyətləri, Albaniya dövləti və yadellilərə qarşı mübarizə, dövlətçilik ənənələrinin dirçəlişi və müstəqil dövlətlərin yaranması, Səlcuq axınları və Azərbaycan xalqının formalaşıb başa çatması  prossesi , Azərbaycanın monqol işğalçılarına qarşı mübarizəsi və Hülakulər dövlətinin tərkibində yeri, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri və bu dövlətlərin Azərbaycan dövlətçilik tarixində yeri və rolu, nəhayət Azərbaycan Səfəvilər dövlətinin yaranması və bütün Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi , Azərbaycan dövlətlərinin qonşu ölkələrlə və Avropa dövlətləri ilə geniş iqtisadi-siyasi əlaqələri haqqında tarixi hadisə və prossesləri öyrədən tarixi biliklər vardır. Dərslikdə həmçinin bu dövrdə Azərbaycanda sosoial-iqtisadi münasibətlər, təsərrufat əlaqələri, Azərbaycan mədəniyyətinin inkişafı və ümumdünya mədəniyyətinə verdiyi töhfələr,milli-mənəvi dəyərlər haqqında tarixi məlumat verilir. Şagirdlər bu kitabda Cavanşir, Babək,Şəmsəddin Eldəniz, I Axsitan,I İbrahimXəlilullah, Qara Yusif, Uzun Həsən, Şah I ismayıl, II Təhmasib haqqında səciyyəvi məlumatlar əldə edirlər.
 "Azərbaycan tarixi” dərsliyini daha da əyani vəsait kimi baxımlı etmək, şagirdin bilik  əldə etməsi üçün etibarlı mənbəə kimi vasitəyə çevirmək üçün əyanilik prinsipi gözlənilməlidir: bu, şagirdin dərslikdə əldə etdikləri bilik və bacarıqları yaradıcı surətdə tətbiq etmək üçün çox səmərəli və faydalı olardı. "Azəribaycan tarixi dərsliklərində əyaniliyi tam və dolğun surətdə əks etdirmək və fakt və hadisələri konkret şəkildə öyrənmək üçün aşağıdakıların əks olunması vacibdir: 1.Şəkillər,ilusstasiyalar və fotolar:
   2.sxemlər;
   3.Cədvəllər;
   4. Xəritələr.
 "Azərbaycan tarixi” (VII sinif üçün) dərslik şəkil və ilustrasiyalarla zəngindir, ayrı-ayrı tarixi şəxsiyyətlərin şəkilləri vardır, bütün Azərbaycan dövlətlərinin xəritələri vardır. Kitabda əlavə didaktik və metodik guşə vardır, əlavə mənbələrdən qisaca   da olsa da parçalar verilmişdir. Dərslikdə  şagirdlərin tarixi şəxsiyyətləri daha da yaxından tanış olmaq məqsədi ilə Cavanşir,Babək,Əbu Sac Divdad, Mərzban ibn Məhəmməd, Sultan I Toğrul, Şəmsəddin Eldəniz, Əmir Teymur, I İbrahim, Cahan şah, Uzun Həsən, Şah I İsmayıl, Şah I Təhmasibin şəkil və ilüstrasiyaları dərc edilmişdir. Şagirdlərin biliklərinin bacarıqlara çevrilməsi üçün "Azərbaycanda və Avropada feodal münasibətləri”, "Həşdadsər döyüşünün sxemi.836-cı il”,  insan birliklərinə aid şaxələndirmə cədvəli, "Qazan xanın islahatları”na aid şaxələndirmə sxemi, XV əsrə aid "Vergilər” klaster(şaxələndirmə) cədvəli, Səfəvilər dövlətinə aid "Ali idarəçilik sistemi”  şaxələndirmə cədvəli verilmişdir. Lakin bu, olduqca azdır. Belə cədvəllərin olması şagirdlərin müstəqil işləmək və yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün çox səmərəli olardı. Bu dərslikdə "Azərbaycan erkən orta əsrlərdə”, "Albaniya VII əsrdə”,  "Azərbaycan ərəb xilafətinin tərkibində”, "Şirvanşahlar dövləti IX-XII əsrlərdə”, "Azərbaycan IX-X əsrlərdə”, "Azərbaycan X əsrdə”, "Azərbaycan X əsrin sonu- XI əsrin I yarısında”, "Slavyanların Azərbaycan torpaqlarına hücumu”, "Böyük Səlcuq dövləti”, "Azərbaycan Atabəylər (Eldənizlər) dövləti(1136-1225-ci illər)”, "Azərbaycan XIII əsrdə”, "Cəlairlər dövləti”, "Azərbaycan XIII-XV əsrlərdə”, "Şəki hakimliyi”, "Azərbaycan Qaraqoyunlu dövləti(1410-1468-ci illər”, "Azərbaycan Ağqoyunlu dövləti(1468-1501-ci illər), "Səfəvi imperiyası 1499-1514-cu illərdə) xəritələri çap edilmişdir. Bu xəritələr şagirdlərin məkan məzmun xətti üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirmək üçün praktiki əhəmiyyəti vardır və onların tarixi coğrafiya biliklərinin zənginləşdirmək, məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirməkdə ən optimal vəsaitdir.
   "Azərbaycan tarixi” dərsliyi  şagirdləri düşündürməli, səbəb-nəticə əlaqələrini dərk etmək, tarixi hadisələri sistemləşdirmək və ümumiləşdirmək, başlıca tarixi hadisə və prosesləri məyyən etmək, tarixi hadisələri təhlil etmək və buna münasibət bildirmək, tarixi faktları,hadisələri və şəxsiyyətləri müqayisə etmək üçün əsas resursdur. Buna görə də dərslik elə işlənilib hazırlanmalıdır ki, şagirdlər bu vəsaitdən tam yararlanaraq bilik və bacarıqlarını daha da inkişaf etdirə bilsin. Bu baxımdan VII siniflər üçün "Azərbaycan tarixi” dərsliyi yeni təlim strategiyaları və dövlət standartlarının tələbləri əsasında işlənilməlidir.Bu  cəhətdən bu dərslik ilk təcrübədir.   
     "Azərbaycana tarixi”(VII SS.) dərsliyi barədə öz şəxsi mülahizəlirimizi və fikirlərimizi bildirmək istəyirik. Dərslik ümumən dövlət standartları və kurikulum tələblərinə uyğun yazılmışdır. Kitab əsasən tarixi faktlar, hadisələr və prosesləri tədqiq etmək üçün  şagirdləri idraki fəaliyyətə təhrik edir. Bunula yanaşı tarixi materialların şagirdlər tərəfindən daha da dərindən mənimsənilməsi üçün geniş tarixi məlumatlar kitabda şərh edilməli idi. Bu baxımdan bəzi qeydlərimizi göstərmək yerinə düşərdi. Belə ki, bəzi mövzularda çatışmayan məqamlar vardır. 4-cü mövzu-”Babəkin başçılığı altında azadlıq hərəkatı”  mövzusunda xürrəmilər hərəkatının başlanmasının  dəqiq tarixi göstərilməyb, bu belə ifadə olunb: "təqribən 60 ildən artıq mübarizə aparan xürrəmilər..” (səh.18).  Başqa bir fakt:”Babəkin gördüyü tədbirlər öz bəhrəsini verdi” və bu tədbirlər dərslikdə şərh edilməmişdir.Şagirdlər üçün çətinlik yaradır. "Azərbaycan vahid dövlət tərkibində” və "Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti” mövzularında Sacılər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında tarixi məlumatlar  olduqca azdır ki, şagirdlər bu dövlətlər haqqında dərindəm tarixi biliklər ala bilməyirlər. 11-ci mövzu "Oğuz-səlcuq axınları” adlanır. Bu mövzuda oğuz-səlcuqların mənşəyi ətraflı şərh edilməmişdir. Digər bir çatışmayan tarixi fakt ondan ibarətdir ki, Səlcuqların Bizans üzərinə yürüşü və Van gölü hövzəsini tutması tarixi(1015-1021) göstərilmədən Səlcuq dövlətinin yarnması(1038) şərh edilir. Bu şagirdlər üçün anlaşılmazlıq yaradır(Bax: səh.56). Bu mövzunun tapşırıq bölümündə belə bir tapşırıq verilir ki. "Səlcuq türklərinin Azərbaycan asanlıqla ələ keçirilməsinin səbəblərini göstər”. Halbuki,mətndə bu səbəblər şərh edilməyib(S.59 "Səlcuq sarayından müstəqil hakimiyyətə” mövzusu(səh.65-69) geniş şəkildə işlənməmişdir və tarix bigilər qənaətbəxş deyildir. Bu mövzu ətraflı və müfəssəl işlənilməli ,hətta bu mövzunun tədrisinə 2 saat verilməi idi. Bu mövzuda Şəmsəddin Eldənizin bir dövlət xadimi və dövlət qurucusu kimi rolunu onun gördüyü tədbirlərin miqyası ilə göstərmək olardı. Məhəmməd  Cahan Pəhləvan hakimiyyət dövrü çox səthi verilib və dövləti möhkəmləndirmək tədbirləri ətraflı şərh edilməmişdir. Tapşırıq bölümündə belə bir tapşırıq verilir:” Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər dövlətinin malik olduğu ərazini müasir xəritədə göstər”.  Mətndə bu ərazilər göstərilməyib. Lakin Eldənizlər dövlətinin ərazisi bu dövrdə Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş ərazilər idi. Şagird əgər müstəqil surətdə dərsliklə işləyəndə bu tarix faktı tapmaqda çətinlik çəkər.
   16-cı və 17-ci mövzular geniş işlənilməmişdir və Azərbaycan Hülakulər dövləti təkibində və Teymurun Azərbaycana yürüşləri tarixi məsələri kitabda şagirdlərin dərindən tarixi bilgilər əldə edilməsi üçün ətraflı və müfəssəl işıqlandırılmamışdır. Hətta Əmir Teymurun Azərbaycan 3 yürüşünün tarixi belə göstərilməyibdir.
    Dərslikdə mübahisə doğuracaq və qeyri-müəyyən məsələlərdən biri Qaraqoyunlu dövlətinin yaradıcısı məsələsidir. Kitabın 100-cü səhifəsində göstərilir: "... Qara Məhəmməd bəyliyi daha da gücləndirdi və mərkəzi Van olmaqla Qaraqoyunlu dövlətinin əsasını qoydu”. Halbuki bütün tarixi ədəbiyyatda Qaraqoyunlu dövlətinin yaradıcısı Qara Yusif göstərilir. Dərsliyin 102-ci səhifəsində Qara Yusifin Qaraqoyunlu dövlətinin yaratması qeyd olunur. Qara Məhəmməd isə əslində Qaraqoyunlu tayfa ittifaqının əsasını qoymuşdur. 
     Dərslikdə ən mühüm mövzulardan biri "Mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti” mövzusudur. Bu mövzuda, bizim fikrimizcə, Şah I Təhmasibin dövrü səthi işiqlandırılıb. Burada Osmanlı sultanı I Süleyman Qanuninin   Azərbaycana  4 yürüşünün  tarixi və Səfəvilər üçün əhəmiyyətli döyüşlər haqqında məlumat yoxdur.
    Dərsliyin çatışmayan cəhətlərindən biri əsas tarixi hadisələrin xronologiyası verilməyib. Bunu ya hər bir mövzudan sonra, ya da dərsliyin axırında mövzular başa çatandan sonra da yerləşdirmək olardı. Bu, şagirdlərin zaman məzmun xətti üzrə bilik və bacarıqlarının daha da möhəmləndirilməsi üçün ciddi çatışmazlıqdır.
    "Azərbaycan tarixi” dərsliyinndə şagirdlərin tədqiqatçılıq qabiliyətlərini   və məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün sxem-cədvəllər, Venn diaqram, T cədvəl, BİBO sxemləri verilməsi məqsədə uyğun  olardı. İdrak səviyyələrinə və prossesləri əsasında müxtəlif fəaliyyət növünə uyğun çalışmalar dərsliyin çatışmayan cəhətlərindəndir.
    Bütün yuxarıda şərh olunan fikir və rəyləri ümumiləşdirərək "Azərbaycan tarixi” dərsliklərinin keyfiyyətini yüksəltmək, təhsilalanların yaş xüsusiyyətlərini, idrak səviyyələrini nəzərə alaraq aşağıdakıları təklif edirik:
       1.Dərsliklərin keyfiyyətini , rəqabət qabiliyyətini möhkəmləndirmək və şagirdlərin konqnitiv və kreativ qabiliyyətini nəzərə alararaq alternativ dərsliklər işlənilib hazırlanamalıdır;
     2.Yeni dərsliklərin hazırlanmasənda akademik tarixçilərlə yanaşı bu işə orta məktəblərdə çalışan innovativ,praqmatik, metodist müəllimlərin cəlb edilməsi məqsədəuyğun olardı; 
     3.Dərsliklərdə tarixi məlumatların bitkinliyini və müfəssəl olması üçün dərsliklərin fiziki çap həcmi 10 çap vərəqindən aşağı olmamağını təklif edirik;
     4.”Azərbaycan tarixi” dərsliklərində şagirdlərin yaradıcı tədqiqatçılıq bacarıq və qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə idrak səviyyələrinə və fəaliyyət növünə uyğun çalışma və tapşırıq nümunələri verilsə yaxçı olardı;
    5.Dərsliklərdən ikinci dərəcəli hadisə və faktlar çıxarılmalı və məzmunu mürəkkəb və ziddiyyətli mövzuların şərhi daha genişləndirilməli, belə mövzuların proqramda saatı artırılması səmərəli olardı.
    6. Şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün dərsliklərdə əlavə didaktik materiallar verilməsi məqsədəuyğun olardı
Haciqabul rayonu, UDULU kənd tam orta məktəbi,tarix  müəllim Zakir Əliyev
 

[/b]

[b] Yükləmək ücün qeydiyyatdan keçin!

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 dekabr 2014 12:35
    Hörmətli Hamlet müəllim,əvvəla musabiqədə qalib gəlməniz münasibəti ilə Sizi və bu lahiyyənizi yenidən təbrik edirəm. Bu akrual və mühüm məruzəni ana səhifədə dərc etdiyinizə Sizə dərindən təşəkkür edirəm. Bu məruzə 25 dekabr 2014-cü il tarixdə Hacıqabul RTŞ-də oxunarkən çox maraqla qarşılandı.Müzakirələr rayon təhsil şöbəsində davam etdririlir. Yanvar ayında Şirvan şəhərində müəlliflərlə birgə müzakirə ediləcəkdir. Bu baxımdan da məruzə daha da aktuallıq kəsb edir.Bir daha Sizə təşəkkür edirəm.Sağ olun,Hamlet müəllim.Zəhmətinizi halal edin. Hörmətlə Zakir müəllim.

  2. 27 dekabr 2014 20:47
    Sitat: Zakir.muellim
    Hörmətli Hamlet müəllim,əvvəla musabiqədə qalib gəlməniz münasibəti ilə Sizi və bu lahiyyənizi yenidən təbrik edirəm. Bu akrual və mühüm məruzəni ana səhifədə dərc etdiyinizə Sizə dərindən təşəkkür edirəm. Bu məruzə 25 dekabr 2014-cü il tarixdə Hacıqabul RTŞ-də oxunarkən çox maraqla qarşılandı.Müzakirələr rayon təhsil şöbəsində davam etdririlir. Yanvar ayında Şirvan şəhərində müəlliflərlə birgə müzakirə ediləcəkdir. Bu baxımdan da məruzə daha da aktuallıq kəsb edir.Bir daha Sizə təşəkkür edirəm.Sağ olun,Hamlet müəllim.Zəhmətinizi halal edin. Hörmətlə Zakir müəllim.


    Təşəkkür edirəm.......

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.