Ata Yurdu kursunun ümumi təsviri

                            

Ata Yurdu  kursunun ümumi təsviri
 

V sinif  üçün  Ata Yurdu  kursunun ümumi təsviri.

 

 

     5-ci sinifdə oxuyan şagirdləri üçün yaşadıqları ölkənin tarixindən ümumi təsəvvür yaratmaq, müəyyən milli və ümümbəşər mədəni və mənəvi dəyərləri mənimsəmək, müasir onlar yaşadıqları Azərbaycan dövlətinin əsas nailiyyətləri və bəzi problemləri aydın şəkildə anlamaq üçün "Ata yurdu” kursun öyrənilməsi vacibdir.

    Azərbaycan ərazisində insan cəmiyyətinin tarixi ən qədim zamandan, Yer kürəsində ilk insan məskunlaşdığı ocaqlardan birində- Azıx mağarasında qədim insanlar icmasından başlanır. Zaman keçdikcə bu ərazidə mövcud olduğu qədim dövlətlərin tarixinin bəzi mühüm məqamları, onların əhalisinin həyat tərzlərinin bəzi xüsusiyyətləri və həmin dövlətlərlə bağlı olan tarixi şəxsiyyətləri haqqında məlumatlar kursa daxil olunub.

    Eyni zamanda xalqın maddi və mənəvi mədəniyyətin mühüm təzahürləri, mənəvi dəyərlər və milli ənənələr, mədəniyyət xəzinəsinə mühüm töhfələri vermiş şəxsiyyətlərin fəaliyyəti və yaradıcılığı həmin kursun vacib hissəsini təşkil edir.

    Təbii sərvətlərlə zəngin olan Azərbaycan torpaqları yadelilərin təcavüz hədəfinə çevrilmişdir. Bu təcavüzlərlə bağlı Azərbaycan  torpağının dəyərli övladlarının azadlıq mübarizəsi, öz mədəniyyət və dövlətçilik ənənələrini qoruyub saxlamağa yönəlmiş görkəmli şəxsiyyətlərin fəaliyyəti və təcavüzkarlar tərəfindən Azərbaycan xalqına, təbii sərvətlərinə, ərazi bütövlüyünə, mənəvi dəyərlərinə vurulan zərbələrdən şagirdlərdə ümumi təsəvvür yaratmaq kursun əsas vəzifələrindən biri sayıla bilər.

    Kursun yekununda müasir Azərbaycan dövlətinin əldə etdiyi müstəqilliyi, onun əsas nailiyyətləri və problemləri təsvir olunur.

    Kursun  əsas nəticələri – şagirdlərdə Vətənimizin keçmişinə marağın oyanması, həmin keçmişin ibrətliliyini onların tərəfindən anlanması, özlərini əcdadları tərəfindən yaradılmış maddi və mənəvi mədəniyyətin, adət və ənənələrinin təmsilçiləri kimi dərk edilməsi və keçmiş nəsillərin nailiyyətləri və səhvləri onların (şagirdlərin) gələcək həyat və fəaliyyətlərində onlara nə cür kömək edə biləcəyini anlanması olmalıdır.

                    V sinif üçün bölmələr üzrə təlim məqsədləri və təlim nəticələri                                     

 

                     I  bölmə. Azərbaycan ərazisində ilk insanlar və qədim dövlətlər dövrü. (8 saat)

                                    Təlim məqsədləri

  • Bölmənin giriş hissəsində  şagirdlər xalqa öz keçmişini bilməyin nə üçün lazım olduğunu anlamalıdırlar.  Bu məqsədə çatmaq üçün izahat onların yaş səviyyələrinə uyğun olmalıdır. Əvvəl şagirdlərə ayrı-ayrı insanların (misal üçün, öz yaşıdlarının)  şəxsi problemlərini həll etmək üçün öz əvvəlki həyat təcrübəsinə, valideynlərin və daha yaşlı yaxın adamların həyat təcrübəsinə müraciət edilməsi, onların isə, öz növbələrində, daha əvvəl yaşamış adamların həyat təcrübələrindən istifadəsi bütün xalqın problemlərini həll etmək üçün əcdadların tarixi təcrübəsinə istinad olunması ilə müqaisə olunmalıdır.      

          Əgər insan öz həyat təcrübəsini unudar, onun üçün həyatda qarşısına çıxan problemləri həll etmək çox çətin və hətta da qeyrimümkün olacaq. O, yenə və yenə də eyni səhvləri təkrar etməli olacaq. Bəs öz keçmişini unudan xalq nə cür vəziyyətə düşə biləcəyi haqqında şagirdlərə düşünmək və öz fikirlərini söyləmək təklif olunmalıdır. Bundan sonra şagirdlər tarixdən bu fikri sübut edən müvafiq misallarla tanış olmalıdırlar.

  • I-ci bölmədə Azərbaycan ərazisində yaşamış ən qədim insanlardan, burada mövcud olmuş qədim dövlətlərdən, onların əhalisinin yaşayışından, adət-ənənələrindən və görkəmli şəxsiyyətlərdən bəhs olunur.
  • Azərbaycan ərazisində bəzi mühüm tarixi abidələr haqqında məlumat və onların təsvirləri verilməlidir. Uşaqlar tərəfindən keçmişi daha canlı təsəvvür etmək üçün məsləhət olunur ən yaxın abidələrin birinə müəllim başda olmaqla şagirdlər baş çəksinlər, və həmin abidə əvvəl müəllimin, sonra isə şagirdlərin tərəfindən daha ətraflı təsvir olunsun. Tarixi abidələri nə üçün və nə cür qorumaq lazım olduğundan şagirdlərə izahat verilməlidir.      (standart V.3)
  • Şagirdlər tarixi zamanının bəzi əsas vahidləri ilə və onların arasında mövcud olan əlaqələri ilə tanış olunmalıdır (məsələn: minillik, yüzillik, əsr və s.) (standart I.1)        Fənlərarası inteqrasiya – Riyaziyyat: riyazi əməliyyatlar.
  • Azərbaycan ərazisi ən qədim insanların məskənlərindən biri olması və bunun üçün mövcud olan əlverişli şərait haqqında şagirdlərə izah olunmalıdır. Azıx tapıntısı və Azıx adamlarının həyat tərzləri barədə şagirdlərə məlumat verilməlidir. (standartlar II.1, II.2,V.1)                 Fənlərarası inteqrasiya – Təbiətşünaslıq: Ətraf mühit və onun insanın həyatı ilə bağlılığı.

 

Təlim nəticələri

Şagirdlər:

  • Vətənin tarixinin öyrənilməsi vacibliyini anlayırlar və izah edirlər.
  • Azərbaycan ərazisində olan tarixi abidələrin birinin haqqında qısa təsvir xarakterli mətn tərtib edirlər. (Standart:V.3)
  • Bəzi tarixi abidələrini onların təsvirinə görə müəyyənləşdirirlər (Standart:V.3)
  • Əsr və minillik anlayışları tətbiq edərək sadə xronoloji məsələləri həll edirlər.(Standart: I.1)
  • Azərbaycan ərazisi nə üçün (təbii şərait baxımından) ən qədim insanların məskanlarının biri olduğunu izah edirlər. (Standart: II.1)
  • Azıx adamı təqribən neçə min il əvvəl yaşadığını və dünyada qədimliyinə görə neçənci yerdə oluğunu müəyyən edirlər.(Standart: I.1,I.2)
  • Qədim insanların həyat tərzlərini təsvir edə bilirlər. (Standart: V.1)
  • Novruz bayramla bağlı adət ənənələrin bəzilərini təsvir edirlər (şifahi və şəkillər vasitəsi ilə) və səhnələşdirirlər. (Standart: V.1,V.2)

Qədim Azərbaycan dövlətlərinin (Manna, Albaniya, Atropatena) zaman daxilində və Azərbaycan ərazisində qarşılıqlı mövqelərini müəyyənləşdirirlər.(Standart:I.2,II.2)

 

Təlim məqsədləri

  • Şagirdlər Azərbaycan xalqının əcdadlarının adət-ənənələri (xüsusən Novruz bayramı) onların həyat tərzləri, məşğuliyyəti və təsərrüfatı ilə bağlılığını anlamalıdır. Uşaqlarda xalqın adət ənənələrindən canlı təsəvvür yaratmaq üçün onlardan bəziləri sinifdə səhnələşdirilməlidir.(Standartlar V.1, V.2) Fənlərarası inteqrasiya- Ədəbiyyat: Şifahi xalq ədəbiyyatı
  • Birinci bölmədə Azərbaycan ərazisində qədim dövlətlərin yaranmasına, onların coğrafi mövqelərinə, təbii sərvətlərinə, əhalinin məşğuliyyəti və həyat tərzlərinə xüsusi diqqət yetirilməlidir. (Standartlar IV.1, V.1)
  • Şagirdlər Azərbaycan ərazisində qədim dövlətlərin əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmasını və bunu təbii şərait və cəmiyyətin ehtiyacları ilə bağlı olduğunu anlamalıdır. Eyni zamanda sənətkarlığın, ticarətin və hərbi işinin dövlətin inkişafında oynadığı rolu da şagirdlər üçün təsvir etmək lazımdır. Bu məşğuliyyət sahələri ilə bağlı bəzi əsas anlayışlar izah olunmalıdır(xəzinə, vergilər, muzdlu ordu, suvarma əkinçiliyi, xış, oraq və s.). Şagirdlər Azərbaycanın qədim sənətkarları tərəfindən emal edildiyi sənət nümunələrin təsvirləri ilə yaxından tanış olmalı və imkan daxilində bəzi nümunələri muzeydə izləməlidir (Standart:V.4)
  • Şagirdlər tariximizin görkəmli şəxsiyyətlərdən biri olan Tomiris və onun İran hökmdarı Kirlə münaqişəsi barədə hekayəsi ilə tanış olunmalı və bu haqda müzakirələr aparılmalıdır (Standart:III.1)

Haqqında məlumat aldıqları qədim Azərbaycan dövlətləri tariximizdə hansı ardıcıllıqla mövcud olduqları haqqında şagirdlər məlumat almalıdır (Standart: I.2)

 

  • Qədim Azərbaycan dövlətlərində yaşamış insanların həyat tərzlərini və məşğuliyyətlərini təsvir edirlər (Standart: IV.1,V.1)
  • Əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət, tacir, vergi, xəzinə kimi anlayışlardan verilmiş mətni tamamlamaq üçün müvafiq şəkildə istifadə edirlər (Standart: V.1)
  • Qədim Azərbaycan sənətkarların sənət nümunələrinin təsvirləri əsasında onların qədim Azərbaycan dövlətlərdə yaşamış insanların məişətində hansı funksiyalar daşıması və nədən hazırlanması haqqında mülahizələr irəli sürürlər (Standart:V.4)

Görkəmli şəxsiyyətlər Kir və Tomirisin onların münaqişələrində mövqelərini və hərəkətlərini müzakirə edə bilirlər. (Standart: III.1)   




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 fevral 2012 19:21
    Umumiyyetle muallim necenci sniflerde ders deyirsiz?
    Az yoxsa rus sektorda?

  2. 25 fevral 2012 19:23
    Men indi hal-hazirda rus bolmesindeyem Azerbaycan sektoru bu il yoxdur mende siniflerim indi 8, 10 ve 11-dir Buyurun...

  3. 11 avqust 2012 10:13
    Xaiw edrem her hansi dersin icmalini yazili qaydada qeyd edesiz

  4. 21 noyabr 2013 16:16
    hakkataen cox bacariqlsiniz
    hamlet muelim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.