Tarix/Sintez

Tarix/Sintez

Necə düşünürsünüz? Hacı Çələbi Nadir şahın qarşısında bu sözləri deyə bilərdimi?
......Şahım. Siz məni Şəkiyə vəkil təyin etdiyiniz gün haqq ədalətin tərəfdarı olduğunuza şahid oldum. Məmləkətimizdə camaat Sizdən və Sizin siyasətdən narazılıq etdikləri, Sizə lənətlər oxuduqları vaxt, mən insanları səbrli olmağa, sakit durmağa çağırış etdim. Sizin dövlətimiz naminə apardığınız siyasət alqışlara layiqdir. Siz Hindistan fatehisiniz. Sİz Azərbaycanın xilaskarısınız. Sizin kimi şahı kim sevməz ki? Bu səbəblərdən ürəyimdə həmişə sizə böyük sevgi və inam vardı. Sizin Şəkidəki nümayəndəniz Məlik Nəcəf sizə yalan məlumatlar göndərib. Xalqı soyub talayır. Sizin adınıza ləkə yağdırır. Bunları araşdırmadan qərar verirsiniz, bir baxışınızla məni edam kürsüsünə göndərirsiniz. Bu haqq deyildir. Belə aydın olur ki, xalq sizə lənət oxuduqda doğru imiş. Mən ölümdən qorxmuram. Bu gün bir Çələbi haqq axtarışında qurban oldusa, Azərbaycanda yüz Çələbi doğular, haqqı bərpa edər. Allah böyük! Həqiqət bir gün parıldayacaqdır!


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.