Duel

[/u]

Duel

Yarışmanın keçirilməsinin şərtləri

 

  1. Yarışmada 17-35 yaş arasında bütün gənclər iştirak etmək hüququ var.
  2. Yarışmaya qatılmaq istəyənlər Təşkilat Komitəsinə müraciət etməlidir.
  3. Yarışmaya qatılmaq fərdi qaydada aparılacaq.
  4. Hər bir oyunda yalnız iki nəfər (üzbəüz) çıxış edir.
  5. Oynayacaq iştirakçılar onlara təqdim olunan 15 test üsullu intellektual suallara daha çox doğru cavab verənlər arasından seçiləcək. (5 dəqiqə vaxt ərzində)
  6. Hər bir çempionatda 16 nəfər iştirak edəcək.
  7. Yarışmaçılar qruplara bölünəcək. Hər qrupda 4 nəfər olacaq. Qrupların tərkibində oyunçular dövretmə şəklində görüşəcək və ən çox bal toplayan qrupun qalib adını alacaq. Qrupun qalibi Böyük finala vəsiqə alacaq.
  8. BÖYÜK FİNAL  uduzan çıxdı üslubunda keçiriləcək.

 

[u]"Duel” Milli İntellektual

Oyun Çempionatının Qaydaları

  1. 1.    Hər oyunda iştirakçılara müxtəlif sahələri əhatə edən 10 mövzu təqdim olunacaq. (Misal : Qadınlar, Müharibələr, Kimya, Riyaziyyat şahdır, Futbolda bir dünyadır, Azərbaycan təbiəti, Nələr olur bu dünyada, Avtomobillər və s.)
  2. 2.    Hər oyun 3 mərhələyə bölünür :
  • "MƏN” mərhələsi :  . Bu mərhələdə iştirakçılar özlərinə ardıcıllıqla bir mövzu seçir və mövzunu tək-tək oynayırlar. Sualların məbləği 10-100 arasında aparılır.
  • "SƏN” mərhələsi : Bu mərhələdə iştirakçılar ardıcıllıqla bir birlərinə mövzu seçirlər və mövzunu tək-tək oynayırlar. Sualların məbləği 100-200 arasında aparılır.
  • "BİZ” mərhələsi :  Bu mərhələdə açılmamış mövzular içərisindən aparıcı püşk vasitəsilə üç mövzu seçir, iştirakçılar isə bu mövzulardan birini kənarlaşdırır. Yerdə qalan bir mövzunu iştirakçılar eyni zamanda oynayır (Aparıcı sualı səsləndirir, iştirakçılar isə düyməciklərə basaraq daha tez tapdı üsulu ilə cavablandırır. Sualların məbləği 200-300 arasında aparılır.
  1. 3.     Hər mövzuda 10 sual oynalınacaq. Yanlış cavaba görə xal çıxılmır.
  2. 4.    Mövzulardakı suallar çətinlik səviyyəsinə görə sıralanır və aparıcı tərəfindən bu sırayla təqdim  olunur.
  3. 5.    Oyunçu suala cavab vermək istəyinin olduğunu aparıcıya oyun sisteminin düyməsinə basmaqla  bildirir. Birinci cavab vermək hüququ oyun sisteminin düyməsinə hamıdan cəld basmış oyunçuya verilir. Oyunçu suala cavab vermək istəyini mövzunun adının və sualın nominalının təqdim    olunandan sonra istənilən anda elan edə bilər. Birinci oyunçunun cavabı doğru olmasa cavab hüququ oyun sisteminin düyməsini ikinci basmış oyunçuya verilir.
  4. 6.    Bu qayda düzgün cavab alınana kimi qüvvədə qalır. Oyunçu suala yalnız bir

dəfə cavab  vermək iqtidarındadır, əks halda onun cavabı  yanlış hesab olunur.

  1. 7.    Sualların cavablarının doğruluğunu aparıcı təyin edir. Cavabın məzmunu sualın qoyuluşu ilə uyğun    gəldiyi halda cavab doğru sayılır. Cavabda əlavə informasiya olduğu halda, aparıcı oyunçudan   cavabı dəqiqləşdirməyə tələb edə bilər, yada cavabı doğru saymaya bilər.Sual cavab sualın bütün  şərtlərinə uyğun gələrsə , lakim redaktor qrupunun nəzərindən cavabın bu variantı yayınarsa, istisna  hallarda belə cavab aparıcı tərəfindən doğru sayıla bilər.
  2. 8.    Oyunçu oyun sisteminin düyməsinə basmamaqla sualı cavablamaqdan imtina edə bilər.
  3. 9.    Sualı cavablandırmaq üçün aparıcı 5-saniyə vaxt verir. Vaxtın tamamında cavab vermək istəyən   yoxdursa , aparıcı cavabı elan edir və növbəti suala keçir.
  4. 10.                   Oyunçu suala cavab vermək istəyini bildirdiyi andan aparıcı sualın oxunuşunu dayandırır. Bu andan etibarən oyunçu aparıcıya mövzu ilə bağlı sual verə bilməz və üç saniyə ərzində cavab verməlidir.
  5. 11.                   Sualın oyundan çıxarılması və dəyişdirilməsi

            aşağıdakı hallarda baş verə bilər :

a)     Mübahisəli vəziyyətlərdə

b)     Aparıcı tərəfindən sualın oxunuşunda baş verən səhflərdən

c)     Texniki nasazlıqdan

d)    Zaldakı iştirakçıların oyunçulara kömək məqsədilə  

      müdaxiləsindən

  1. 12.                   Qalib gəlmiş iştirakçı diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 noyabr 2012 19:27
    maraqlidi..twk

  2. 13 aprel 2013 13:47
    BUNU HARDAN YUKLUYUM

  3. 13 aprel 2013 14:11
    cox maraqlidi wink

  4. 11 avqust 2013 10:55
    Kas 17 yasim olaydi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.