Şumerlilərin ixtiraları

[/b]

[b]Şumerlilərin ixtiraları

Şumerlər yorulmaz səyyah və ixtiraçılar olmuşlar. Dünyada ilk gəmilərin ixtiraçılarının da məhz şumerlər olduğu göstərilir. Akkad lüğətlərinin birində 105-dən artıq şumer sözləri vardır ki, həmin sözlər ölçüsünə, əhəmiyyətinə və yükgötürmə qabiliyyətinə görə müxtəlif tipli gəmilərin adlarıdır. Laqaş şəhərində aşkarlanmış yazılardan birində gəmilərin təmir  oluma imkanlarından danışılır və təxminən e.ə. 2200-cü ildə yerli hökmdar Qudeanın Ninurta ilahının məbədinin inşası üçün gətridiyi materialların adları sadalanır. Bu materialların olduqca  müxtəlif olması diqqəti cəlb edir; yalınz qızıl, gümüş və misin, orita, serdolika daşlarının, şam ağacının adlarını çəkmək kifayətdir. Çünki bu materiallar İkiçayrasında ya yox idi, ya da onun cüzi ehtiyatları var idi. Deməli onları bəzən min kilometrlərlə məsafədən daşımaq lazım gəlirdi ki, bu da  o dövrdə yalnız gəmilər vasitəsilə mümkün idi.

 

           Kərpic bişirmək üçün lazım olan sobanın ilk ixtiraçıları  şumerlər olmuşlar. Belə böyük sobanın düzəldilməsi ona imkan verirdi ki,  gil məmulatının bişirilməsi zamanı yaranmış daxili gərginlik hesabına havanın toz və hisslə zəhərlənməsinin qarşısı alınsın. Metalın əridilməsi zamanı da belə texnologiyadan istifadə edilirdi. Bunun üçün mis filizi Frangeytlə 15000 istilikdə az oksigenli qapalı sobada qızdırılırdı. Əridilmə adlanırılan bu prosesə tələbat artıq təbii mis yataqlarının ehtiyatları tükəndikdən dərhal sonra yarandı. Qədim metallurgiyanın tədqiqatçıları qədim şumerlərin filizi saflaşdırmaq, metalın əridilməsi və qəliblərə tökülməsini belə tezliklə mənimsəmələrinə təəccüb etmişlər. Bu qabaqcıl texnologiya şumer sivilizasiyası yarandıqdan cəmi bir neçə əsr sonra onlar tərəfindən mənimsənilmişdir.

           

Şumerlilərin ixtiraları

Daha təəccüblüsü isə odur ki, şumerlər  müxtəlif metalların sobada qızdırılarkən kimyəvi yolla birləşdirilməsi əsasında metal ərintisi alma prosesini kəşf etmişdilər.  Beləliklə şumerlər möhkəm, lakin rahat emal olunan tuncun əldə edilməsi üsulunu əldə etmişdilər.  Misə qalayın qatılması  üç səbəbdən əhəmiyyətlidir. Birincisi, mislə qalayın dəqiq nisbətini tapmaq lazım gəlirdi (şumer tuncunun tədqiqi onun tərkibində 85% misin və 15% qalayın olduğunu göstərir). İkincisi, İkiçayarasında qalay yox idi; üçüncüsü ümumiyyətlə təbiətdə hazır şəkildə qalay olmur. Onun filizdən əldə olunması kifayət qədər mürəkkəb bir prosesdir. Bu elə bir iş deyildir ki, onu təsadüf nəticəsində əldə etsinlər. Şumerlərdə misin müxtəlif növlərini işarə etmək üçün 30-dan artıq söz var idi. Qalayın işarə olunması üçün isə onlar AN.NA sözündən istifadə edirdilər, ki, bu da hərfi tərcümədə «Səma daşı» anlamını verir.
Şumerlilərin ixtiraları

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.