Müsəlmanların 20 ən böyük kəşfi

Müsəlmanların 20 ən böyük kəşfi

 

 

Dünyaca məşhur ingilis «The Independent» qəzeti öz sayında müsəlmanların 20 ən böyük kəşfinin siyahısını dərc edib. «Sabah.com.tr» saytının məlumatına görə, qəzet müsəlmanların qəhvə, tibb ləvazimatlarının dizaynı və qələm kəşflərinin bəşəriyyətin yaşayışına necə təsir etdiyini açıqlanıb. 

Müsəlmanların 20 ən böyük kəşfi: 

1. Qəhvə
Rəvayətə görə, Cənubi Efiopiyada Xalid adlı bir ərəb çoban qoyunların bir bitkini yedikdən sonra canlanığını görüb. O, həmin bitkidən toplayaraq onu qaynadıb və içib. Bununla da bitkinin istifadəsi başlayıb. Qəhvə Avropaya, daha dəqiq desək, İtaliyanın Venesiya bölgəsinə yalnız 1645-ci ildə gəlib çatıb.

2. «Gözün sirri»
Qədim yunanlar insan gözündən işıq şüalarının çıxdığını, buna görə də görə bildiyini deyirdilər. X əsrdə isə müsəlman alim İbn Haytam işıq şüalarının insan gözündə əks olunmasını, sınmasını, bunun sayəsində görə bildiyimizi kəşf etmişdi. 

3. Şahmat
Şahmatın müasir versiyası ilk dəfə İranda kəşf edilib və bundan sonra Avropaya yayılıb. 

4. Uçmaq cəhdi
Rayt qardaşlarının ilk uçmaq cəhdindən təxminən 1000 il öncə Abbas İbn Firnas adlı bir ərəb «Ulucami» məscidinin minarəsindən taxta qanadlarla uçmağa cəhd edib. Uça bilməyib, amma taxta qanadların yaratdığı paraşüt effekti ilə yerə asta şəkildə enib. 875-ci ildə 70 yaşında ikinci dəfə, bu dəfə ipək və qartal tüklərindən hazırlanmış qanadlarla uçmağa cəhd edib və təxminən 10 dəqiqə havada qalıb.

5. Sabun və şampun
Sabun daha öncələr Qədim Misirdə də olub, amma ərəblər həmin sabuna bitki yağı əlavə etməklə müasir dövrdə istifadə edilən sabunu kəşf ediblər. Şampun da ərəblərin kəşfidir, İngiltərəyə ilk dəfə 1759-da gətirilib.

6. Maye
Müxtəlif qaynam temperaturu sayəsində mayelərin bir-birindn fərqləndiyii ilk dəfə Cabir İbn Həyyan adlı müsəlman kəşf edib. O, etdiyi təcrübələrdə müasir kimyanın banisi sayılır.

7. «Mil sistemi»
Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi ilk dəfə olaraq müsəlman elm adamı Əl-Ciziri tərəfindən kəşf edilib. 

8. Paltar
Üz və astardan ibarət paltar hazırlanması ilk dəfə Orta Asiyada kəşf edilib. 

9. Günbəz
Günbəz və bu kimi yumru şəkildə olan tikintiər İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

10. Cərrah alətləri
Bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir.



11. Külək dəyirmanı
Külək dəyirmanı ilk dəfə İranda kəşf edilib, daha sonra ərəb ölkələrində də istifadə edilməyə başlanılıb. Avropada ilk külək dəyirmanları isə bundan 500 il sonra istifadə edilib.

12. İynə (tibbi)
İlk dəfə olaraq iynədən istifadə də İslam dünyasında baş verib. Çiçək xəstəliyinə qarşı peyvənd Avropada kəşf ediləndən 50 il öncə Osmanlıda tətbiq edilib.

13. Mürəkkəbli qələm
İlk belə qələm 953-cü ildə Misir Sultanlığında kəşf edilib.

14. Alqoritm və Triqonometriya
Alqoritm və Triqonometriya Avropaya İslam dünyasından gedib. 

15. 3 növ yemək
İlk dəfə İspaniyanın Kordoba əyalətində müsəlmanlar yemək zamanı 3 növ yemək mədəniyyətini dünyaya çatdırıblar. 

16. Xalça
Xalçanı da Avropaya müsəlmanlar gətirib.

17. Çek (sənəd)
Müasir banklarda istifadə edilən çeklərin mənşəyi ərəblər tərəfindən istifadə edilən və «sak» adlandırılan kağız olub.

18. Dünya və Günəş
Müsəlman alimlərindən bir çoxu artıq IX əsrdə Dünyanın Günəş ətrafında fırlandığını deyiblər. Qaliley isə bunu müsəlmnlardan 500 il sonra deyib. Müsəlmanların o vaxtkı hesablamalarına görə, Yer kürəsinin diametri 40 253 km idi (indiki ölçüsündən cəmi 200 km az).

19. Barıt
Ərəblər barıtı ilk dəfə hərbi məqsədlərlə istifadə ediblər. Xüsusən də Xaç Yürüşləri zamanı müsəlmanlar tərəfindən istifadə edilən roketə bənzəyən silah xristianları dəhşətə gətirmişdi.

20. Baxça mədəniyyəti
Evlərin həyətində baxça mədəniyyəti, baxça dekorasiyası Avropaya ilk dəfə müsəlmanlar tərəfindən gətirilib.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 iyun 2012 14:48
    melumata gore tewekkurler minnetdaram

  2. 10 iyun 2012 12:46
    Algishlar!!!Cox gozel!Maragli!Teshekurler!

  3. 12 iyun 2012 20:06
    Maraglidi,tewekkurler

  4. 12 iyun 2012 22:57
    muselman olmaqimla fexr edirem.

  5. 13 iyun 2012 01:46
    Bu keshflerin saini daha da artirmaq olar...Avropa ve diger qeyri muselmanlarin keshflerinin coxu(7-ci esrden sonrakilari nezerde tuturam)Islam dini yayilandan sonra -onlarin alimlerinin quranla tanishliqindan sonra bashlayib.Buna daqlarin-yer kuresinn hereketde olmasi,suyun bir birine qarishmamasi,ve s kimi misallah da getirmek olart.meqaleye gore teshekkurler.

  6. 16 iyun 2012 08:56
    cox sagolun meqaleye gore

    meqaleye gore cox sagolun winked

  7. 23 iyul 2012 17:38
    Maraqli idi. cox sag olun. smile

  8. 23 iyul 2012 18:26
    COX GOZEL TWK

  9. 24 iyul 2012 11:13
    bilmediyim kesfleridi oyrendin.cox ela

  10. 11 noyabr 2012 22:10
    ne yaxsi hazirlamisiz ellerinize saqliq

    ne yaxsi hazirlamisiz ellerinize saqliq

    ;p coooooooooooooooooooooooooooooooooooooooooooooooox saqolllllllllllllllllllllllllllll1

    byeeeeeeeeeeeeeeeeeeeeeeee

  11. 11 noyabr 2012 23:32
    maraqlidir,ox sa olun!

  12. 20 dekabr 2012 12:40
    cox maraqli idi tesekkur edirem

  13. 28 yanvar 2013 21:06
    cox sevindiricidir .mene ela gelir ki bu yena tekrar olunacag

  14. 12 fevral 2013 17:49
    Maraqlidir winked

  15. 24 fevral 2013 16:35
    cox xosuma geldi twk. wink

  16. 19 aprel 2013 20:52
    maraqli idi. men bele keshfler haqqinda eshitmemishdim.

  17. 19 aprel 2013 20:59
    maraqli idi no

    --------------------

  18. 19 aprel 2013 22:11
    cox,maraqlidi

  19. 14 iyul 2013 13:40
    Eslinde bu kesflerin sayi daha coxdur.Qerb olkeleri hec ne kesf etmeyib,hamisi Serqden kserks edib!

  20. 19 avqust 2013 22:29
    Məlumatlarınızı çox bəyəndim. Təşəkkürlər.

  21. 17 may 2014 23:00
    thank you

    thank you :wink

  22. 1 noyabr 2014 01:49
    muselmanlarin ferqi de budu ele.derin dusunce,yuksek medeniyyet,gozel edeb,temiz qelb ve s......dunyada esl muselman qeder xosbext insan yoxdur,dinimiz Mehemmed peygemberin dini olan islamdir.bu boyuk xosbextlikdir,,,,,,Allah her bir muselmani zalimlarin elinden qorusun.amin.

  23. 1 noyabr 2014 22:37
    Seninle, tamamile raziyam,Milicka. winked twk.
    Sitat: milicka
    muselmanlarin ferqi de budu ele.derin dusunce,yuksek medeniyyet,gozel edeb,temiz qelb ve s......dunyada esl muselman qeder xosbext insan yoxdur,dinimiz Mehemmed peygemberin dini olan islamdir.bu boyuk xosbextlikdir,,,,,,Allah her bir muselmani zalimlarin elinden qorusun.amin.

  24. 11 noyabr 2014 19:09
    saati[KUTBI] teleskopu[ABUL HESEN ] suseni [IBN FIRNAS dasdan] bunlari da hemcinin muselman alimleri kesf edib winked

    --------------------

  25. 12 noyabr 2014 00:44
    angry Sen niye onlarin adini balaca herfle yazmisan?

  26. 12 noyabr 2014 01:17
    Sitat: Player
    angry Sen niye onlarin adini balaca herfle yazmisan?

    hörmətli isdifadəçi.Lütfən bir az nəzakətlə . !

    --------------------

  27. 12 noyabr 2014 13:34
    Yaxsi, bagislayin feel

  28. 12 noyabr 2014 16:25
    Sitat: Player
    Yaxsi, bagislayin feel

    Esdafullah.Sadece Bura ''ele'' sayt deil.

    --------------------

  29. 12 noyabr 2014 18:30
    Melisa, sen necenci sinifde oxuyursan?

    Sitat: milicka
    muselmanlarin ferqi de budu ele.derin dusunce,yuksek medeniyyet,gozel edeb,temiz qelb ve s......dunyada esl muselman qeder xosbext insan yoxdur,dinimiz Mehemmed peygemberin dini olan islamdir.bu boyuk xosbextlikdir,,,,,,Allah her bir muselmani zalimlarin elinden qorusun.amin.

    Amin!

  30. 12 noyabr 2014 21:00
    Men artiq sizi bagislamisam, ancaq mene ele geldi ki, siz bile-bile adlari balaca herfle yazmisiniz. Amma men hec hirslenmemisdim, sadece yazdigim yazida angry isaresini qoymusdum deye, siz ele bilmisinz ki, men hirslenmisem

    Amma size deyim ki, indiki yazida da sehv etmisiniz lol
    Ve oz adinizi da balaca herfle yazmisiniz lol winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.