Kitab Çapının İxtirası

Kitab Çapının İxtirası

Avropa şəhərlərində savadlı adamlarin sayi artırdı.Məktəblərin və universitetlərin açilması davam edirdi.Şəhər sakinləri arasında ədəbiyyata maraq göstərənlərin sayı üstünlük təşkil edirdi.Həmin dövrdə kitaba boyük təlabat vardı. 

Hələ keçən əsrdə Avropada kağız hazırlamağı öyrənmişdilər.Kağız olsa da,kitabların əl ilə yazılıb çoxaldılması kitaba olan tələbatı qətiyyən ödəmirdi.
Basma üsulu da böyük zəhmət tələb edən və çox geri qalmış bir üsul idi:hərfləri daş və ya mis löhvələr üzərində oyurdular sonra bu oyulmuş yerlərə rəng çəkib basma üsulu iləo onun üzünü çıxarırdılar.Kitaba olan təlabatı nə mətni əl ilə yazıb çoxaltmaqla,nə də basma üsulu ilə çoxaltmaq mümkün deyildi.Həm də bu üsulla çoxaldılan kitablar baha olurdu.
Alman alimi Quttenberq XV əsrin ortalarında kitab çapı üsulunu kəşf etdi.O,metaldan hərflər tökdü.Hərflərlə hər hansı mətni yığıb istənilən sayda çap etmək oldu.Quttenberq sonra çap dəzgahı da ixtira etdi və 1445-ildə çap üsulu ilə ilk kitabıni buraxdı.
Kitab çapı bəşəriyyət tarixində ən böyük kəşflərdən biridir.O,maarifin,elmin və ədəbiyyatın inkişafına böyük təkan verdi.Kitab çapı sayəsində insanların topladığı bilik ölkədən-ölkəyə sürətlə yayılmağa,həm də daha tam və doğru şəkildə saxlanılaraq gələcək nəsillərə çatdırılmağa başladı.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 fevral 2012 21:02
    cox saqol eladi yada salmaq isteyenlere Aferin Medine xanum!

  2. 27 fevral 2012 02:46
    TESHEKKURLER...

  3. 23 noyabr 2013 22:09
    cox marqldir.birdeki meine xanim.siz muelimsiz yoxsa ele bele istifadeci

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.