Soyuducu

Soyuducu

Soyuducu

 

        Ərzaq məhsullarını otaq temperaturuna nisbətən soyuqda daha uzun müddətə saxlamağın mümkün olduğu sizə yaxşı məlumdur. Qədim insanlar bu məqsədlə buzdan istifadə edirlərmiş. Ümumiyyətlə ərzaq məhsullarının kiimyəvi yolla soyudulmasının 5 əsrlik tarixi vardır. XVI əsrdə Vilfafrank adlı bir aşpaz varlıların süfrəsi üçün şərabı selitra qatılmış suda soyutmaqla hazırlayırdı. İlk  məişət  soyuducusu almaniyalı mühəndis Karl fon Linde (1842-1934) tərəfindən icad olunmuşdur. Onun soyuducusu qazı borulara vuran buxar mühərriki ilə işləyirdi. Soyuducunun arxasındakı boru ilə hərəkət edən qaz kondensə  olunaraq mayeyə çevrilirdi. Soyuducuya daxil olan maye dövr edir və temperaturu kəskin şəkildə azaldırdı. Nəticədə soyuducunun kamerası soyuyurdu. İlk soyuducunun korpusu ağacdan hazırlanırdı. Belə soyuducunun qiyməti də baha idi. Onu 1750 markaya satırdılar ki, bu məbləğə o zamanlar kənddə böyük bir ev almaq mümkün idi.  İlk elektrik soyuducusu  isə 1923-cü ildə isveçli mühəndislər Baltsferon fon Platen və Karl Munters tərəfindən icad olunmuşdur.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 yanvar 2012 11:00
    maraqli mlumata gore teekkur edirem

  2. 6 avqust 2012 17:05
    maraqli idi

  3. 6 avqust 2012 18:33
    hmm maraqli idi bunu bilmirdim . COX SAQ OLUN...

  4. 29 iyul 2014 17:28
    maraqli oldu.. twkler))

    --------------------

  5. 26 avqust 2014 11:24
    Lazimli melumatdir.Twk,Hamlet muellim.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.