İynə və qayçı

[/b]

[b]İynə və qayçı

İyn
ə və qayçı 

 

Tikişçiliyin tarixi 20 min illik bir dövrü əhatə edir.  İbtidai insanlar dərini biz formasında olan tikan və ya yonulmuş daşlarla deşir, həmin deşiklərdən heyvan damarlarını keçirərək geyim hazırlaıyırdılar.  17  min il Miladdan öncə daşdan hazırlanmış qulaqlı iynələr Qərbi Avropa və  Mərkəzi Asiya ərazilərindən tapılmışdır. Afrikada isə iynə rolunu palma yarpaqlarının qalın litfləri oynayırdı. Onlar bitkidən hazırlanmış saplarla saplanırdı.

 

        İlk polad iynənin vətəni isə Çindir. İlk oymaq (üskük) da Miladdan öncə III əsrdə bu ölkədə düzəldilmişdir.  Mavritaniyada (qədimdə Afrikanın şimal-qərb vilayətləri, indiki Əlcəzair ərazisinin qərb hissəsi və Mərakeşin şərqi belə adlanırdı) yaşamış tayfalar isə bu ixtriaları Qərb ölkələrinə yaymışlar.  İynənin ilk kütləvi istehsalına yalnız XIV əsrdə əvvəlcə Almaniyanın Nürnberq şəhərində, sonra isə İngiltərədə başlandı. Mexaniki üsulla ilk iynənin düzəldilməsi isə 1785-ci ildə baş tutdu.

Müasir qayçının ulu babası  isə qədim Misirin xarabalıqlarından tapılmışdır. Bütöv metaldan düzəldilmiş bu qayçılar Miladdan öncə XVI əsrə aiddir. Müasir qayçının ilk modelini isə Leonardo da Vinçi düzəltmişdir.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 yanvar 2012 22:18
    XOSUMA GELDI

  2. 14 dekabr 2012 00:13
    [color=#6600CC]COX GOZEL

  3. 23 yanvar 2014 21:24
    maraqlı idi,çox sag olun

  4. 23 yanvar 2014 22:46
    maraqli olduu :)

    --------------------

  5. 27 dekabr 2014 15:50
    Bu Çində nəyi ixtira etməyiblər? lol lol lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.