Qaşıq və çəngəl

 

Qaşıq və çəngəl


Qaşıq və çəngəl

 

        İnsanlar uzun müddət yeməyi əllə yemişlər. Müəyyən müddətdən sonra bu məqsəd üçün qaşıqdan istifadə etməyə başlamışlar. İlk qaşığın tarixi Miladdan öncə 3000-ci ilədək gedib çıxır. Belə qaşıqlar gildən hazırlanır və odda bişirilirdi. Eyni zamanda heyvanların, dəniz xərçənginin, balığın sümüklərindən, habelə ağacdan da qaşıq hazırlanırdı. İlk gümüş qaşıqlar isə 998-ci ildə Kiyev Rusunda knyaz Vladimirin əmri ilə drujina üzvləri üçün düzəldilmişdi. Şərq hökmdarlarının saraylarında daha çox gümüş və qızıl qaşıqlardan istifadə olunmuşdur.

        Çəngəlin tarixi isə bir qədər yaxındır. İlk beş və daha çox dişcikli çəngəllər X əsrdə Asiya ölkələrində düzəldilmişdi. Bu icad Qərbi Avropaya yalnız XVI əsrdə gəlmişdir. Yemək zamanı iki dişcikli cəngəllərdən istifadə dəbdə idi. XVIII əsrin sonlarında Avropada yemək zamanı çəngəllə yanaşı iti bıçaqdan da istifadə edirdilər.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 dekabr 2011 01:25
    maraqlidir

  2. 6 noyabr 2013 14:36
    hi hi hi cox maraqli ve gulmelidii love love tongue tongue

  3. 11 noyabr 2013 13:59
    maraqlidir

  4. 26 avqust 2014 11:20
    Cox maraqlidir.Bunlar bilmirdim. winked winked winked

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.