Təqvim

Təqvim

Təqvim

Miladdan 3000 il öncə Şumerlər bir gecə gündüzü 24 saata,bir ili on iki aya bölürdülər.

     Qədim insanlar əvvəllər hesablamağı bacarmırdılar.Lakin onlar görürdülər ki,qaranlıq gecələri işıqlı gündüzlər əvəz edir,müəyyən müddət  havalar soyuq keçir,sonra  istilər başlayır və bütün bular vaxtaşırı təkrar olunur.

     İnsanların həyat tərzi,təsərrüfat fəaliyyəti inkişaf etdikcə dəqiq və münasib vaxt ölçülərinin yaranması zərurəti meydana çıxırdı.

     Qədim Misir və İkiçayrası əkinçiləri üçün səpin və məhsul yığılması işlərinin nə vaxt başlanacağını bilmək çox vacib idi.Vaxtı hesablamaq hökmdarlar,tacirlər,sənətkarlar üçün də lazım gəlirdi.Bax onda təqvim meydana çıxdı.

     Ən qədim təqvim Ay təqvimi olmuşdur.Bu təqvimə görə Ayın Yer ətrafında dövr etməsi vaxtı (yəni Ayın görünməsindən onun təkrar görünməsinədək)-29,5 gecə-gündüz əsas vaxt ölçüsü kimi qəbul edilir.Ay üç ongünlüyə,yaxud dörd həftəyə bölünür,il isə 12 aydan ibarət götürülür.Hesablamanın münasib olması üçün bir ay,adətən 30 gecə-gündüz kimi qəbul edilir.

     İlk Ay təqvimi İkiçayarasında miladdan öncə III minillikdə tərtib edilmişdir.Şumer və Babil kahinləri öz astronomik müşahidələrini mixi yazılarla gil lövhələr üzərində qeyd etmişlər.Belə yazıların əks olunduğu yüzə yaxın gil lövhə dövrümüzədək gəlib çatmışdır.Şumer kahin-münəccimləri məbədlərin məbədlərin hündür qüllələrindən səma cisimlərini müşahidə etmək məqsədi ilə istifadə edirdilər.Bu məbədlər zikkurat adlanırdı.Miladdan öncə IX əsrdə aşşurlar,sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər.Bu təqvim sonralar Şərq ölkələrində geniş yayılmışdır.Hazırda 20-dən çox Şərq ölkəsi Ay təqvimindənistifadə edir.

Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı.

     Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir.İlk Günəş təqvimini qədim misirlilər yaratmışlar.Herodotun məlumatına görə “Qara torpağın” sakinləri ilin uzunluğunu müəyyən edə bilmişlər.(365,25 günəş sutkası).Onlar təqvimi yaradarkən Günəşin nəzədə tutduqları nöqtədən çıxması ilə Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınnlarının başlanmasının eyni vaxtda düşdüyünə dair müşahidələrinə əsaslanmışlar.Misir təqviminə əsasən il 365gün,hər dörd ildən bir isə 366gün hesablanırdı.İl dörd fəslə,12 aya bölünürdü.Artq qalan 5 gün isə ilahələrin şərəfinə bayram edilirdi.

     Ay təavimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir.Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır.

     Fəsillərin hərəsi üç ay hesablanmış və bu bölgü əsasən təsərrüfatla əlaqələndirilmişdir.Azərbaycanda xalq arasında fəsillər belə səciyyələndirilirdi:yaz bitirər,yay yetirər,payız götürər,qış ötürər.

     Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.Əksər ölkələrdə,o cümlədən Azərbaycanda il yazdan hesablanmışdır.Qədim Misirlilər ilin başlanmasını Nilin daşmasından (yay günəşduruşundan) götürürdülər.Bəzi ölkələrdə isə ilin bşlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi,bəzilərində güclü küləklərin başlanması (Şumerdə),paytaxt şəhərinin əsasını qoyulması (Romada),olimpiya oyunlarının keçirilməsi (Yunanıstanda) qəbul edilmişdi.

     Ərəblər ilin başlanğıcı üçün Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən Mədinə şəhərinə köçməsi (hicrət) gününü (miladi tarixlə 622-ci il 16 iyul) götürmüşlər.Müsəlman ölkələrində geniş yayılmış bu təqvim “hicri tarix” adı ilə məhşurdur.

     M.Ö. I əsrdə Roma imperatorları Günəş təqvimində də dəqiqləşdirmələr apardılar.

     Müasir təqvimin ilkin forması Romada qəbul edilmişdir.Miladdan öncə 46-cı ildə Roma hökmdarı Qay Yuli Sezar Misirin Günəş təqvimini xüsusi fərmanla öz ölkəsində tətbiq etdi.Sonradan bütün Avropa xalqları tərəfindən qəbul edilmiş bu təqvim tarixə Yuli (Yulian) təqvimi kimi daxil oldu.İmperator Oktavian Avqust həmin təqvimi daha da təkmilləşdirdiİlin yeddinci ayı Qay Yulinin adi ilə iyul,səkkizinci ay isə Avqustun adı ilə avqust adlandırıldı.

     Miladın 321-ci ilində Roma Qay Yuli Sezar imperatoru I konstantin (indiki İstanbul şəhərinin əsasını o qoymuşdur) həftənin bazar gününü istirahət günü elan ettmişdir.Həmin gün işləmək qadağan edilmişdi.

532-ci ildən etibarən il yanvarın 1-dən hesablanmağa başladı.

     Roma monaxı Dionisi tarixdə ilk dəfə olaraq İsa peyğəmbərin anadan olması-1 yanvar gününü (milad) uydurdu və qərar verdi.Belə güman olunurki,Dionisi 532 rəqəmini təsadüfən götürməmişdir,532 rəqəmi 19-un 25-ə hasilidir.19 ildən bir Ay fazalarının,28 ildən bir isə Günəş ilinin günləri eyni vaxtdan başlayır.

     Yeni ilin yanvarın 1-dən başlaması Fransada V


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 oktyabr 2012 23:07
    Maraqli melumatdir.Bu monarx Dionisi de az bilmeyib...

  2. 22 noyabr 2013 14:34
    maraqlydi.menede maraqli di teqvimmm

  3. 2 oktyabr 2014 16:06
    smile maraqli melumatdir...

  4. 16 noyabr 2014 13:47
    super biz tarixde buna aid mesele de etmisik

  5. 21 dekabr 2015 15:43
    winked ÇOOOOx sağolun əlaydı

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.