İlk mikroskop

İlk  mikroskopMikroskop (yunanca " mikros ” – kiçik, " skopeo ” – görürəmsözlərindəndir) gözlə görünməyən mümkün olmadığı kiçik obyektlərin və onların hissələrinin nəzərdən keçirilməsini təmin edən optik cihazdır.
Əyri səthlərin bir sıra optik xüsusiyyətlərə malik olması hələ çox qədim zamanlardan Evkilid (Miladdan öncə 300) və Ptolomeyə ( Miladdan öncə 127 – 151 ) də məlum idi. Lakin mikroskopun ixtirası XVI – XVII əsrlərdə optikanın sürətli inkişafından sonra mümkün oldu. XVI əsrdə Leonarda da Vinçi göstərdi ki, kiçik obyektləri lupanın köməyi ilə daha yaxşı görmək mümkündür.
1590 – cı ildə hollandiyalı Zaxari və Hans Yansenlər ilk mikroskopu düzəltdilər. Bu cihaz borunun içərisinə yerləşdirilmiş iki linzadan ibarət idi: onlardan biri görüntünü böyüdür, digəri isə böyüdülmüş görüntünü təkrar böyüdür. Yansenlərin mikroskopu 3 dəfədən 10 dəfəyədək böyütmə qabiliyyətinə malik idi.
Görkəmli ingilis fiziki və botaniki Robert Huk ( 1635-1703 ) 1674-cü ildə daha güclü böyüdücü cihaz yaratdı. O öz mikroskopunda nazik mantar kəsiyinə baxarkən onun arı pətəyinə oxşar ayrı-ayrı gözcüklərdən təşkil olduğunu gördü və onu "hüceyrə” adlandırdı.
Hollandiyalı Antoni van Levenhuk (1632-1723) atası və babası kimi yun alveri ilə məşğul olurdu. Lakin Levenhukun elmi axtarışları olmasaydı, bu gün adi bir taciri heç kim yada salmazdı.
Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın. Burada o, böyüdücü şüşələri – linzaları cilalayır və onların köməyi ilə ağac qabığına, bitkilərin yarpaqlarına baxırdı. Bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir canlı aləm açılırdı. Burada – kiçik bir damcıda külli miqdarda xırda "heyvanlar” yaşayırdı. Bəziləri dəyirmi, bəzilər isə vintşəkilli idi. Levenhuk gördüklərinin hamısını ətraflı surətdə təsvir etdi və dəqiq şəkillərini çəkdi.
Levenhuk insanlara məlum olmayan, lakin təbiətdə və insan həyatında mühüm rol oynayan canlı aləmi – mikroorqanizmləri kəşf etdi. Hollandiyalı yun alverçisinin kəşfləri Avropanın məşhur alimlərinin marağına səbəb oldu. London Kral Cəmiyyətinin (İngiltərə Elmlər Akademiyası), üzvləri dahi İsaak Nyutonun özü və məşhur fizik Robert Boyl Levenhukun məlumatlarına diqqətlə qulaq asırdılar. Əvvəllər də gözlə görünməyən və təhlükəli yoluxucu xəstəliklərə səbəb olan sadə varlıqların mövcudluğu haqqında fikirlər söylənmişdi. Lakin Levenhuk mikrobları gözlə görən ilk alim idi. Əlbəttə bu, hələ mikroskop deyildi. Bir neçə linzadan ibarət olan mürəkkəb cihazlar-mikroskoplar sonralar kəşf edilmişdi. Levenhukun "mikroskop” u isə əslində 300 dəfə böyüdə bilən çox güclü lupa idi.
1933-cü ildə alman alimi Maks Kroll və Ernst Ruska elektron mikroskopu ixtira etdilər. Bu mikroskopun vasitəsi ilə ən kiçik zərrəcikləri belə görmək mümkündür.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 noyabr 2013 17:20
    cox maraqlidi teshekkurler Hamlet muellim

  2. 9 noyabr 2013 18:13
    Yazını təqdim edən Cammy adlı istifadəçidir. Təşəkkürlər ona düşər ! Sizede təşəkkür edirəm ki yazılara fikrinizi bildirirsiniz !

  3. 9 noyabr 2013 18:23
    coxx twk ediremki rey bildirmisiz

  4. 10 noyabr 2013 11:33
    bu melumat mene lazim idi love love
    cox sagolun


    muelif sensenki cammy

  5. 10 noyabr 2013 11:45
    yaxsi cammy rey bildirdim isde.maraqli melumatdir

  6. 10 noyabr 2013 12:26
    maraqli idi melumat ucun sagolun.

    --------------------

  7. 11 noyabr 2013 17:26
    kecmisik biologiyadan mikroskopu kecende ama bu derecede aydin bilmirdim tewekkurler

  8. 4 dekabr 2013 21:13
    elaaaa cox maraqlidi tesekkurler!!!

  9. 5 iyul 2014 22:57
    sef elemiremse eger biz mikraskop hakkinda 7ci sinif bialogiyasinda vardi..twkler

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.