Kompas

Kompas

Lap qədim zamanlardan insaanlar səmtə görə hərəkət etməyi bilirdilər. Mezolit dövrünün ovçuları bəzən ov dalınca onlarla kilometr yol gedərək yaşayış məskənindən uzaqlaşırdılar. Bəs heç bir səmt cihazı olmadan onlar yenidən öz yaşayış yerlərinə necə qaydırlarmış? Alimlər belə hesab edirlər ki, onlar ulduzllara görə istiqaməti düzgün müəyyən etməyi bacarırlarmış. Qədim finikiyalılar  isə  dəniz səfərlərinə çıxarkən səmt ulduzunun köməyindən istifadə edirlərmiş. Zaman keçdikcə insanların səmti müəyyən edən bir cihaza ehtiyacları artdı. Bu isə kompasın ixtirası ilə nəticələndi. Kompasın da vətəni Çin olmuşdur. Bu nadir cihazın ixtira tarixi e.ə. III əsrə təsadüf edir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. Onun bir ucu cilalanmış kürəyə, digər ucu isə nazik oxa bənzəyirdi. Bu maqnit çox dəqiq cilalanmış mis və ya ağac lövhənin mərkəzinə qoyularaq fırladıdılırdı. Lövhənin üzərində Yerin səmtlərinin rəmzi olan Zodiak bürcləri təsvir edilmişdi.

         Kompasın kürə hissəsi bir nöqtədə lövhəyə toxunur, əqrəb hissəsi isə sərbəst, toxunmadan hərəkət edirdi. Bu hərəkət isə kürənin mehvəri ətrafında baş verirdi. Əqrəb fırlanaraq daim cənub səmtinə işarə edirdi.

         XI əsrdə Çində süni maqnitdən düzəldilmiş üzən əqrəbli kompas ixtira edildi. Əqrəb adətən balıq şəklində düzəldilirdi. «Balıq» sərbəst üzərək «başı ilə» cənubu gös­tə­rirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə nö­vü­nü ixtira etdi. O, adi iynəni təbii maqnit vasitəsilə maqnitləşdirərək onu şamla ipək sapa bərkitmiş və kompasın övhəsi üzərindən asmışdı. Suya nisbətən az müqavimət göstərən hava mühitində maqnitli iynə səmti daha böyük dəqiqliklə göstərirdi. Şen Quanın icad etdiyi di­gər bir üsul müasir kompasa daha çox yaxın idi: maq­nitləşdirilmiş iynə digər iynənin ucunda sərbəst fırlana­raq səmti dəqiq göstərirdi.

         Çin kompasından əvvlcə ərəblər istifadə etməyə başladılar. XIII əsrin əvvəllərində isə kompas Avropaya da bəlli oldu. İlk olaraq italaynlar onu ərəblərdən mənimsədilər. Sonra isə digər Avropa xalqları kompasdan istifadə etməyə başladılar. Əvvəlcə kompas suda üzən mantar parçası üzərində bərkidilmiş maqnitləşdirilmiş iynədən ibarət idi. Bir qədər sonra küləyin iynəyə təsirinin qarşısını almaq üçün  su ilə dolu qabın üstünü şüşə ilə örtdülər.  XIV əsrin ortalarında maqnit əqrəbini bir iynənin ucuna qoyub ağ kağızın mərkəzində yerləşdirdilər. İtaliyalı Flavio Culio isə kağız dairəni 16 hissəyə-rumba böldü. Bu sadə ixtira orta əsrlərdə gəmiçiliyin inkişafında böyük rol oynadı. Kompas sonralar da müxtəlif üsullarla müntəzəm olaraq təkmilləş­dirilirdi. Ondan istifadə naviqasiyda, dənizçilikdə əsl intibah yaratdı. Dənizçilər uzaq və təhlükəli dəniz səfərlərinə artıq qorxmadan çıxmağa başladılar.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 iyul 2012 14:16
    Tesekkurler.

  2. 5 dekabr 2012 14:32
    kompas cografiya dersine aiddir

  3. 14 sentyabr 2013 20:44
    melumata gore sagolun.


    melumata gore sagolun.

    --------------------

  4. 23 noyabr 2013 16:24
    MARAQLIEDIR.OXUFUM.OX LAZIM IDID

  5. 26 avqust 2014 11:30
    Bagisla,Aysel amma seninle razi deyilem.Kompas hem de Tarixe aiddir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.