Eynəkin ixtirası

[/b]

[b]Eynəkin ixtirası

Optik cihazlardan ən sadəsi eynəkdir. Bəzən ona çeşmək də deyirik. Bu cihaz uzağı və yaxud yaxını görməkdə göz qüsuru olan insanların yaxın köməkçisidir. Eynək olmasaydı belə insanlar fəal işdən qalardılar. Yaxından asılı olmayaraq çoxsaylı insanlar eynək adlı optik cihazdan istifadə edir. Deməli, eynək ən mühüm texniki ixtiralardan  biridir.

 

         Bu optik cihaz quruluşca sadədir. Lakin buna baxmayaraq o xeyli gec, orta əsrlərdə icad olunmuşdur. Bunun səbəbi iə  sadədir: yalnız həmin dövrdə təmiz və yeknəsək quruluşlu şəffaf şüşə istehsal edilməyə başlanmışdır.

         Bu fikir də çox maraqlıdır ki, insanlar hələ çox qədim zamanlardan linzaların quruluşu və xassələri ilə tanış olmuşlar. Bu zaman linzalar şəffaf daşlar olan büllur və berildən hazırlanırdı. Arxeoloji qazıntılar  zamanı belə  linzalar Misir, Yunanıstan, İkiçayarası və İtaliya ərazilərindən aşkarlanmışdır. Krit adasındakı Knos sarayının xarabalıqlarından tapılmış büllur linzanın  tarixi e.ə. 1600-cü ilə gedib çıxır. Bu linzalardan bəzək və əyləncə məqsədilə istifadə olunurmuş.

         İlk eynək 1280-ci ildə İtaliyada ixtira olunmuşdur. Bu ixtiranın müəllifi Salvinio delli Arleti olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edən bu eynək sağanaqla birləşdirilmiş iki qabarıq linzadan ibarət idi. İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə, yalnız XV əsrdə ixtira olundu. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər meydana gəldi. İlk eynəklər uzaqgörməni yaxışlaşdırmaq məqsədilə düzəldilirdi. Çox sonralar başa düşdülər ki, elə həmin eynək çökək, şüaları səpələyən linza salmaqla yaxıngörmə qüsurunu da düzəltmək olar. Bəs nə üçün eynəyin vətəni İtaliya hesab olunur? Tarixdən məlumdur ki, XIII-XV əsrlərdə İtaliyada şüşə istehsalı özünün ən yüksək zirvəsinə çatmışdı. İtaliyan ustaları dünyada şüşəbişirən, ondan müxtəlif məmulat hazırlayan, onu cilalayan ən mahir sənətkarlar hesab olunurdular. Ustalar müxtəlif əyri səthi olan şüşülərlə işləyərkən onların optik xassələrini də aşkar etmişlər.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 noyabr 2013 22:04
    marqldir.teskuler.xeberi oxumadim.
    yeni bilmirsdim.opxudum

  2. 26 avqust 2014 11:26
    Hec bilmirdim.Maraqlidir. winked winked winked

  3. 16 noyabr 2014 00:00
    [hide][/hide]Men de bilmirdim.Amma oyrendim.Cox sag olun,Hamlet muellim!

  4. 16 noyabr 2014 13:46
    eladi tskler smile

  5. 12 dekabr 2014 11:04
    eynekin yox, eyneyin yazilir

  6. 19 dekabr 2015 14:59
    ozum eyney isletirem hele bunu bilmirdim , twk wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.