Kərbəla şəhidi

     

Kərbəla şəhidi

 

  İmam ƏL-HÜSEYN İBN ƏLİ İBN ƏBU TALİB (626-680)- üçüncü imam, Əlinin Peyğəmbərin qızı Fatimədən olan ikinci oğlu , əhl əl-beytdən  (Peyğəmbərin ailə üzvləri) olub , Kərbala şəhididir. O zamana qədər ərəblər arasında adı təsadüf edilməyən qardaşı Həsənin adı kimi babası Məhəmməd Peyğəmbər(s.ə.s.) tərəfindən adlandırmış və qardaşı ilə bərabər ikisinə birdən əl- Həsənin(«iki Həsənlər») də deyilir. Hüseynin uşaqlığı haqqında hədislərdə kifayət qədər məlumat var. Bunlara görə Peyğəmbər Hüseyn doğulduğu gün qulağına: « O,cənnət uşaqlarının ağasıdır(seyid)»- demişdir.       Peyğəmbər Həsənlə  Hüseyni hədsiz sevirdi. Bir dəfə demişdi: « Hüseyn məndəndir,mən Hüseyndəyəm, Allah Hüseyni sevənləri sevər». Üsamə ibn Zeyd bir gecə Peyğəmbəri görmüş və onun dediyini eşitmişdir: «Bunlar mənim oğullarımdır, qızımın oğullarıdır. Allahım, mən onları sevirəm, sən də onları sev və onları sevənləri sev!». Bir gün Peyğəmbər (s.ə.s.) Ümm Salmanın evində olarkən Həsən gəldi, onu qucağında sağ tərəfdə oturdu, sonra Hüseyn gəldi , onu qaşısında ourdub,  Əlini şağırdı  və «Siz ey Peyğəmbərin ev əhli ! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir»-dedi        Hüseynin uşaqlığı Peyğəmbərin dərin sevgisi işində keçmişdi. Ancaq bu hal çox sürməmişdir. Ancaq  bu çox sürməmişdir. Hüseyn 5-6 yaşında olarkən babası Məhəmməd Peyğəmbər(s.ə.s.)  və bir azdan sonrada anası Fatimə xanım vəfat etmişdir. Hüseynin boya-başa gəlməsi haqqinda müfəssəl məlumat  olduqca azdır. Lakin h. 15-ci ildə(636)  xəlifə Ömərin vaxtında divan çağıralaraq , müsəlmanların alacaqları
qulların sayı təyin edilərkən , Hüseynə Bədr döyüşünün iştirakçılarına verilən miqdarda pul verildi. Hicri 30-cu ildə(651) Osmanın vaxtında Səid ibn əl-Asın Kufədən Xorasana təşkil etditiyi səfərdə Hüseyn qardaşı ilə birlikdə iştirak etdi.  

Kərbəla şəhidi

 

Beş il sonra Hüseyn Mədinədə getməl olur. Xəlifə Osmanın qətli ilə nəticələnən üsyanda atası Əli Hüseyni qardaşı Həsənlə xəlifənin evinə göndərdi və əmr edi ki, xəlifənin evinə heç kəsi buraxmasınlar və onu müdafiə etsinlər. Lakin asilər içəriyə gir.bilmədilər, lakin başqa bir evdən asilər xəlifənin  evinə keçərək Osmanı şəhid etdilər.      Bundan sonra Hüseyn atası ilə birlikdə Kufəyə getdi və onun bütün səfərlərində iştirak etdi. Atası İmam Əlinin öldürülməsindən sonra (h.40-m.661) Hüseyn əvvəlki kimi ikinci planda idi. Təbəriyə görə, bunun əsas səbəbi  bəlkə də Əli ölərkən Həsənə itaət etməsi vəsiyyəti idi. Həsən Kufəyə və kufəlilərə söykənərək əməvilərə üstün gələ bilməyəcəyini anlayıb müsəlmanlar arasında ixtilaflara son qoymaq üçün haqqından əl çəkməyi qərara alaraq Müaviyə ilə müzakirələrə başladı. O, qərarını Hüseynə bildirdikdə, Hüseyn etiraz etmək istədisə də, arzu və haqlarına rəğmən səsini çıxarmadı və h. 41(662)-ci ildə Həsənlə birlikdə Mədinəyə qayıtdı. İmam Həsən
tutduğu yolu axıradək getdi, hətta ölərkən, bəzi rəvayətlərə görə həqiqətən zəhərləndiyini zənn etməsinə baxmayaraq, kimdən şübhə etdiyini ondan soruşan qardaşına şübhələrini açmadı: « Allah daha yaxşı intiqam alacaq» deməklə kifayətləndi.        Bir qədər sonra xilafətdə çiddi ixtilaf baş verdi. Təbərinin yazdığına görə Müaviyə h.56(m.676)-cı ildə oğlu Yəzidə beyət edilməsini istədi. Yəzid ibn Müaviyyə isə hərəkətlərinə görə fasiq(pozğun) sayılırdı və belə adamın xəlifəliyə  namizədliyini qəbul etmək mümkün deyildi. Hüseyn, Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr, Əbdürrəhman ibn Əbu Bəkr və İbn Abbas bunu üəbul etmədilər. Müaviyə öləndən sonra Yezid xəlifə olduqda(H.60-m.680) Mədinə Əmiri Əl-Valid ibn Utbaya məktub göndərib, nəyin bahasına olursa-olsun , ovaxta qədər beyət etməyənlərin and   
içmələrini əmr etdi. Əl-Valid, Hicazda olan əməvilərin böyüyü olan Mərvan ibn əl-Həkəmlə danışıqdıqdan sonra Hüseyn və İbn əz-Zübeyri çağırıb Müaviyyənin ölümünü xəbər vermədən onları beyətə məcbur etmək istədi.Lakin Hüseyn özü gizlicə beyət
etməyəcəyini və qərarını ertəsi gün xalqın qarşısında bildirəcəyini dedi. Gecə ikən Hüseyn bütün ailə üzvlərini götürüb Məkkəyə yollandı. Yalnız qardaşı Məhəmməd ibn əl-Hənəfiyyə onunla getməyə razı olmadı.      Kufə əhalisi Hüseynin Yezidə beyət etməkdən imtina etdiyini və Məkkəyə gəldiyindən xəbər tutanda ona dəvət məktubu yazdılar və Əbu Abdullah əl-Cədailinin başçılığı Ilə elçilər göndərdilər. Şabas ibn Ribi, Süleyman ibn Surad və Kufənin başqa əyanları da məktub göndərib Hüseynə bildirdilər ki, onlar Hüseynə beyət edəcəklər. Hüseyn vəziyyəti yerində öyrənmək üçün əmisi oğlu Müslüm ibn Aqili elçilərlə

Kərbəla şəhidi

 

Kufəyə göndərdi. O, Kufəyə  gəldikdə tərəfdarlarından İbn Avsaca adlı birinin evinə düşdü və Hüseynin adına beyət  almağa başladı. 12-18 min həfər adam ona beyət etdi. Müslüm də bu nəticəni Hüseynə çatdırdı.        Bu zaman Yezidin adamları vəziyyəti ona bildirdilər. Yəzid, Bəsrə valisi Übeydullah Ibn Ziyadı həm də Kufəyə vali təyin etdi və müslümü ələ keçirib edam etməyi əmr etdi. Ubeydullah dərhal Kufəyə gəldi, Müslüm tutulub başı kəsildi və cəsədi xəndəkə atıldı.        Hüseyn isə Müslümdən aldığı xəbərlərə güvənərək və Yəzidin onu öldürmək istədiyini qəti olaraq anladığına görə Kufəyə getməyi qərara aldı. Bu fikrini bildirdiyi adamlardan İbn Abbas kufəlilərə  etimadın əleyhinə çıxdı. O, atası və qardaşının başına gələnləri xatırladaraq Hüseyni bundan vaz keçməyi, daha ehtiyatlı olmasını, güclü qalalara malik və xalqı ona tərəfdar olan Yəmənə getməsini tövsiyyə etdi. Lakin Hüseyn Kufəyə getməsini qərar verdi. Yəzidin xəlifəliyini tanımayan İbn əz
Zübeyr isə Hizazdakı hərəkətlərində müstəqil qalmaq istədiyi üçün  Hüseynə dərhal hərəkətə keçməsini məsləhət gördü. Sonra Hüseynə Hicazda hərəkət  hazırlayacağını
və ona beyət edəcəyini vəd etdi. Hüseyn bütün ailə üzvləri ilə birlikdə Kufəyə yola
düşdü. Yeni təyin edilmiş Mədinə valisi Əmir ibn Səid əl-Əşdaq gec xəbər tutsa da,
Hüseyni geri döndərmədi. Məkkədə Peyğəmbərin nəvəsinin girişdiyi hərəkətlərini
doğuracağı  faciəli nəticələr hər kəsi təşvişə salırdı. Xüsusən ailə üzvləri ilə birlikdə
getməsinə görə , Abdullah ibn Cəfər ibn Əbu Talib ailənin məhv olmasından qorxaraq,

Kərbəla şəhidi

 

Əmr ibn Səidin yanına gedib ondan aman istədi və Hüseynin etimad etməsi üçün
valinin qardaşı Yəhya ibn Səidi götürdü. Lakin Hüseyn yuxusunda Peyğəmbəri
gördüyünü və başladığı işin istər lehinə , istər əleyhinə olmasına baxmayaraq
yolundan dönməyəcəyini bildirdi. Elə bu vaxt Müslüm Kufədə öldürülmüşdü.
     Yolda , əs-Sifahda Hüseyn məşhur şair Fərəzdaq  ilə  qarşılaşdı. Vəziyyəti  ondan
xəbər alanda şair: «Xalqın qəlbi səninlə, lakin qılıncları Bəni Ümeyyə ilədir, qəza isə
göydən enəcəkdir»-dedi. Sonra Bəni Əsəd qəbiləsindən iki bədəvi ilə qarşılaşdı. 
Onlar da xalqın fikirlərindən dönməsini, Übeydullahın Kufədə  hakim olduğunu və
Müslümün öldürüldüyünü xəbər verdilər. Hüseyn isə yolunu davam etdirərək,
yanında olanlara və qoşulmuşlara bildirdi ki, istədikləri vaxt onu tərk edə bilərlər.
Çoxları ondan ayrıldılar. Hüseyn təkcə ailə üzvləri və çox az tərəfdarları ilə birlikdə
yoluna davam etdi. Bir azdan sonra Übeydullah ibn Ziyad tərəfindən göndərilmiş
qoşunla üz-üzə gəldi. Əl-Xurr ibn Yəzidin başçılığı altında olan min nəfərlik qüvvə onu
 uzaqdan təqib edir, ancaq nə Kufəyə getməsinə, nə də geri dönməsinə imkn vermirdi.
Buna görə də Hüseyn açıq  qayəsi olmadan şimala dpğru getməyə davam etdi.
   

Kərbəla şəhidi

 

Übeydullah  bu arada üsyan etmiş deyləmliləri dağıtmaq üçün  4000 nəfərlik bir ordu
hazırlamış və Ömər ibn Səid ibn Əbi Vaqqası Reyə vali təyin edərək  bu ordunun
başçısı qoymuşdu.  Əl-Xurr ibn Yəziddən xəbər gəlincə dərhal Ömər ibn Sədə ordusu
Ilə Hüseynin üzərinə hücum etməsini və məsələnin həll etməsini əmr etdi. Ömər ibn
Səd bu vəzifəni yerinə yetirməkdən imtina etdikdə, Übeydullah onu vəzifəsindən
kənar etməklə, hətta bəzi mənbələrə görə, evini yandırmaqla, İraqdakı torpağını
müsadirə etməklə hədələdi. Buna görə də Ömər ibn Səd vəziyyəti anlamaq üçün
möhlət istədi. Ertəsi gün Übeydullahın əmrlərini qəbul etdiyini bildirdi və ordusu ilə
Hüseynə hücum etdi. Onlar yaxılaşarkən Hüseyn yenə yanındakılara gecə ikən
dağılıb qaçmalarını  tövsiyyə etdi. Lakin qardaşı əl-Abbas, oğlu Əli və Aqilin oğulları
bu təklifidən imtina edərək, həyatlarını xilas etmək üçün onu tərk etmək alcaqlığını
heç bir zaman özlərinə rəva bilməyəcəklərinə bildirdilər.
    

Kərbəla şəhidi

 

Ömər ibn Səd ordusu ilə gələndə Hüseyn onlara müraciət edərək dönməsinə
müsaidə edilməsini istədi. Lakin heç kəs bu sözlərə qulaq asmaıdı. Hüseyn isə yalnız 
Peyğəmbərin nəvəsi olmasına güvənir və heç bir müsəlmanın ona toxunmayacağını
zənn edirdi. Lakin onun bütün ümidləri boşa çıxdı. Ömər ibn Səd vəziyyəti
Übeydullaha yazdı.O, Yəzidə beyəti təklif etdi və Hüseyni sudan ayırmağı əmr etdi.
Ömər də Əmr ibn Həccacı 500 atlı ilə göndərib Hüseynin çayla əlaqəsini kəsdi. Sonra
bir neçə dəfə ordu daxilində Hüseynlə baş-başa danışdılar. Heç kim söhbətin
mövzusunu bilmədiyi üçün dedi-qodular başlandı. Hüseyn Yəzid tərəfindən qəbul
edilməsi vacib olan  son təklifləri hazırlayırdı. Güman ki, bu təkliflər  gəldiyi yerə
qayıtmaq və ya müsəlman vilayətlərinin birində yaşamaq ola bilərdi. Ömər ibn Səd
söhbətin mövzusunu dərhal Übeydullaha çatdırdı.
    Übeydullah bu təklifi müvafiq görüb qəbul etdi, lakin bir zaman Siffin döyüşündə  
Əli ilə döyüşmüş Şamir ibn Züll-Cavşan vacib bir fürsətin əldən gedəcəyini deyib
Übeydullahı bu fikirdən daşındırdı. Üstəlik də Ömər ibn Sədin Hüseynlə görüşüb
danışdığını əlavə etdi. Buna görə də Übeydullah, Ömər ibn Sədə məktub yazıb
 Hüseyni təslim etməyi tapşırdı. Ömər ibn Sədin döyüşə başlamayacaq halda. Bu
məktubu gətirən Şamiri orduya başçı təyin edə biləcəyini bildirdi. H. 61-ci il məhərrəm
ayının 9-da bu xəbər Ömərə çatanda o, əmrləri yerinə yetirəcəyini bildirdi. Bu vaxt
Hüseyn artıq başa düşmüşdü ki, xilas yolu yoxdur. Übeydullahın son qərarı ona
bildiriləndə qəbul etmədi. Yalnız ertəsi günə kimi möhlət istədi.
   

Kərbəla şəhidi

 

O gün Hüseyn yanında olanlara onu tərk etməsini təklif etdi və onlara izn verdiyini
təkrar bildirdi, lakin ətrafı yenə mərdliklə bunu qəbul etmədi. Bu vaxt bacısı Zeynəb
çadırda fəryad edir, döyünür və üst-başını yırtırdı, axırda özündən getdi. Hüseyn ona
ayıldıqdan sonra təsəlli verdi. Gecəni dua, namaz və istiğfar etdilər.
      Ertəsi gün, h. 61-ci il məhərrəmin 10-da( 680-cı il oktyabrın 10-da, cümə) Hüseyn
23 atlı və 40 piyadadan ibarət olan qüvvələrinin sağ cinahına Zübeyr ibn əl- Qeyni və
sol cinahına Həbib ibn Müzahiri başçı təyin etdi. Bayrağı qardaşı əl-Abbas götürdü və
arxalarını çadırlara söykədilər. Hüseyn atına minib qabağına Quran qoydu. O, atın
üstündə orduya yaxınlaşaraq, sonuncu dəfə orduya müraciət  etmək istəyirdi. Bu halı
görüb fəryad edən bacısını susdurduqdan sonra Allaha həmd etdi  və bu sözlərlə
müraciət etdi: « Peyğəmbərimizin qızının oğlu, vəsisinin oğlu, əmisinin oğlu mən
deyiləmmi? Şəhidlərin ağası Həmzə atamın əmisi deyilmi? Şəhid Cəfər ət-Təyyar
Əmim deyilmi? Allah elçisinin mənim üçün və qardaşım üçün « cənnət xalqı
uşaqlarının seyyidləridir və sünnə əhlinin göz bəbəkləridir, fərəhləridir» dediyini
duymadınızmı?» Lakin Übeydullahın adamları şərtlərindən başqa bir şeyə qulaq 
asmırdılar .Zübeyr ibn əl-Qeyn də irləi çıxıb onları günahkar hərəkətlərindən vaz
keçməyə çağırdı. Şamir ona ox atdı və sözləri tamamilə təsirsiz qaldı. Yalnız işin bu
dərəcəyə çatacağını gözləməyən əl-Xurr ibn Yəzid peşman olub Hüseynin tərəfinə
keçdi. Bu arada Ömər ibn Səd gəlib bir ox atdı və döyüş başladı. Döyüş bir müddət
tək-tək adamlar arasında cərəyan edirdi, ancaq bu zaman Kufə ordusu təkbətək
döyüşdən vaz keçib toplu halında hücuma keçdi. Bir ara Şamir Hüseynin çadırını
yıxmaq istəsə də, Şabas ibn Ribi buna mane oldu. Günortadan sonra Hüseynin
adamları azaldıqlarını gördükdə , onun ətrafına yığıldılar və onun qarşısında həlak
oldular.Yalnız əz-Zahhak ibn Abdullah əl—Mişraqi  , Hüseyndən icazə alıb qaçıb xilas
oldu. Döyüşün axırına yaxın Hüseyn özq də döyüşə girdi. Bu vaxt yalnız üç-dörd
adam qalmşdı. Onu bəlkə daha tez öldürə bilərdilər. Lakin heç kəs öldürücü zərbəni
vurmağa cəsarət etmirdi. Şamir bir daha adamlarını hücuma sövq etdi və hər tərəfdən
hücum başlandı. Zürə ibn Şarik Hüseynin sağ əlini omuzunu qılıncla vurdu. Hüseyn
yıxılıb qalxarkən Sinan ibn Ənas ən-Nəhai ona zərbə  endirdi. Sonra atdan düşüb
Hüseynin başını və saçını kəsdi. Orada olanlar Hüseyni soyub hər şeyini götürdülər.
Bu vaxt Hüseynin vücudunda 33 mizraq və ox, 34 qılınc yarası var idi( bədənində
olan qançırlar nəzərə alınmazsa). Sonra çadırlar və qadınlar qarət edildi.Xəstə  və
yataqda olan Əli ibn əl-Hüseyni də öldürmək istədilər. Lakin Ömər ibn Səd və b.
mane oldular. Hüseynin tərəfindən 72, düşməndən 88  nəfər öldürülmüşdü. Yaralıların
sayı daha çox idi.
    

Kərbəla şəhidi

 

Şəhid İmam Hüseynin kəsilmiş başı Kufəyə gətirildiyi zaman Übeydullah əlindəki
Əsası ilə İmam Hüseynin dodaqlarına toxundu. Orada olan Əbülbərzə əl-Əslamı və
ya Yəzid ibn Ərqam dura bilməyib,ondan əsasını çəkməsini tələb etdi ., çünki
Peyğəmbərin  bu dodaqları öpdüyünü görmüşdü. Übeydullah bu hərəkəti ilə kifayət-
lənməyərək Hüseynin əsir alınmış zavallı bacısını və qızlarını lağa qoymaq istəmişdi.
     bütün bu hadisələr cərəyan edərkən xəlifə Yəzidin vəziyyəti və onun verdiyi əmrlər
bəlli deyildir. Sonrakı müəlliflər Hüseynin öldürülməsi əmrini şəxsən Yəzid tərəfindən
verilmiş olduğunu qeyd edir və əsl məsuliyyəti onun qzərinə atırlar. Lakin bu fikir ilk
müəlliflərdə yosdur. Ən ilk mənbələrin hamısı İmam Hüseynin başı Şama gətirildiyi
Yəzidin hüzuruna gətirildiyi zaman Yəzid başını aşağı salmış və bir müddət susduq-
dan sonra başını qaldırıb İmamın başını gətirənlərə demişdi: «Hüseyni öldürməmiş
olsaydınız, onda yenə mən sizdən daha çox razı olardım. Allah İbn Sümeyyaya(Übey-
dullaha) lənət etsin. Vallahi, əgər Hüseynin yanında olsaydım, onu bağışlayardım.
Allah Hüseynə rəhmət etsin!» Bundan başqa, Hüseynin ailəsi Yezidin hüzuruna
gətirələndə  məclisdə olan ailə üzvləri ağlamışlar. Sonra isə Yezid əsir gətirilənləri
Mədinəyə yola salmışdır. Bütün bu rəvayətlər hadisənin məsuliyyətini Übeydullahın
üzərinə qoyur. Ancaq Yəzidin sonralar Übeydullahı cəzalandırmaması, gostərdiyi
təssüfləşməsinin səmimi olduğuna şübhə yaradır. Nə olursa olsun, Übeydullah da,
Şamir də Hüseynin öldürülməsindən və yanında olan ailə üzvlərinin şəhid edilməsin-
dən Yəzidin mütəssir olacağını , qəzəblənəcəyini zənn etsəydilər, İmam Hüseynlə
belə rəftar etməzdilər.
     Diqqətə çarpan cəhətlərdən biri də döyüşün gedişidir. Üstün qüvvəyə malik olan
Ömər ibn Sədin ordusu hər halda Hüseyni sağ-salamat əsir ala bilərdi. Lakin bu qayə
ilə hər hansı bir hərəkət edildiyi haqqında kiçik rəvayət belə yoxdur. Bundan başqa,
hücumlar şəxsən Hüseynə qarşı yönəldilərək , adamları, uçaqları və qohumları
öldürülmədən Hüseyn şəhid edilə bilərdi. Rəvayətlər kimsənin bunun məsuliyyətini  
öz üzərinə götürmək istəmədiyini deməklə kifayətlənirlər. Nəhayət, orada olanlar daha
az qan tökməklə ,heç olmazsa , əllərini İmam Hüseynin məsum uşaqlarının və qohum-
larının qanlarına batırmadan bu faciədən çıxmaöı düşünə bilərdilər. Bunlar Übeydul-
lahın orada yalnız Hüseynin bitərəfləşdirilməsi  fikri ilə hərəkət etmədiyini , bəlkə daha
mənfur planlar hazılanmasını ehtimal etməyə əsas verir.
       İmam Hüseynin xəlifə Yezidə qarşı mübarizəşini inqilab da adlandırmaq olar. Bu
inqilab onunla səciyyələnir ki, Yəzid ibn Müaviyəyə beyət etməkdən imtina etdi.
Yəzid xəlifə olduqdan sonra İslam dinin dəyərlərinə zidd hərəkətlər edir, İslam dinin
əsaslarına zərbə vuraraq müqəddəs kitab «Qurani-Kərim»in və Peyğəmbər Məhəmməd
(s.ə.s.)in ehkam və əsas vəhylərini nəzərə almır, İsam dinin paklığına, saflığına ləkə
vuraraq insanlığa və müsəlmançılığa qarşı zidd siyasət yeridirdi. Yezidin daxili siyasəti
insanların mənəvi hüquqlarını pozurdu. Məhz Yəzidin bütün bu siyasəti və idarəetmə-
sinə qarşı İmam hüseyn(ə.s.) qəti etiraz edərək  müxalifətə keçdi. Bununla da İslam
tarixində ilk böyük inqilab etdi. İmam Hüseyn inqilabı «Qurani-Kərim»in əsaslarının
və Məhəmməd Peyğəmbərin yaratdığı dini ehkamlarının və prinsiplərinin bərpa edil-
məsi uğrunda bir mübarizə idi. Nəhayət İmam Hüseyn inqilabı insan hüquqlarının
müdafiəsi  uğrunda aparılan bir mübarizə idi.Bu inqilab Ərəb xilafətində qayda-qahun-
un bərpası və möhəmlənməsi uğrunda aparılan bir mübarizə idi.
 

Kərbəla şəhidi

 

Yükləmək ücün qeydiyyatdan keçin!

 


     Hacıqabul r-nu, UDULU kənd məktəbi, m. Z. Əliyev    
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 noyabr 2014 01:02
    Hörmətli Hamlet müəllim, Sizə bu vacib məqalənin bu günlərdə - İmam Hüseynin təziyyəsi günlərində yenidən nəfis surətdə tərtib edərək lahiyyənin ana səhifəsində dərc etdiyinizə görə dərindən öz səmimi təşəkkürümü bildirirəm. İmam Hüseyn xətirinə ,Allah Sizə kömək olsun,Allah Əzir versin,Allah işlərinizi avand eləsin,Allah balalarını saxlasın.Qoy bundan sonra da "Tarix.İnfo" Azərbaycan gənclərinin tarixi tərbbiyəsi naminə daha da zənginləşsin, bütün virtual şəbəkə sistemində aparıcı mövqe tutsun. Bu işlərdə Sizə yaradıcılıq sevincləri arzulayıram. Hörmətlə Zakir müəllim.

    Zakir muallim əsl təşəkkür sizə düşür vallah ! Sizə çox sağolun !

  2. 2 noyabr 2014 01:17
    ALLAH Imam HUSEYN ve butun Kerbela sehidlerine rehmet etsin.Meqaleye gore sag olun.

  3. 2 noyabr 2014 01:46
    Zakir Məllim.siz necə böyük insansiz . Allah razi olsun. İmam Hüseyn hakkında belə gözəl məqalə.Allah köməynizdə dursun . feel

    --------------------

  4. 2 noyabr 2014 03:38
    Hörmətli Hamlet müəllim,həşim müəllim,Melisa xanım .Hər birinizə xoş sözlər üçün dərindən təşəkürümü bildirirəm.Allah razı olsun.

  5. 2 noyabr 2014 11:02
    Bu ayda bu haqda oxumaq çox yaxşı oldu.Çox sağ olun,Zakir müəllim.

    --------------------

  6. 2 noyabr 2014 15:37
    Əziz və dəyərli Zakir müəllim,Allah sizi Əhli Beyt sevqisi ilə məşhur etsin hər iki dünyada!
    Çox qözəl və hər birimizə ehtiyaclı olan bir məqalədir!
    Aşurada inasnın üzünə Rəbbimiz o qədər qapı açdı ki,insaniyəti olan bir insanın o qapıların birini belə özü üçün açmamagı mümkün deyil!İnşaAllah ki qiyamət qünü Agamız imam Hüseyin(ə.s) özü bizim bagışlanmasını Allahdan istiyər!Amin!
    Hər qün Aşura!Hər yer Kərbəla!

  7. 8 noyabr 2014 20:57
    Hörmətli və Gözəl dost,həmkar Zakir müəllim çox sagolun məqaləyə görə Allah sizdən razi olsun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.