Allah dualarınızı qəbul etsin !

Allah dualarınızı qəbul etsin !

 

Qədr gecəsi haqqında 

Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə bildirilir.

Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz». 

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.

Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: "Qədr gecəsi min aydan üstündür.” Min ay səksən üç il dörd ay deməkdir. Bu həqiqətə inam insanı qədr gecəsinə diqqətli olmağa, həmin gecənin anlarının qədrini bilməyə sövq edir. Əlbəttə ki, əməllərin ən üstünü şəriətin vacib buyurduğu əməllərdir. Əgər bir insanın öhdəsində qəza namazı varsa, imkanı həddində həmin gecə qəza namazlarından qılsın. Əgər bir müsəlmanın boynunda xüms və zəkat, qohumların və qonşuların haqqı varsa, çalışsın ki, bu haqdan heç olmaya bir qədərini ödəsin. Əgər mömin şəxs kiminləsə küsülüdürsə, həmin gecə barışmağa çalışsın. Unutmamalıyıq ki, günahlara diqqət ən vacib əməllərdəndir. Vacib əməllərdən sonra Quran oxumaq, zikrlər söyləmək və Allahla raz-niyaz etmək həmin gecənin faydalı işlərindəndir.Qədr gecəsi yerinə yetirilməsi məsləhət görülən müstəhəb əməllər din rəhbərlərinin və alimlərinin buyuruqlarında əks olunmuşdur. Mərhum Şeyx Səduq imamiyyə şiə etiqadı əsaslarından bəhs edən dərsində buyurmuşdur: "Bizim etiqadımıza əsasən, qədr gecəsi iyirmi birinci gecə ilə iyirmi üçüncü gecə arasındadır. Həmin gecələri ibadət üçün oyaq qalmaq min ay oyaq qalmaqdan üstündür.” Alim sonra belə əlavə edir: «Həmin gecələri elmi söhbətlərə məşğul olmaq daha yaxşıdır.” Əlbəttə ki, alim dini söhbətləri, insanı Allaha yaxınlaşdıran mövzuları nəzərdə tutur. Alim bunu da nəzərdə tuta bilər ki, qədr gecəsi elmi müzakirələrə məşğulluq mərifət və agahlıqdan uzaq oyaqlıqdan (ehyadan) üstündür. Bu o demək deyil ki, elmi söhbətlər bütün ibadətlərdən üstündür. Elmi müzakirələr vacib əməllərdən, başqalarının haqqının ödənməsi kimi zəruri ibadətlərdən üstün ola bilməz. Alimin nəzərdə tutduğu ibadətlərin agahlıq və mərifətlə həyata keçməsidir. Çünka agahlıq və mərifət ibadətin dəyərini yüksəldir.Heç şübhəsiz, qədr gecəsinin ən mühüm ibadətlərindən biri Əmirəl-mömininə (ə) məhəbbətin izharıdır. Əmirəl-möminin Əli ibn Əbu Talib tarixin ən məzlum qəhrəmanıdır. Bu məsum şəxsə əzadarlıq min ayın ibadətlərindən üstündür. Mən qədr gecələrini Əmirəl-mömininə əzadarlıqla keçirən insanlar qarşısında baş əyirəm. Onların əlindən öpürəm ki, təqvalılar mövlasının xatirəsini yaşadırlar. Amma unutmamalıyıq ki, əzadarlıqlar, növhəxanlıqlar bir-birindən fərqlənir. Əzadarlığa dəyər verən əzadarların mərifətidir. Əmirəl-möminini daha yaxşı tanıyan insanın əzadarlığı daha dəyərlidir. Belə insanlar həmin əzadarlıqdan böyük ruhi qida alırlar. Mən fürsəti qənimət sayıb Peyğəmbər (s) və onun əhli-beytinin (ə) məqamı haqqında danışıram. Ümid edirəm ki, bu yolla həmin insanlarla tanışlığımız artsın.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 iyul 2014 12:18
    tesufki budefeki gecelere qala bilmemwem.ama Rebbim butun muslumanlara komey olsun,onlari qorusun.yolundan dondermein inwallah. cox sagolun,,meqaleye gore,Hamlet mellim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.