
Sabiq paytaxtlar..
1. Tarixə inansaq, bu şəhər ABŞ-ın ilk paytaxtıdır ( Filadelfiya )
2. Meydzi restavrasiyasına qədər Yaponiyanın paytaxtı məhz bu şəhər idi ( Kioto )
3. Jan Kalvin, Jan Jak Russo, Anri Dünan kimi şəxsiyyətlərin həyatı məhz bu
keçmiş paytaxt şəhəri ilə bağlı olmuşdur.. ( Cenevrə )
4. Bu şəhər təqribən 3 ay XX əsrdə Azərbaycanın paytaxtı olmuşdur. ( Gəncə )
5. 1934-cü ilə kimi Ukrayna SSR-in paytaxtı olan bu şəhər fərziyyələrdən birinə
görə türk dillərində "qara çay sahili” və ya "qar çayı” mənalarını verir.
( Xarkov )
Polisim məni qoruyur..
1. Polis sözü yunancadan məhz belə tərcümə olunur ( şəhər, dövlət )
2. Texas şatatında ilk belə bölmələr 1823-cü ildə Stiven Ostin tərəfindən təşkil
edilmişdir.. ( Texas reyncerləri )
3. "Geheime Staatspolizei" qısaca belə adlanır ( Gestapo )
4. Böyük Britaniya, ABŞ, Kanada, Yeni Zellandiya ingilisdilli ölkələrdə kiçik polis çini olan bu vəzifə latıncadan "mehtərlərin rəisi” mənasını verir ( konstebl )
5. Con Lennon məhz bundan ilhamlanaraq "Men Morc" mahnısını yazmışdır..
( polis maşınlarının sirenasından )
"ma” hissəciyi[/i]
1. Yunancadan tərcümədə bu söz "ilahi vergi” mənasını verir ( xarizma )
2. Bi italyan klubu ev oyunlarını "Enno Tardini” stadionunda keçirir.. ( Parma )
3. XX əsrin 30-40-cı illərində Kramer təxəllüsü ilə yazılan bir sıra əsərlər də bu
yazıçının təxəyyülünün məhsuludur ( E.M.Remark )
4. Koreya, Vyetnam və təbii ki Çində yüksək dövlət məmurlarına verilən bu ad
portuqalcadan "nazir” mənasını verir ( mandarin )
5. Tarixdə nigahın ləğvi ilə deyil, əksinə bağlanması haqqında verilmiş yeganə
məhkəmə qərarı ilə bu alman bəstəkarı ailə həyatı qurmuşdur ( Robert Şuman )
Fantastik mövzu
1. 1964-cü il istehsalı olan bu Azərbaycan filmində illuzionist Anatoli Falkovun
köməyilə keçmiş və gələcək uşaqların gözü ilə təsvir olunur ( Sehirli xalat )
2. Fantastik kino həvəskarları araslnda populyar olan bu mükafat 1972-ci ildən
etibarən təqdim olunur.. ( Saturn )
3. Bu sovet fantastı "Ariel”, "Amfibiya adam” və s kimi məşhur əsərlərin müəlli-
fidir ( Aleksadr Belyayev )
4. Yəhudi əsilli bu amerika ədibi Artur Klark və Robert Haynlaynla birgə
yazıçı-fantastların "böyük üçlüyü”nü əmələ gətirir ( Ayzek Azimov )
5. İnsanın texnikanın köməyilə zamanda səyahət etməsi ideyası ilk dəfə məhz bu
yazıçının təxəyyülünün məhsulu olmuşdur.. ( Herbert Uells )
Tərcümədə..
1. İspancadan bu abbreviatura belə səslənir ( "objeto volador noindentifikado”
( [i]UNO )
2. XIX əsrdə rus tərcümələrində bu əsər belə adlanırdı "İvanqoe” ( "Ayvenqo” )
3. Latınca o belə adlanardı: Mikael Muskulus ( Mikki Maus )
4. Avstraliya aborigenlərinin dilində 1 ədədi enea, 2 ədədi petçeval adlanır.
Bəs 5 ədədi? ( petçeval petçeval enea )
5. Quarani dilində bu canlının adı "balıq” və "diş” sözlərinin birləşməsindən
yaranmışdır ( Piraniya )
Həndəsi mövzu
1. Onun meydana gəlməsini Jorj Brak və Pablo Pikasso ilə bağlayırlar
( kubizm )
2. Oval kabinet bu evdə yerləşir ( Ağ evdə )
3. Xiromantiya məhz bunlar əsasında insan taleyini öyrənir
( əl içi xəttləri )
4. Bu geyim atributunundan çox istifadə edən A.Linkoln onun içində
məktublarını, maliyyə kağızlarını və qanun layihələrini də saxlayardı
( silindr )
5. Atlantik okeanında olan Bermud üçbucağının Sakit okeandakı
analoqu belə adlanır ( Şeytan üçbucağı )
Kim 10-a kimi saya bilir???
1. Onun tərkibinə Almaniya, Kanada, Fransa, B.Britaniya, İtaliya, ABŞ,
Yaponiya və Rusiya daxildir ( Böyük səkkizlik )
2. Rəvayətə görə Roma papası II Sikstin əlində bu sayda barmağı var idi
( altı )
3. Məşhur sinoloq Cozef Nidem kitab çapı, kağız, kompas və bunu
4 Böyük Çin kəşfinə aid etmişdir ( barıt )
4. Banisi bu dövlətin 1000 il yaşayacağını elan etmişdi ( III Reyx )
5. İsa peyğəmbər çarmıxa çəkiləndə bu sayda yara almışdı ( beş )
Qarlı mövzu
1. Onların qardan düzəldilmiş evləri iqlu adlanır ( eskimosların )
2. Azərbaycan kinotənqidçiləri arasında "Əsli kişi filmi” kimi tanınan
bu film Fərman Kərimzadənin bu romanı əsasında çəkilmişdir..
( "Qarlı aşırım” )
3. 1000 ilə qədər yaşı olan belə təbii obyektər göy rəngdə olur
( Aysberq )
4. Təbiətdəki buzlar haqqında elm belə adlanır ( Qlyasiologiya )
5. Bədii ədəbiyyatda o "qarlar ölkəsi” kimi də tanınır ( Tibet )
Rəngli mövzu
1. Kölgə iqtisadiyyatına aid olan bu termin qeyri leqal şəkildə əmtəə-pul
mübadiləsini nəzərdə tutur ( qara bazar )
2. 1930 – 1945-ci illərdə Münhendəki "Qəhvəyi bina” bu partiyanın
mənzil-qərargahı idi ( nasional-sosialist )
3. Be terminlə rəsmi olaraq vəzifə tutmayan, ama ölkəni idarə edən
insanları adlandırılar ( boz kardinal )
4. Məhz bu cür səhiyyə müəssisələrini "sarı ev” də adlandırırlar.
( dəlixanaları, psixiatriya evlərini )
5. Faşist düşərgələrində çəhrayı üçbucaq içərəsilə bu tip dustaqlar bil-
dirilirdi ( homoseksualistlər üçün )
Rəylərin sayı:.