ZİVƏR BƏY ƏHMƏDBƏYOV

 

ZİVƏR BƏY ƏHMƏDBƏYOV
Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərlərinin abidələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarilə ecazkar şərq elementləriəsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy peşəkar Avropa təhsili almış və 1918-1925-ci illərdə Bakı şəhərinin memarı olmuş ilk azərbaycanlıdır.
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Bakıda gimnaziya təhsilini başa vurduqdan sonra 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş almışdır.
Zivər bəy burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır və SanktPeterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Hələ tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıq fikirli bir gənc olduğunu vurğulayır, işinə böyük dəyər verir, fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür. Bu barədə Zivər bəy Əhmədbəyovun Həsən bəyə yazdığı bir məktubda oxuyuruq: "Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.
Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.
Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzə Pir məscidinin inşasında ilk diplomlu azərbaycanlı memar kimi Z.Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir. Səyahətdən sonra Zivər bəy bir sıra layihələrin: Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircan-a Murtuza Muxtarovun tikdirdiyi məscidin və Bakıda neçə-neçə yaşayış evinin memarı olur.
1908-22-ci illərdə Əmircanda tikdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimiUNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Şamil Fətullayev-Fiqarov yazır ki, bir dəfə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Orta Asiyadan olan bir alimin dissertasiyasının müdafiəsi keçirilirdi. Opponentlərdən biri memarlıq tarixi üzrə professor T.P.Kap- tereva idi. O, otaqda Maştağa kəndinin məscidlərindən birinin şəklini gördü və coşqunluqla "Bu ki qotikadır”, - deyə səsləndi. Mən sakitcə cavab verdim: "Tatyana Pavlovna, bu, Maştağa kəndinə məxsus Abşeronun əsl memarlıq nümunəsidir*’. Daha sonra mən həmin kənddə 23 monumental məscidin və 27 hamamın olduğunu bildirdim.
 
Mənbə Məktəb dərsliyi (Azərbaycan dili-8)



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.