RİYAZİYYATÇILARIN ŞAHI

RİYAZİYYATÇILARIN ŞAHI

 

RİYAZİYYATÇILARIN ŞAHI

1777-ci il idi. Kasıb bir alman ailəsində oğlan uşağı dünyaya gəldi. Adını Karl qoydular. Hələ uşaq ikən Karl ətrafda gördüklərinə hədsiz marağı ilə seçilirdi. Daim valideynlərinə cürbəcür suallar verirdi. Ata-anası səbirlə onun bütün suallarına cavab verməyə çalışırdı, amma sualların ardı-arası kəsilmirdi. 
Bir gün Karlın əlinə bir kitab keçdi. O, kitabı vərəqləyib içində cürbəcür işarələr olduğunu görəndə soruşdu: 
– Ana, bunlar nədir? 
– Hərflərdir. 
– Hərflər nə üçündür? 
– Yazıb-oxumaq üçün. 
– Bu kitabda nə yazılıb? 
Anası kitabı ona oxudu. Karl valeh oldu. Bu nə möcüzədir! Hərflərdən sözlər əmələ gəlir, sözlərdən cümlələr düzəlir. Bu cümlələr isə insana o qədər maraqlı şeylər danışır ki! 
– Ana, mənə oxumaq öyrət! 
Anası üç yaşlı oğluna baxıb gülümsədi: 
– Hələ çox tezdir, oğlum! Bir az böyüyərsən, məktəbə gedərsən, yazıb-oxumağı öyrənərsən. Tələsmə. 
Amma balaca Karl gözləmək istəmədi. O soruşa-soruşa özü hərfləri öyrəndi və yazıb-oxumağa başladı. 
Karlın riyazi qabiliyyəti də göz qabağında idi. O saymağı bacarmaqla yanaşı, müxtəlif hesablamaları fikrində yerinə yetirirdi. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının hesablamalarında səhv tapmışdı. Onda onun cəmi beş yaşı vardı... 
Məktəbdə oxuyanda da Karl hamını öz dərrakəsi və məntiqi ilə heyran edirdi. 
O zamanlar məktəblərdə şagirdlərə fiziki cəza verilməsi adi bir hal idi. Uşaqlar əlində qamçı sinifdə gəzən müəllimdən qorxaraq dərslərini səylə oxuyurdular. 
Bir dəfə müəllim dərsdə uşaqlara 1-dən 100-ə qədər ədədləri toplamağı tapşırır. Həmin dövrdə yazı yazmaq üçün məktəblərdə kağız-qələmdən yox, kiçik taxta lövhələr və tabaşirdən istifadə edirdilər. Hər kəs 1-dən 100-ə qədər ədədləri lövhəyə yazıb toplamalı idi.






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.