Tarix+riyaziyyat

Tarix+riyaziyyat

 

 

Hörmətli tarixsevərlər, sizlərə bir sual hazırladım. Bir azca fikirləşsəniz və hesablamaları düzgün aparsanız doğru cavabı taparsınız: 

"Dəhşətlər atası"nın yaşadığı ölkənin 22 yaşında hakimiyyətə gəlmiş hökmdarı döyüşdə məğlub olduğu ildən 299 il əvvəl onu məğlub edənlər "Allahın qapısı"nı talamışdılar. Bu talandan 842 il sonra "Əbədi qızıl şəhər"in əsası qoyuldu. Bu hadisədən 214 il keçdi. Massagetlərin məğlub etdiyi hökmdar "Allahın qapısı" nı ələ keçirdi. 27 il sonra isə Allahın sevmədiyi heyvanı ölkələrində saxlamaq istəməyənlər öz dövlətinin ərazisini satraplıqlara bölmüş hökmdarı məğlub etdilər. Cəsədi ələ gəlməyən əsgərlərinə "kenataf" yaradan ölkənin adamları 174 il sonra dünyanın ən məşhur makedoniyalısına məğlub oldular. Bu məğlubiyyətdən 52 il əvvəl "qazlar Romanı xilas etdilər". "Qazlar Romanı xilas edəndən 319 il sonra məşhur şəxslərdən biri belə dedi: "acından ölməkdənsə, qılınc zərbəsindən ölmək yaxşıdır!". 22 il sonra isə Brutun xəyanət etdiyi şəxs "püşk atılmışdır" dedi. Püşkün atılmasından 886 il sonra bir məşhur azərbaycanlı dedi: "bir gün azad yaşamaq 40 il qul kimi yaşamaqdan yaxşıdır".
Yuxarıda 10 ədəd tarixi rəqəm tapmaq lazımdır. Bu rəqəmlərin cəmini (cəmi taparkən eradan əvvəl və bizim era nəzərə alınmamalıdır sadəcə tarixi rəqəmlər toplanmalıdır) 10-a bölsək məşhur döyüşlərdən birinin tarixi alınacaq. Bu döyüşün adını tapın. Cavabı göndərərkən aldığınız bütün tarixi illəri də qeyd etməyi unutmayın. İlk doğru cavab göndərənin adı qalib kimi qeyd olunacaq. Təşəkkürlər!!!
 
Hörmətlə Şəhla müəllimə Bakı Modern Məktəbi



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 3 dekabr 2014 16:51
    e.ə1296+e.ə1595+e.ə753+e.ə539+e.ə512+e.ə338+e.ə390+e.ə71+e.ə49+b.e837=6
    380
    6380/10=638
    638-ci il-ktesifon döyüşü

    --------------------

  2. 3 dekabr 2014 19:29
    ay tewekkkurLeer.Cox maragli ve ferqli aLinib .. )
    Cox beyendim..)

    --------------------

  3. 10 dekabr 2014 16:19
    628-sasani-bizans sülhü baş verib.

  4. 21 dekabr 2014 14:57
    bunun nəticələri nə vaxt veriləcəy????

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.