İnşa - Vətən haradan başlanır?

 

İnşa - Vətən haradan başlanır?

 


 


 

İnşa..........

Doğma ocaqdan, al-əlvan diyardan, eldən-obadan və nəhayət insanın qəlbinin özündən başlanır Vətən! Ana Vətən! Saçlarına indi qar qonub sənin, başın üstı qara buludlar gəzişir, ürəyinə çalan-çarpaz Qarabağ dağı çəkilib.

Ey Vətən oğlu! Bu gün ağ birçəkli ana Vətən bizi haraylayır, bizi səsləyir. Axı biz Babəkin, Cavanşirin, Koroğlunun, Qaçaq Nəbinin, Həzinin, Mehdinin nəvələriyik, nənəmiz Nigarlar, Həcərlər, Tomrislər olub.

Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur. Bunu ulularımızın dediyi hikmətlər də sübut edir:

Vətən viranə də olsa, cənnətdir.

Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.

Vətən elin evi, dayağıdır.

Vətənə gəldim, imana gəldim.

Azadlıq, müstəqillik hər bir xalq, hər bir millət üçün böyük nümətdir. Bütün xalqlar ona qovuşmağı özlərinin əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə çarpışırlar. Qədim və şərəfli tarixə malik Azərbaycan xalqı da öz azadlıq və istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə aparmış, onun naminə minlərlə oğul və qızını qurban vermişdir. Azərbaycanı ucaldan, onu şöhrətləndirən də vüqarlı oğulları, yenilməz qızlarıdır.

Vətəndaş olmasa, boş şeydir Vətən,

Beş günlük, on günlük güney qarıdır.

Vətən məhfumunun arxasındakı,

Vətənin vüqarlı oğullarıdır…

Mən bu inşamda Azərbaycan oğullarından biri, Vətən naminə şəhid olmuş cəsur bir el oğlu haqqında danışmaq istəyirəm.

Əsədov Malik Hamil oğlu Yevlax rayonunda anadan olmuş, orta təhsilini doğma Havarlı kəndində almışdır. Mingəçevir şəhər Polis Şöbəsinin yanğından mühafizə hissəsində işləyirdi. Daxili xidmət serjantı rütbəsi vardır.

Qarabağ savaşı başlayanda Vətənə məhəbbət hissi onu ön cəbhəyə, azğın ermənilərlə üz-üzə gətirdi. Malikin rəhbərlik etdiyi dəstəyə Şuşanı müdafiə etmək tapşırılmışdı. Dəstə şücaətlə vuruşur, düşmən üzərinə od yağdırırdı. Malikin özü isə əsl nümunə göstərir, erməni yaraqlılarını ot kimi biçirdi. Döyüşlərin birində Malik öz dəstəsini çətin mühasirədən qurtara bildi. Dəstə yalnız bir nəfər itki verdi. Bu, əsl qəhrəmanlıq göstərib ölməzliyə qovuşmuş serjant Malik Əsədov idi. Vətəni canından artıq sevən Malik öz doğma yurdu, xalqı uğrunda canını qurban verdi. Belə qəhrəmanlar heç vaxt unudulmur, əziz bir xatirə tək qəlbində əbədi yaşayırlar.

Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın azadlığı, şərəfi yolunda canını fəda edən qəhrəmanlara eşq olsun!

Ədalət deyənin əyilməz dizi,

Sizdəndir ellərin söhbəti, sözü,

Doğma Azərbaycan unutmaz sizi,

Siz torpaq uğrunda ölənlərsiniz,

Vətənin qədrini bilənlərsiniz!




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 mart 2015 20:57
    Shendil,insa cox gozel alinib.....Twk............ love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.