Qazilər marşı

Qazilər marşı

Qazilər marşı

   Vətən, xoşbəxtəm ki, sonda qoynuna sığınıb, müqəddəs torpağını bir ovuc artıra biləcəm!
 
Türkiyə Cümhuriyyətinin böyük şairi Arif Nihat Asyaya nəzirə
 
Millətim dikələcək! Vulkan olub püskürəcək!
Qəzəbindən dağ başında qayalar da titrəyəcək!
Aydınların söz qılıncı, cəsurların zərbəsiylə
Zülmün qanlı caynaqları bircə-bircə kəsiləcək!
 
Al silahı, qalx ayağa, nə haqla yatmaqdasan?!
Babəkin haqq uğrunda vuruşduğu yaşdasan!

                              --
Şər atlanmış, el qovulmuş yurdundan...
Suvarmışdır bu torpağı igidlərim qanıynan.
Vətən oğlu, sən də atlan, əz ilanı başından!
Yaz adını dastanlara, öyünəlim onuynan.
 
Unutma ki, bu dağların yoğrulduğu daşdansan...
Şəhidlərin Vətən ücün can verdiyi yaşdasan!

                              --
Dəliqanlım, çırp üzünə zalimlərin zülmünü! 
Haqq güclüdür, söylə sən də cəsarətlə sözünü!                                
Keç sıraya, zəif bilmə aslan balam, özünü 
Yenə bilməz heç kəs elin dağ oynadan gücünü.
 
İnamınla, imanınla zirvədəsən, başdasan...
İsmayılın əldə qılınc tac qoyduğu yaşdasan!

                              --
Haydı oğul, tarix yazan igidləri oyandır!
Bayandur xan, Həsən padşah, Rəsulzadə babandır!
Bu torpaqlar Azərbaycan, o torpaqlar Turandır...
"Qisas!”- deyə hayqıran Xocalındır, Şuşandır.     
 
Zülm ərşdə, haqq döyüşdə, sən nədən təlaşdasan?..
Etibarın Qarabağda vuruşduğu yaşdasan!

                              --
Qoy yaltaqlar haqqı danıb yalanların söyləsin!
Qorxaqlar da qaçıb gedib hərəmlərdə gizlənsin!
İgidlərim ağ atlansın, cəngi səsi səslənsin...           
Qazilərin nərəsindən yerlər, göylər titrəsin.
 
Sən bürclərdə dalğalanan Üç rəngli qumaşdansan!
Qızım, sən də qəhrəmanlar doğuracaq yaşdasan!

                              --
"Qalx!” əmrini verdiyi gün komandan...
Al bayrağı, keç irəli, el də gəlsin arxandan.                                                                      
Əz düşməni, qov yurdundan, yuvandan! 
Sana salam, yol gözləyən Laçından.
 
El səngərdə, əl tətikdə sən də bu savaşdasan!                    
Mübarizin kafirlərdən öc aldığı yaşdasan!

Aydın Allahverdiyev
Bakı, yanvar, 2015-ci il.

Qazilər marşı

Qazilər marşı

Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 fevral 2015 18:54
    ne gozeldi super marsdi

  2. 8 fevral 2015 19:34
    Türklər demiş: Əllərinizə sağlıq !

    Aydın Allahverdiyev müasir Azərbaycan təhsilinin ən qabaqçıl tarixçi-pedaqoqlarından biridir. Onun təhsilimizə etdiyi və hər zaman böyük addımla davam etdiyi dəstəyi bütün Azərbaycan gənc müəllimlərinə örnəkdir. Son zamanlar saytımıza rəng qatması və sanballı məqalələri ilə oxucularla görüşü biz tarix.infoçuları sevindirir və Aydın müəllimə böyük təşəkkürlər.

    Qazilərin şeirinə gəlincə.......Oxuyaraq bir anlıq təsəvvürlə gözünün qarşısına gəlir şanlı tariximiz.....Aydın müəllim bu sözlərinizin qarşısında kövrəlməmək və eyni zamanda qürurlanmamaq mümkün deyil. Allah təhsilimizə verdiyiniz töhvəni itirməsin....Biz sizinlə fəxr edirik.....Yolunuz bəxtiyar olsun müəllim!

  3. 9 fevral 2015 21:47
    Tesekkurler,Aydin muellim.

  4. 10 fevral 2015 23:28
    Bu şeiri hər oxuyanda həqiqətən insanda bir başqa coşqun vətənpərvərlik hissi oyanır..çox xoşbəxt insanam ki, mənə həyatı, vətənimi doğru sevməyi öyrədən müəllimim var

  5. 11 fevral 2015 22:53
    Milli vətənpərvərik ruhunda yazılmış çox gözel marşdı.Hər bir vətənpərvər insanı təsirləndirə biləçək qədər dəyərlidir.Uğurlar Aydin müəllim

  6. 14 fevral 2015 20:56
    ellerinize saglik......coxxxx xosuma geldi.yorulmayasiz!!!!!!!!!!!!!!!! smile

  7. 20 fevral 2015 11:51
    Çox təşəkkür edirəm. Vətəni sevən vətənin qədrini bilən ancaq belə duyğusal parcanı təqdim edə bilərdi. Aydın müəllim işlərinizə uğurlar diləyirəm.....

  8. 25 fevral 2015 21:28
    Coox beyendim,tesekkurler!

    --------------------

  9. 27 fevral 2015 15:17
    Gozel sozleri var. INSHALLAH BU YAZDIQLARINI EDECEK IRADENI TOPLAYAR MILLETIMIZ

  10. 5 mart 2015 16:37
    Millətim dikələcək! Vulkan olub püskürəcək!
    Qəzəbindən dağ başında qayalar da titrəyəcək!
    Aydınların söz qılıncı, cəsurların zərbəsiylə
    Zülmün qanlı caynaqları bircə-bircə kəsiləcək!

    Al silahı, qalx ayağa, nə haqla yatmaqdasan?!
    Babəkin haqq uğrunda vuruşduğu yaşdasan!
    --
    Şər atlanmış, el qovulmuş yurdundan...
    Suvarmışdır bu torpağı igidlərim qanıynan.
    Vətən oğlu, sən də atlan, əz ilanı başından!
    Yaz adını dastanlara, öyünəlim onuynan.

    Unutma ki, bu dağların yoğrulduğu daşdansan...
    Şəhidlərin Vətən ücün can verdiyi yaşdasan!
    --

  11. 9 mart 2015 15:56
    Duyğulandırıcı eyni zamanda vətənpərvərlik hissi duyuran şeirdir... Təşəkkürlər

  12. 10 mart 2015 15:00
    Təşəkkürlər Aydın müəllim siz saytımıza elə gözəl şeir varibsiz ki, inasanda vətən sevgisi çhisləri oyadır.Siz bundan başqa da saytımıza çox bilikli məqalələr veribsiz.Mən bilmək istəyirəm ki,siz TARİX müəllimisiz.Sualıma artıq dərəcədə xaiş edirəm ki, cavab yazasız.Allah sizdən artıq dərəcədə razı olsun.Çox əziyyət çəkibsiz.Qazilər marşı şeirinə gəlsək çox gözəl şeirdir. O qədər gözəldir ki əsaslanıb.
    smile

    --------------------

  13. 14 mart 2015 21:27
    Çox gözəl şeirdir insanda vətənpərvər hisslər oyadır...

  14. 20 mart 2015 15:43
    Sitat: Defne 2004
    Təşəkkürlər Aydın müəllim siz saytımıza elə gözəl şeir varibsiz ki, inasanda vətən sevgisi çhisləri oyadır.Siz bundan başqa da saytımıza çox bilikli məqalələr veribsiz.Mən bilmək istəyirəm ki,siz TARİX müəllimisiz.Sualıma artıq dərəcədə xaiş edirəm ki, cavab yazasız.Allah sizdən artıq dərəcədə razı olsun.Çox əziyyət çəkibsiz.Qazilər marşı şeirinə gəlsək çox gözəl şeirdir. O qədər gözəldir ki əsaslanıb.
    smile

    Hörmətli Jalə xanım və bütün tarix.infoçular! Vaxt məhdudluğu və bəzi texniki səbəblərlə əlaqədar olaraq, uzun zamandır ki, bu gözəl və faydalı saytda oxucularıma öz sayğılarımı ifadə edə bilmirəm. Xahiş edirəm bunu saymazlıq kimi qəbul etməyəsiniz. Fürsəttdən istifadə edib, hər birinizi bu gözəl Bahar Bayramı münasibəti ilə təbrik edir, ruhunuzun Azad, cisminizin Sağlam, nəfsinizin Tox olmağını arzulayıram.
    P.S. Hörmətli Jalə xanım, təəssüf ki, "Müəllim" adı bu gün cəmiyyətimizin bir bölümündə ülvi hisslər, digərində isə ikrah doğurur. Mən nə birincilərə (çünki, ideal deyiləm), nə də ikincilərə (çünki riyakar deyiləm) aid edirəm. Mən biliyini və həyat təcrübəsini gənc nəsillə paylaşmağa çalışan bir öyrətmənəm.
    Hörmətlə: Aydın Allahverdiyev

  15. 20 mart 2015 15:49
    Sitat: Aydin m

    Məsləhətləndirici rəy üçün təşəkkürlər ancaq ........ Mən başa düşmədim siz Tarixçisiz ???

    --------------------

  16. 22 mart 2015 21:17
    Cox seviniremki vetenperverlik ruhunda cox gozel seirler yazilir.Ehsen!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.