Əli bəy Hüseynzadə

1864 cü ildə Salyan şəhərində dünyaya gəlmiş Əli bəy hələ uşaq ikən anasını itirir və babası Əhməd bəyin himayəsində böyüyür.Tiflisdə mollla məktəbi və gimnaziyada təhsil alır,rus-latın-ərəb-fars-yunan dillərini dərindən öyrənir.1885 ci ildə təhsili üçün Peterburqa gedir (babasının məsləhəti ilə) və burda universitetin riyaziyyat-fizika fakültəsinə daxil olur.Təhsilini bitirir,Türkiyəyə gedir.İstanbulda hərbi-tibb məktəbini dəri hkimi özrə bitirir.
1903 cü ildə Bakıya qayıdır,burda ictimai-siyasi, ədəbi-bədii yaradıcılığını davam elətdirir. O, məşhur "HƏYAT" və " FÜYUZAT" jurnallarının redaktoru olmuşdur.

Əli bəy Hüseynzadə


"Səadət" məktəbində müəllim-direktor olur.

Məşhur "TÜRKLƏŞMƏK,İSLAMLAŞMAQ,AVROPALAŞMAQ" təlimi məhz Əli bəəy məxsusdur.
1905 ci ildə Əli bəy "HƏYAT" qəzetində "TÜRKLƏR KİMDİR VƏ KİMLƏRDƏN İBARƏTDİR" adlı məqaləsində böyük ərazidə yaşayan türklərin əsaslı-elmi təsnifatını verir.
1906 cı il noyabrın 1-də H.Z.Tağıyevin maliyyə dəstəyi ilə "FÜYUZAT" jurnalı Əli bəyin redaktorluğu ilə nəşrə başlayır.Və "FÜYUZAT" öz ətrafına XX əsrin romantiklərini toplayır (HÜSEYN CAVİD, M.HADI, A.SƏHHƏT , A.ŞAİQ və b.).

Əli bəy Hüseynzadə

Əli bəyin "FÜYUZAT" - ın təsisində əsas məqsədi TÜRK QANLI,İSLAM ETİQADLI,FİRƏNG FİKİRLİ,AVROPA QİYAFƏTLİ yeni insan formalaşdırmaq idi.

Görkəmli filosof,böyük mütəfəkkir,tanınmış yazıçı,şair,publisist,tərcüməçi,məşhur həkim olmuşdur Əli bəy.Onun "YURD QAYĞUSU" , "KƏLƏBƏK" , "ARSLAN AĞZI" , "BAĞÇAMIN AĞAÇLARI " , "ONDAN ƏVVƏL VƏ SONRA" kimi şeirlərində millət-Vətən-azadlıq motivləri çox qabarıq ifadə olunub.
"HALİ-VƏTƏN" şeirində isə vətənin istiqlalına yüksək vətəndaşlıq münasibəti bildirir.(OXUMAĞI MƏSLƏHƏT GÖRƏRDİM)



Yazıçının "SİYASƏTİ-FÜRRUSƏT" adlı 30 hissədən ibarət ,dili çox qəliz olan nəsr əsəri də var ki, İran despotizminin tənqidi, (M.F,Axundzadədən sonra) , bir çox siyasi-fəlsəfi müşahidələri öz əksini tapır burda.Və burda Pruşkeviç obrazı da yaratmışdır ki,çarizmin siyasi eybəcərliyini məhz onun timsalında oxucuya çatdırır. "SİYASƏTİ-FÜRUSƏT" əsəri 1908-1910 cu illərdə "İRŞAD" , "TƏRƏQQİ " , " HƏQİQƏT " qəzetlərində hisssə-hissə çap olunur.



Əli bəy əsl hürriyyət carçısıdır.
O, "FÜYUZAT" - da "intiqad ediyoruz və intiqad olunuyoruz" adlı məqaləsində "milləti qəflətdən oyatmağı "FÜYUZAT" - ın əsas vəzifəsi olduğunu nəzərə çatdırır.
Tam 1 il (1906 - noyabr 1 , 1907 noyabrın 1) "FÜYUZAT" fəaliyyət göstərir.Dövrün siyasi hadisəələrinə görə bağlanır.



Eyni zamanda Əli bəy mühacir ədəbiyyatının nümayəndələrindəndir. imperiyanın təzyiqi və təqiblərinə görə 1910 cu ildə Azərbaycanı tərk edib Türkiyəyə getmək məcburiyyətində qalır və İstanbula gəlir,yaradıcılıığını burda davam elətdirir.
1940 cı ildə elə İstanbulda vəfat edir.
...
Buu dəyərli şəxsdən bugün bizlərə onun ədəbi irsilə yanaşı onun ürəyindən gəlmiş, ağzından çıxmış, qələmiylə yazılmış bu qızıl sətirlər qalmışdır """ TÜRKLƏR ÖLƏR VƏ YA HİCRƏT EDƏRLƏR , FƏQƏT ONLAR QUL OLMAZLAR..!!! """

Və bunu da qeyd edim ki, Azərbaycan Respublikasının Dövlət Bayrağını bəzəyən 3 rəng - göy,qırmızı,yaşıl - "TÜRKLƏŞMƏK-İSLAMLAŞMAQ-AVROPALAŞMAQ" düsturunun rəmzidir.

O. millətini sevirdi.Milləti də onu sevsin.!

Melisa Can.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 yanvar 2015 14:54
    Çox sağ ol,Melisa,təşəkkürlər.

    --------------------

  2. 12 yanvar 2015 15:21
    çox sağolun belə maraqlı informasyalar yazirsiz

    --------------------

  3. 12 yanvar 2015 18:41
    tesekkur Melisa Allah razi olsun

  4. 13 yanvar 2015 10:13
    Təşəkkürlər Melisa ........

    --------------------

  5. 13 yanvar 2015 18:37
    canim cox gozel ve maraqli melumatdi
    cox sagol winked

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.