Vətən nədir?!

Vətən nədir?!

 

 

Vətən sözünə sinonim kimi hər zaman Ana göstərilir.Necə də gözəl səslənir deyilmi?! Ana Vətən!Bu iki sözün birləşməsi hər kəs üçün müxtəlif mənalar kəsb edir.Kimisinə həsrət,kimisinə sevinc,kimisinə doğulub boya-başa çatdığı torpağın qoxusu,kimisinə yaşamaq üçün səbəb.Bir sözlə Vətən-anladılması mümkün olmayan ən ülvi hislərdir.Çalışaq bu saf,ülvi hisləri həyatımız boyu qoruyub saxlayaq.


Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.

Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.

Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 oktyabr 2014 12:34
    umid nedir?!-Bizi sabahlara aparan..umudimiz olmasaidi bu gunlere gelib cixmazdiq..Vetenim Azerbaycan - Sene canim qurban.!
    Cox sagoL Lamiye.)

    --------------------

  2. 13 oktyabr 2014 15:11
    dəyməz.səndə çox sağ ol.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.