Qarabağ tarixi dərsliyi

Qarabağ tarixi dərsliyi

 

Qarabağ regionu türk etnoslarının 
qədim yaşayış məskənidir

Azərbaycanın Qarabağ regionu siyasi cəhətdən 1-3-cü yüzilliklərdə alban arşaklılarınin hakimiyyəti altında olmuşdur.
Qarabağ regionunda ilkin tayfa ittifaqlarının yaranması prosesi geniş bir dövrü əhatə etmişdir. Ərazi sıx məskunlaşmışdır. Burada tarixə məlum olan və məşhur ənənələr yaratmış bir çox tayfalar yaşamışdır. Bunların sırasında qədim türk tayfaları - utilər, qarqarlar, sovdeylər və hurritlər daha çox tanınmışdır.
Qarabağ regionunda yerli türk mənşəli oturaq əkinçi əhali ilə bərabər köçəri türk tayfaları da məskunlaşmışdır. Bizim eradan əvvəl 1-ci minillikdə onlar Kür və Araz hövzəsini tutmuşdular. Qaynaqlarda adlan çəkilən bu sak, massaget tayfalan Azərbaycan ərazisinə, həmçinin Qarabağa e.ə.7-ci yüzillikdə gəlmiş, bu ərazilərdə məskunlaşmış, tədricən yerli türk tayfalan ilə qaynayıb qarışmışlar.
Azərbaycanın digər əraziləri kimi Qarabağ regionu da qədim dövrlərdən etibarən intensiv olaraq yazılı mənbələrdə e.ə.4- cü yüzillikdə adı çəkilən Azərbaycan Albaniyasının tərkibində olmuşdur.
Qarabağ ərazisində erkən antik dövrdə (e.ə.4-cü, 1-ci yüzillikdə) cəmiyyətin inkişafı, təsərrüfatın və ticarətin yüksəlişi baş vermişdir. Burada iri yaşayış məskənləri və şəhərlər yaranmışdır. Həmin dövrdə ictimai münasibətlər xeyli inkişaf etmişdir.
Yunan-Roma müəllifləri Azərbaycan Albaniyası ərazisində məskunlaşan tayfalar haqqında maraqlı məlumatlar vermişlər. Strabon bildirir ki, Albaniyada 26 tayfa var idi.
E.ə.2-ci yüzillikdə Albaniyanın tərkib hissəsi olan Qarabağın köklü sakinləri Azərbaycan türkləridir. Türklər Cənubi Qafqazın cənub-şərqi əyalətlərinin, Kür və Araz çayları arasındakı ərazilərin - Qarabağ regionunun yerli əhalisidir.
Qarabağ ərazisinin əhalisinin erkən orta əsrlərdə etnik komponentlərindən ən böyüyü türk tayfaları idi. Bu dövrdə assimilyasiya prosesi də baş vermişdir: 1) yerli tayfalar arasında; 2) gəlmə tayfalar arasında; 3) gəlmələr və yerli tayfalar arasında. Aparıcı türklər olmuşdur.
Qarabağ ərazisində yaşayan ən böyük tayfalarından biri - utilər Azərbaycan Albaniyasının böyük hissəsini tuturdular. Utilər haqqında ilk məlumatı yunan tarixçisi Herodot vermişdir. Qarabağ ərazisində qarqarlar və savdeylər də geniş yayılmışdılar.
Albaniyada özündə 20-dən çox tayfanı birləşdirən alban- türk yerli massivində ən böyük tayfalar türklər idi.
 
 
Qarabağ regionu yazıb mənbələrdə
Yazılı mənbələr Qarabağ ərazisinin qədim vilayətlərinin - Uti, Arsak, Paytakaran və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və əhalisinin mənşəyi barədə qısa da olsa məlumat verir.
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs edir. Yeni eranın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkir.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan 7-ci yüzillikdə yaşamış alban tarixçisi Musa Kalankatlı Qarabağ ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar verir.
Yunan, latın və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilli mənbələrdə də Qarabağ ərazisinin təbii xüsusiyyətləri haqqında dəyərli məlumatlar verilmişdir. Həmin mənbələr əsasən coğrafiyaşünasların və səyyahların əsərləridir.
Orta əsr mənbələrində - tarixçi, coğrafiyaşünas, səyyah və şairlərin əsərlərində də Qarabağ ərazisinin tarixinə dair məlumatlar verilmişdir.
Fars dilində yazılmış «Hüdud-əl-aləm» əsərində, ərəb müəllifləri Məsudi, Əbu-Duləf, Əl-Fəqih, İbn Rusta, İstəxri, İbn Hövqəl, Müqəddəsi, İbn-Xordadbeh, Yaqut əl-Həməvi, Əl- İdrisi, Həmdullah Qəzvini və Məcdəddin əl-Hüseynin əsərlərində Qarabağın təbiəti, bitki aləmi, həmçinin iqtisadi və ticarət həyatına dair məlumat vermişlər.
Bunlarla bərabər, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Seyid Yəhya Bakuvinin və bir sıra səyyah və coğrafiyaşünasların əsərlərində də Qarabağla bağlı məlumatlar öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi- Dədə Qorqud” dastanında bütün Azərbaycan torpaqlarında, həmçinin Qarabağ ərazisi daxil olmaqla Göyçə gölü hövzəsinə qədər türk-oğuzlarının yayılması barədə məlumat verilmişdir.

[/b]
Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 aprel 2015 22:13
    Hörmətli Admin, çox təşəkkürlər! Allah sizdən razı olsun. Nəhayət ki, sayənizdə bir ilə yaxın tədris etdiyimiz "Qarabağ tarixi" kitabının üzünü gördük.

  2. 27 aprel 2015 12:53
    hə məndə bu kitab var. Qarabağ haqqındadır. ÇOX SAğolun ki bunu yazmışsız

  3. 23 may 2015 21:29
    2 qrupun 17 may 2015 tarix suallarin verin.xais edirik

  4. 21 sentyabr 2015 19:41
    Qarabag haqda bele kitablar cox olsun.....

  5. 22 noyabr 2015 21:16
    Tesekkurler ALLAH sizden razi olsun . Cox komeyimize catirsiz.

    --------------------

  6. 23 dekabr 2015 14:17
    cox sagolun qarabagin tarixi haqqinda bize genis melumat verdiniz smile

  7. 6 yanvar 2016 13:43
    halaldir siz dogru melumat verdiniz

  8. 13 aprel 2016 12:57
    gozel kitabdir alib istifade etmeliyem meslehetdir. fellow

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.