Ərəb dünyasının yaranması

Ərəb dünyasının yaranması

 

 

 

Erkən orta əsrlərdə ərəblər:
·        ibtidai icma quruluşundan feodalizm quruluşuna keçmişdilər
·        İslam dinini qəbul edərək vahid mərkəzləşdirilmiş dövlət yaratmışdılar
·        Atlantik okeanından Hindistana qədər uzanan ərazidə geniş imperiya qurmuşdular
·        Müsəlman mədəniyyətini yaratmışdılar
 

 

Ərəb dünyasının yaranması

 

 

 

Ərəblər sinifli cəmiyyət ərəfəsində
         Ərəblərin "Cəzirət-əl-ərəb”, türklərin və farsların "Ərəbistan” adlandırdıqları Ərəbistan yarımadası Asiyanın ən böyük yarımadasıdır. Üç tərəfdən dəniz suları ilə əhatə olunan yarımada Asiya, Afrika və Avropanın qovşağında yerləşir. Yarımadanın çox hissəsini səhralar , yarımsəhralar və çöllüklər təşkil edir.
Səhrada yaşıllıq və su olan yerlər – vahələrdə xurma ağacları bitirdi. Yarımadanın şimalında maldarlıqla məşqul olan bədəvilər, cənubunda isə əkinçiliklə məşqul olan əhali yaşayırdı.
           Ərəbistan ərazisindən Avropadan Hindistana gedən böyük karvan yolu keçirdi. Ticarət yolları üzərində tədricən şəhərlərə çevrilən iri ticarət məskənləri yaranırdı. Bunlardan ən böyükləri Məkkə və Mədinə şəhərləri idi.
          V-VI əsrlərdə ərəblər qəbilə və tayfalar halında yaşayırdılar. VI əsrin sonunda təsərrüfatın inkişafı nəticəsində ərəb cəmiyyətində dəyişikliklər oldu. Qəbilələr dağılır, bərabərsizlik yaranırdı. Xüsusi mülkiyyət meydana gəlirdi. Varlı əyanlar və onlardan asılı hala düşən təbəqələr ortaya çıxırdı. Ölkədə tayfalararası ziddiyyətlərin artması və xarici təhlükə (qonşu Bizans və Sasaniər imperiyası) ərəb cəmiyyətini birləşməyə zəruri edirdi. 
 
 

Ərəb dünyasının yaranması

 

İslam ərəbləri birləşdirir
.           
          İslama qədər Ərəbistanda vahid din yox idi. Bütpərəstliyə sitayiş edən ərəblərdə az qala hər tayfanın səcdə etdiyi öz bütləri və məbədləri vardı. Onların arasında ən məhşuru "Allahın evi” adlandırılan "Kəbə” məbədi idi. 
 
"Biz həzrət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və onun bütün silahdaşlarının qəhrəman-lığını, şəhidliyini heç vaxt unutmayacağıq"
 
Heydər Əliyev
 Aşura günü mərasimində çıxışından (20 iyun 1994-cü il)

          610-cu ildə Məkkə sakini Məhəmməd (570-632) vahid Allaha və onun elçisinə itaət etməyə çağırdı. O, islam (itaətetmə) dinini yayır və onu qəbul edənləri "müsəlman” ("Allaha itaət edənlər”) adlandırırdı. Məkkədə islamım yayılması çətin və qorxulu olduğu üçün peyğəmbər ("Allahın elçisi”) 622-ci ildə Mədinəyə köçür. Bu hadisə islam aləmində Hicrət adını almışdır. 630-cu ildə müsəlmanlar Məkkəyə dönərək İslamı vahid din elan edirlər. Beləliklə vahid Ərəb dövlətinin əsası qoyuldu.
 
 Hicrət (ərəb. tərcümədə "köçmək”)– Müsəlmanlar tərəfindən adlandırılan Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü il (622-ci il) . Hicri təqviminin yaranması bu ildən başlanmışdır. 
 

Hər bir müsəlmanın 5 vacib əməli


1)     Allahın vahidliyini və Məhəmmədin peyğəmbərliyini tanımaq
2)     Gündə 5  dəfə namaz qılmaqla Allaha ibadət etmək
3)     Ramazan ayında oruc tutmaq
4)     Öz gəlirlərindən zəkat, yəni sədəqə vermək
5)     Məkkədəki Kəbəni ziyarət etmək
 

 

 

Ərəb dünyasının yaranması

 

O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq,sonra (Allaha) şərik qoşanlara deyəcəyik: "(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!
Quran (VII əsr).
                                                        Əl-Ənam surəsi, 22 ayə. Ziya Buniyatovun tərcüməsi


Ərəb xilafəti
            Ərəb dövlətinin tarixini 3 dövrə bölmək olar:

Ərəb dünyasının yaranması

 


1)     Məhəmməd peyğəmbər və ondan sonrakı dörd xəlifə - Əbubəkr, Ömər, Osman və Əlinin dövrü (630-661).  Bu dövrdə ərəb dövləti hələ yeni yaranır və inkişaf edirdi. Dövlətin paytaxtı MəkkəMədinə şəhərləri idi.

Ərəb dünyasının yaranması

 


2)     Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661-750). Bu dövrdə müsəlmanlar yeni ərazilər ələ keçirmək üçün işğalçı müharibələrə başladılar. Qonşu Bizans və Sasanilərlə müharibələr aparıldı. Bu müharibələr nəticəsində Bizans qoşunları 636-cı ildə Yarmuk döyüşündə ağır məğlubiyyətə uğradıldı.
 
 

Ərəb dünyasının yaranması

 

Yarmuk döyüşündə 25000 nəfərlik ərəb ordusu 50000 nəfərlik Bizans ordusunu məğlub etmişdir.  
 
Bizansa məxsus Suriya və Misir müsəlmanların əlinə keçdi. Sasanilər dövləti isə süqut etdi (651-i ildə) və onun geniş torpaqları Xilafətin tərkibinə qatıldı. Şimali Afrikanı işğal edən ərəblər 711-ci ildə Afrika və Avropanı ayıran Cəbəlüttariq boğazını keçərək İspaniyaya daxil oldular. Pireney yarımadasını işğal etdikdən sonra ərəblər Avropanın içərilərinə doğru irəlilədilər. Lakin 732-ci ildə Puatye döyüşündə franklar tərəfindən məğlub olaraq geri çəkildilər. Əməvilər dövründə ərəblər Atlantik okeanından Hindistan və Çinə qədər əraziləri Xilafətin tərkibinə qata bilmişdilər.
 
 

Ərəb dünyasının yaranması

 

3)     Abbasilər sülaləsinin hakimiyyəti dövrü (750-1258). Bu dövrdə paytaxt Bağdad şəhərinə köçürüldü. Elə bu səbəbdən Abbasilər dövlətini Bağdad xilafəti adlandırırlar. Harun ər-Rəşidin (786-809) zamanında Xilafət yüksəliş dövrü keçirirdi. Lakin onun vergiləri məhsulun miqdarına görə deyil, əkin sahəsinə görə verilmsəi qaydası kəndlilərin vəziyyətini pisləşdirmişdi. Belə vəziyyətdə ölkədə çoxsaylı üsyanlar qalxırdı. 

Ərəb dünyasının yaranması

 

VIII əsrdə başlamış Mərkəzi Asiyada Müqənna üsyanı və Azərbaycanda  Xürrəmilər hərəkatı bu üsyanların ən möhtəşəmləri idi. "Ümumi bərabərlik” ideyasını təbliğ edən hər iki üsyan öz dinlərini (atəşpərəstliyi) islam dininə qarşı qoyurdular. Məğlubiyyətlə nəticələnməsinə  baxmayaraq üsyanlar Xilafəti zəiflətdi və digər yerlərdə də üsyanlara işarə oldu. İri feodalların güclənərək mərkəzi hakimiyyətə tabe olmaması və itaət altında olan xalqların üsyanları Xilafəti parçaladı. İlk olaraq İspaniya ayrıldı. Burada 756-cı ildə müstəqil Kordova xilafəti yarandı. IX əsrdə Misir, Mərkəzi Asiya, İran və  Əfqanıstan Xilafətdən ayrıldı. Sürətlə zəifləyən Xilafət 1055-ci ildə səlcuqlardan asılı vəziyyətə düşdü. 1258-ci ildə isə Bağdadı tutan monqollar Abbasilərin hakimiyyətinə son qoydular.

Müsəlman mədəniyyətinin yüksəlişi
         Ərəblər itaət altına almış xalqlarla birlikdə zəngin mədəniyyət yaratmışlar.

Ərəb dünyasının yaranması

 

Cədvəldə verilmiş mədəniyyət sahələri haqqında internetdən istifadə edərək əlavə məlumatlar toplayın və təqdimat hazırlayın.
 
          Avropalılar ərəblərdən çox şey öyrənmişdilər. Riyazi rəqəmlər, o cümlədən "sıfır”, onluq kəsr, bir çox ulduzları və s. Avropaya ərəblərdən keçmişdi. Görkəmli alim əl-Biruniilk qlobusu düzəldmiş, yerin günəş ətrafında fırlanması fikrini irəli sürmüşdü.İbn Sinanın tibbə aid əsəri latıncaya tərcümə olunmuş və XVII əsrə kimi Avropa həkimlərinin tibbi vəsaiti olmuşdur. 
          Ərəb tacirlərinin olduqları ölkələrdə eşitdikləri nağıllar, macəra əhvalatları və s. əsasında məhşur "Min bir gecə” əsəri yazılmışdır. 
           

Ərəb dünyasının yaranması

 

Ərəb dünyasının yaranması

 

Ərəb dünyasının yaranması

 Xronoloji xətdə zamanı buraxılmış hadisələri əlavə resurlardan (ensiklopediya, internet və s. ) istifadə etməklə müəyyən et.

 
Bunu bilirsinizmi? 
Tarixdə Ərəb dövlətinin əhatə etdiyi əraziləri müasir dövrdə 19 ərəb dövləti təşkil edir.
 
 Lüğət
  • Bədəvi – köçəri həyat tərzi keçirən ərəblər
  • Hicrət (ərəb) – başqa yerə getmə, köçmək. 

Suallar:
  •  Hansı əlamətlər ərəblərin VI əsrdə ibtidai icma quruluşu halında yaşadığını göstərirdi? Ərəb cəmiyyətini birləşməyə vadar edən səbəblər hansılar idi?       
  • Əməvilər və Abbasilər sülaləsi dövründə Ərəb xilafətini müqayisə edin. Oxşar və fərqli cəhətlərini Venn diaqramı əsasında dəftərinizdə tərtib edin.
  • Yuxarıdakı xəritə əsasında ərəb işğallarının xronoloji cədvəlini hazırlayın. 
  • İslam mədəniyyətinin əhəmiyyəti nə olmuşdur?
  • "İslam mədəniyyəti” mövzusunda təqdimat hazırlayın. 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 mart 2015 21:27
    Teşəkkürlər Hamlet müəllim winked

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.